Aşıq sənəti qanuniləşdirilir...
“Aşıq sənətinin
qorunması haqqında”
qanun Milli Məclisin payız sessiyasında qəbul ediləcək
Məhərrəm Qasımlı: “Bu layihədə aşıq
sənətilə bağlı
bütün məsələlər,
məqamlar öz əksini tapıb”
“Bu, aşıq
sənətinin qorunması,
təbliği sahəsində
etibarlı bir qanunvericilik bazası, istinad ünvanı olacaq”“Aşıq sənəti haqqında ayrıca qanunun olması zəruri məsələdir. Azərbaycan
Aşıqlar Birliyi olaraq hər zaman bildirmişik ki, bu barədə
qanun hazırlanmasına
ciddi ehtiyac var. Bildiyiniz kimi, hazırda Milli Məclisin Mədəniyyət komitəsində
aşıq sənətilə
bağlı qanun layihəsi hazırlanıb.Layihənin
hazırlanmasında Aşıqlar
Birliyi yaxından iştirak edib. Azərbaycan Aşıqlarının
VI Qurultayında belə
bir qanun layihəsinin hazırlanması
məsələsini gündəmə
gətirdik və qurultaydan dərhal sonra bu istiqamətdə
işə başladıq.
Bu layihə aşıq sənətilə
bağlı məsələlərin
qanunla tənzimlənməsinə
geniş imkan yaradacaq. Olduqca yüksək səviyyəli
bir layihədir. Hesab edirəm ki, bu layihədə aşıq sənətilə
bağlı bütün
məsələlər, məqamlar
öz əksini tapıb.Dövlətin aşıq
sənətinin inkişafı
üçün həyata
keçirdiyi bütün
proqram və tədbirlər təqdirəlayiqdir”
- bunu “Bakı-Xəbər”ə
Azərbaycan Aşıqlar Birliyinin
(AAB) sədri, professor
Məhərrəm Qasımlı
Milli Məclisin Mədəniyyət komitəsi
tərəfindən hazırlanan
“Aşıq sənətinin
qorunması haqqında”
qanun layihəsinə münasibət bildirərkən
deyib.M.Qasımlı onu
da bildirdi ki, “Aşıq sənətinin qorunması haqqında” qanun layihəsi
parlamentin payız sessiyasında qəbul ediləcək.AAB sədri
onu da vurğuladı
ki, layihədə əks olunan bütün maddələr
aşıq sənətinin
mövcud problemlərinin
həll edilməsində
mühüm rol oynayacaq. “Bu layihə ürəklə
hazırlanıb. Yəni
burada yer alan hər bir
bənd, maddə aşıq sənətinin
inkişafına xidmət
edir. Bu gün müəyyən problemlər var ki, bu sahədə
qanunvericilik bazası olmadığı üçün,
biz onun qarşısını almaqda
çətinlik çəkirik.
Xüsusən də efir məsələsində.
Qanun qəbul edildikdən sonra artıq bu problemlər
geridə qalacaq. “Aşıq sənətinin
qorunması haqqında”
qanun qəbul edildikdən sonra bu, aşıq sənətinin qorunması,
təbliği sahəsində
etibarlı bir qanunvericilik bazası, istinad ünvanı olacaq” - deyə M.Qasımlı bildirdi.
İradə SARIYEVA
Bakı
xəbər.- 2019.- 20 fevral.- S.15