Tarixçi alimin 6 dildə çap olunmuşXocalıkitabı satışa çıxarılıb...

Siyasi elmlər üzrə fəlsəfə doktoru, tanınmış tarixçi Zaur ƏliyevinXocalıkitabı nəşr edilib. Xocalı soyqırımına həsr edilən kitab 6 dildə - Azərbaycan, rus, alman, fransız, ingilis ərəb dillərində Türkiyənin "Lambert Academic Publishing" şirkəti tərəfindən çap olunub artıq satışa çıxarılıb.

Bu barədəBakı-Xəbər”ə açıqlama verən Z.Əliyev qeyd etdi ki, kitab Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə işıq üzü görüb. “Məlumdur ki, keçmişini unudanların onu yenidən yaşamaq məcburiyyətində qalması tarixin ibrət dərsidir. Azərbaycanın müasir tarixində unudulması mümkün olmayan, bütövlükdə, xalqın şüuruna dərin iz salaraq onu daim mübarizə qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman xalqın qan yaddaşından silinməyəcək. Xocalı soyqırımı da məhz unudulması mümkün olmayan dəhşətli hadisələrdəndir. Xocalı faciəsini təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə, insanlığa qarşı vəhşilik kimi qiymətləndirdilər. Məhz adıçəkilən kitab bu gün Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, hüquqi baxımdan soyqırım kimi qəbul edilməsi, soyqırım faktından onun törədicisi olan Ermənistana qarşı beynəlxalq müstəvidə təzyiq kimi istifadə edilməsi, soyqırımda əsas təşkilatçı cinayətkarların beynəlxalq məhkəmə tərəfindən cəzalandırılması sair məsələləri özündə əks etdirir. Kitabda beynəlxalq hüquq müstəvisində Xocalı soyqırımına verilmiş hüquqi-siyasi qiymət təhlil edilib” - deyə bildirən Z.Əliyevin dediyinə görə, “Xocalı” 11 gündən sonra dünyanın bütün online kitab satış saytlarında olacaq.

 

İradə SARIYEV

Bakı xəbər.- 2019.- 27 fevral.- S.4