Müasir Azərbaycan ədəbiyyatının
xarici dillərdə nəşrinə əsas maneə nədir...
Əsəd Cahangir:
“Bir sıra
gənclərimizin, yaşıdlarımızın,
bizdən yaşlıların
kitabları İranda,
Türkiyədə, Orta
Asiyada, Avropada, Amerikada, hətta Hindistanda belə nəşr edilir, ancaq bu hələ
onların məşhur
olmasına, həmin ölkələrdə tanınmasına
dəlalət etmir”
“Bizim yazıçıların
Türkiyədə, eləcə
də digər xarici ölkələrdə
çap olunan kitabları həmin ölkələrin oxucusuna
Azərbaycan yazıçılarını
tanıtmaq gücündə
olan əsərlər
deyil”
“Bəzi yazıçılar
xarici ölkələrin
nəşriyyatlarından qrif
alır və gətirib kitabını burada çap etdirir, adını da qoyur ki,
kitabım filan xarici ölkədə çap olunub”
Çağdaş Azərbaycan ədəbiyyatının
hansı səviyyədə
inkişaf etdiyini oxucu deyə bilər. Oxucudan yaxşı heç kəs ədəbiyyat haqqında obyektiv fikir bildirə bilməz. Haqlı olaraq xaricdə yaşayan soydaşlarımız
bildirirlər ki, onların yaşadıqları
ölkələrdə müasir
Azərbaycan ədəbiyyatı
haqqında heç bir təsəvvür yoxdur. Bundan da belə qənaətə
gəlmək olar ki, bizim yazıçı
və şairlərin
əsərlərinin müxtəlif
xarici dillərə tərcümə edilməsi
sahəsində ciddi boşluq var.
Hazırda dünyanın
ayrı-ayrı ölkələrində
tez-tez çap olunan yazıçımız
Çingiz Abdullayevdir.
Onun əsərlərinin
xarici dillərə tərcümə edilməsinin
səbəbi aydındır.
Çünki Ç.Abdullayevin
özü xarici tərcüməçi və
nəşriyyatlarla sıx
əlaqələrə malikdir.
Bir də ki, rusdilli yazıçıların
oxucu auditoriyası Azərbaycandilli yazıçıların
auditoriyasından genişdir.
Ona görə ki, xarici ölkələrdə
rus dilini bilən bədii tərcüməçilər çoxdur.Bu
gün Azərbaycan yazıçı və şairlərinin əsərlərinin
xarici dillərə çevrilməsi sahəsində
ciddi problemlər mövcuddur. Deyərdik ki, bizim yazıçılardan ən
çox keçən
əsrin 60-70-ci illər
ədəbi nəslinə
mənsub olan yazarların, daha dəqiq desək, Anarın, Elçinin, Afaq Məsudun, Kamal Abdullanın və başa yazıçıların əsərləri
tərcümə edilir.
O da əsasən rus dilinə və müasir Türkiyə türkcəsinə.
Orta və yeni nəsil yazıçılara gəlincə,
onların əsərləri,
demək olar ki, xarici dillərə
tərcümə edilmir.
Bəzən deyirlər ki, heç xarici ədəbiyyat nümunələrinin
də Azərbaycan dilinə tərcümə
olunması sahəsi problemsiz deyil. Bu sahədə də problemlər yaşanır. Bu problemləri əsasən
müxtəlif xarici dillər üzrə bədii tərcüməçilərin
çatışmazlığı ilə bağlayırlar.Azərbaycan
yazıçılarının əsərlərinin xarici
dillərə tərcümə
edilməməsinin səbəbi
nədir?Tanınmış ədəbiyyat tənqidçisi
Əsəd Cahangir bildirdi ki, bu
gün Azərbaycan yazıçılarının əsərləri xarici dillərdə çox nadir hallarda çap olunur. “Sadə bir misal
çəkim, bu gün qardaş Türkiyədə sorğu
keçirsək ki, hansı Azərbaycan yazıçı və şairlərini tanıyırsınız?
Deyəcəklər ki,
Anar, Bəxtiyar Vahabzadəni tanıyırıq.
Müəyyən insanlar
isə Zəlimxan Yaqub və Sabir
Rüstəmxanlını tanıdıqlarını
bildirəcəklər. Orada
müxtəlif nəslə
aid yazıçıların
kitabları çap olunur, onlar arasında
gənclər də var. Bizim yazıçıların
Türkiyədə, eləcə
də digər xarici ölkələrdə
çap olunan kitabları həmin ölkələrin oxucusuna
Azərbaycan yazıçılarını
tanıtmaq gücündə
olan əsərlər
deyil. Yəni o əsərlər həmin səviyyəyə
qalxmır. Bizim bəzi yazıçılar
Azərbaycan publikası
ilə çox qəribə bir oyun qurub. Tutalım,
hansısa yazıçı
gedib bir xarici ölkədə öz kitabını nəşr etdirir. Əslində isə kitabın çox az hissəsi orada nəşr edilir. Bəzi yazıçılar xarici
ölkələrin nəşriyyatından
qrif alır və gətirib kitabını burada çap etdirir, adını da qoyur ki, kitabım
filan xarici ölkədə çap olunub. Halbuki, xarici oxucuların heç onun kitabından xəbəri olmur. Adlı-sanlı yazıçılarımızın çoxu bu üsuldan istifadə edir. Bunu görüntü
xatirinə edirlər.
Məsələn, Qəni
Camalzadənin “Fosforlu
əkizlər” romanı
Amerikada rus dilində çıxıb.
Qəni çox istedadlı adamdır, qələm dostumdur, ona çox böyük hörmətim
var. Çox arzu edərdim ki, onun əsərini
Amerika oxucusu, oradakı rusdilli oxucular oxusun. Ancaq oxuyurmu, o kitab o oxuculara çatırmı? Bizim hamımızın çox
yaxından tanıdığı,
əzizimiz Elçin İsgəndərzadənin 40-a yaxın ölkədə şeirlər kitabı yayımlanıb. Siz bilirsiniz bu nə
deməkdir? Bilmirəm,
əsərləri 40 yaxın
bir ölkədə çap olunan Elçin İsgəndərzadə
dünyada bir şair kimi tanınırmı? Sözümün
canı odur ki, əsas məsələ
dünya səhnəsinə
çıxmaq deyil, dünyada qəbul edilməkdir. Bunlar fərqli məsələlərdir.
Bu mənada, bir sıra gənclərimizin,
yaşıdlarımızın, bizdən yaşlıların
kitabları İranda,
Türkiyədə, Orta
Asiyada, Avropada, Amerikada, hətta Hindistanda belə nəşr edilir, ancaq bu hələ
onların məşhur
olmasına, həmin ölkələrdə tanınmasına
dəlalət etmir.
Tez-tez eşidirik ki, İranda şairlərimizin kitabları
çıxıb. Məsələn,
bu yaxınlarda Fərqanə Mehdiyevanın,
İlham Qəhrəmanın,
Səlim Babullaoğlunun
şeirlər kitabı
çıxıb. Orada
Kənan Hacının
kitabı çıxacaq. Yaxud Türkiyədə xeyli sayda şair
və yazıçının
kitabları çıxıb,
ancaq bunlar bizim ədəbiyyatı həmin ölkədə kifayət qədər tanıtmır” - deyə bildirən Ə.Cahangir hesab edir ki,
bunun səbəbi odur ki, hazırda
dünyada saysız-hesabsız
kitab çap olunur. Oxucuların bu kitabların hamısını alıb
oxumağa fiziki imkanlarının olmadığını
qeyd edən Ə.Cahangirin sözlərinə
görə, nəşr
olunan kitabdan isə oxucuların 5-10 faizinin xəbəri olur. Ə.Cahangir onu da bildirdi ki,
bəzi ölkə yazıçılarının dünyada məşhur olması sırf siyasi səbəblərlə
bağlıdır. “Burada
bir nüansı qeyd etməliyik. Bu gün dünyada
o əsərlərin reklam
çarxı hərəkətə
gətirilir ki, o, dünyanı idarə edən qüvvələrə
lazımdır. Məsələn,
Orxan Pamuka nə üçün “Nobel” mükafatı verdilər? Çünki
o, erməniləri dəstəkləyirdi.
Dünyanı idarə edən
ermənipərəst qüvvələrə
onun təbliği lazım idi və təbliğ etdilər, “Mənim adım qırmızı”
kitabına görə
əvvəlcə ona
UNESCO-nun mükafatını
verdilər, sonra isə ona “Nobel”
mükafatı verərək
bütün dünyanı
onu oxumağa məcbur etdilər. Dünya da onu
oxuyur və görür ki, o, erməniləri dəstəkləyir.
Təəssüf ki, bu gün ədəbiyyatı
siyasətə tabe edirlər. Yaxud götürək Salman Rüştünün “Şeytan
ayələri”, “Gecəyarısının
uşaqları” kitablarını,
burada Şərq tənqid edildiyi üçün, bu, Qərb dairələri üçün əlverişli
idi” - deyə müsahibimiz qeyd etdi.
İradə SARIYEVA
Bakı
xəbər.- 2019.- 5 fevral.- S.15