Prezidentin sərəncamı İrəvan
Teatrını canlandırdı...
İftixar Piriyev:
“Kollektivimizin böyük
sevinc hisslərinə
səbəb olan bu sərəncam bizi daha da
məsuliyyətlə çalışmaq
etimadı ilə vəzifələndirdi”
“Biz bu addımı Azərbaycan mədəniyyətinə və
incəsənətinə, eyni
zamanda, Azərbaycan tamaşaçılarına, xüsusən
də İrəvan teatrsevərlərinə göstərilən
qayğı və sevginin təzahürü olaraq qiymətləndiririk”
“Bu qayğı
deportasiya həyatı
yaşayan İrəvan
Teatrının öz
dədə-baba torpaqlarına
dönmək ümidinin
artmasına və daim aktuallığında
qalmasına böyük
təkan verir”
Azərbaycanda teatrlara hərtərəfli
dövlət qayğısı
göstərilir. Teatların
binaları əsaslı
şəkildə təmir
edilir, maddi-texniki bazaları möhkəmləndirilir.
Bu gün qaçqın və məcburi köçkün teatrları
da dövlətin diqqətindədir və mütəmadi olaraq bu teatrlara qayğı
göstərilir.Məlum olduğu
kimi, Prezident İlham Əliyev Bakı şəhərinin
Binəqədi rayonunda
yerləşən İrəvan
Dövlət Azərbaycan
Dram Teatrının binasının əsaslı təmiri və yenidən qurulması işləri haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, teatr
binasının əsaslı
təmirinin və yenidənqurma işlərinin
davam etdirilməsi məqsədilə Mədəniyyət
Nazirliyinə 2,0 (iki) milyon manat vəsait
ayrılıb.Qeyd edək
ki, İrəvanda Azərbaycan dilində yaradılan (ilk) İrəvan Dövlət
Azərbaycan Dram Teatrı azərbaycanlıların Ermənistandan deportasiyası
ilə əlaqədar
olaraq hazırda Bakıda fəaliyyət göstərir. 1928-ci ildə
teatr dövlət statusu alıb və 1935-ci ildə teatra görkəmli dramaturq Cəfər Cabbarlının adı verilib.İrəvan Dövlət
Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev “Bakı-Xəbər”ə
açıqlamasında bildirdi
ki, sözügedən
sərəncam teatrın
həyatında mühüm
rol oynayacaq. O hesab edir ki, teatr əsaslı
şəkildə təmir
edildikdən sonra yaradıcı kollektiv daha da səmərəli
fəaliyyət göstərəcək.
“2019-cu il teatrımızın
kollektivi üçün
uğurla başladı.
15 yanvar tarixindən etibarən teatrın inzibati binasında əsaslı təmir işlərinə start verildi. Bir ay beş gün içində çox sürətlə
gedən işlərin
davam etdirilməsi məqsədilə 20 fevral
tarixində möhtərəm
cənab Prezidentin növbəti sərəncamı
ilə iki milyon manat məbləğində
vəsait ayrıldı.
Kollektivimizin böyük
sevinc hisslərinə
səbəb olan
bu sərəncam bizi daha da
məsuliyyətlə çalışmaq
etimadı ilə vəzifələndirdi. İkiqat
stimul oldu. Biz bu addımı təkcə teatrımıza
olan qayğı kimi dəyərləndirmirik,
Azərbaycan mədəniyyətinə
və incəsənətinə,
eyni zamanda, Azərbaycan tamaşaçılarına,
xüsusən də İrəvan teatrsevərlərinə
göstərilən qayğı
və sevginin təzahürü olaraq da qiymətləndiririk.
Bu dəyərli diqqət və qayğıya görə biz böyük sənət ordusunun bir qolu olaraq
öz tərəfimizdən
ölkə rəhbərinə
fikirlərimizi belə
ifadə edirik: “Möhtərəm cənab
Prezident! Zati-alinizə
kollektivimiz adından dərin təşəkkürlərimizi
və ehtiramımızı
bildiririk! Siz xalqımızın hər
bir nümayəndəsi
üçün əziz
və dəyərlisiniz!
İrəvan teatrının
kollektivinə daim qayğı göstərmisiniz.
Bu qayğı deportasiya həyatı yaşayan İrəvan Teatrının öz dədə-baba torpaqlarına
dönmək ümidinin
artmasına və daim aktuallığında
qalmasına böyük
təkan verir. Biz Sizə hər
zaman sədaqətlə
bağlıyıq! Bunu
bütün fəaliyyətimiz,
repertuarımızda yer
tutan əsərlərimiz,
daxildə və xaricdə təmsil olunduğumuz səfərlərimiz
və ictimai fəaliyyətimizlə sübut
etməyə çalışırıq.
Daim var olun! İrəvan Teatrına həmişə
qayğı göstərmiş
Ulu Öndərimizin ruhu qarşısında daim sayğı duruşunda dayanan kollektivimiz Sizin varlığınızdan qürur
hissi keçirir! Sənətin yaşamasının xalqımızın əbədiyaşarlığını
təmin edən amil olduğunu nəzərə alsaq, qətiyyətlə deyə
bilərik ki, Sizin sənət və sənətkarlara verdiyiniz dəyər, qiymət və göstərdiyiniz diqqət,
qayğı məhz xalqımızın əbədiyaşarlığının
təminatıdır!”.
İradə SARIYEVA
Bakı
xəbər.- 2019.- 22 fevral.- S.12