Muğamınqanuniləşməsisənət adamlarını sevindirib...

Mən bu qanun layihəsinin hazırlanmasını çox müsbət qiymətləndirirəm muğam sənətinin inkişafı üçün səmərəli olacağına inanıram”

Mələkxanım Əyyubova: “Bütün muğam ifaçıları, sənətkarlar dövlətimizin muğam sənətinin inkişafı ilə bağlı həyata keçirdiyi işlərə töhfələr verməlidir”

Azərbaycanda muğam və aşıq sənəti ilə bağlı qanun layihəsinin hazırlanması barədə uzun illərdir müzakirələr aparılırdı. Nəhayət ki, hər iki xalq sənəti ilə əlaqədar qanun layihəsi hazırlanıb. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynovun verdiyi məlumata görə, AzərbaycandaMuğam sənətinin qorunması haqqındaAşıq sənətinin qorunması haqqındayeni qanun layihələri işlənib hazırlanıb.

R.Hüseynovun sözlərinə görə, qanun layihələrinin hazırlanması mədəniyyətimizi qorumaq zərurətindən irəli gəlir. O deyib ki, bu gün Azərbaycanda muğamın inkişafına böyük diqqət göstərilir. Deputatın sözlərinə görə, muğama münasibət heç həmişə eyni olmayıb: “Sovet dövründə muğamı sıxışdırmağa, adlarını dəyişməyə çalışırdılar. Muğam Azərbaycanın milli varlığını əks etdirir, eyni zamanda, Azərbaycanı dünyada tanıdır. Təsadüfi deyil ki, ermənilərin ərazimizi işğal etdikləri kimi, muğamımızı, milli adət-ənənələrimizi qəsb etmək iddiaları var”.

Tanınmış xanəndə, respublikanın xalq artisti Mələkxanım ƏyyubovaBakı-Xəbər”ə bildirdi ki, “Muğam sənətinin qorunması haqqındaqanun layihəsinin hazırlanması muğam ictimaiyyəti tərəfindən müsbət qarşılanır. M.Əyyubova hesab edir ki, bu qanun qəbul edildikdən sonra muğam sənəti daha da inkişaf edəcək. “Bu qanun layihəsinin hazırlanması işinin Rəfael müəllimə tapşırılması çox müsbətdir. Artıq bu layihə hazırdır. Mən bir muğam ifaçısı kimi bu qanun layihəsinin hazırlanmasını yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu, muğam sənətinin davamlı şəkildə təbliğində, öyrədilməsində, tədrisində digər istiqamətlərdə böyük təkanverici qüvvə rolunu oynayacaq. Bilirsiniz ki, Azərbaycan dövləti muğam sənətinin inkişafı üçün çox böyük işlər görüb, bu gün o işləri davam etdirir. Muğam sənətinin qorunması haqqındaqanun layihəsinin maddələrindən xəbərsiz olsam da, düşünürəm ki, burada olan bütün bəndlər sənətimizin, sənətkarlarımızın xeyrinədir. Çünki indiyə qədər görülən bütün işlərdən ancaq fayda görmüşük. Mən bu qanun layihəsinin hazırlanmasını çox müsbət qiymətləndirirəm o layihənin həqiqətən muğam sənətinin inkişafı üçün səmərəli olacağına inanıram” - deyə M.Əyyubova bildirdi.O, həmçinin, qeyd etdi ki, dövlətimiz muğamın keşiyində dayanıb. Bunun sayəsində , ənənəvi olaraq, Televiziya Muğam Müsabiqəsi keçirilir: “Bütün muğam ifaçıları, sənətkarlar dövlətimizin muğam sənətinin inkişafı ilə bağlı həyata keçirdiyi işlərə töhfələr verməlidir. VII Televiziya Muğam Müsabiqəsi başlayacaq. Bu dəfə münsiflər heyətinə mən dəvət olunmuşam. Sağlıq olsun, Televiziya Muğam Müsabiqəsi mart ayında başlayacaq”.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2019.- 20 fevral.- S.15