Rusiya yazıçısı Kəlbəcərdə alban kilsəsini erməniləşdirən film çəkdi...

 

Ermənilərin işğal altında saxladıqları rayonlarımızdakı tarixi özününküləşdirmə, milli-mədəni irsimizi məhv etmək kimi hərəkətləri davam edir. Maraqlıdır ki, onlar bu prosesə kənardan da bəziziyalılarıcəlb edirlər.

 

Rusiyanın ermənipərəst şairlərindən biri olan Viktor Konoplyov Azərbaycanın 27 ildir işğal altında qalan Kəlbəcər rayonundakı Xudavəng məbədini erməni monastrı kimi təqdim edən yeni, "Fəth olunmaz Artsax" adlı film hazırlayıb. Bu haqda erməni portallarından biri məlumat yayıb.

 

Xatırladaq ki, Xudavəng monastır kompleksi qədim Azərbaycan məbəd kompleksidir. VI-VII əsrlərdə alban knyazı tərəfindən tikilib. XV əsrdə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub nəhayət, alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib. Bəllidir ki, bu cür saxta təbliğatla ermənilər həmin məbədlərin guya qədim zamanlardan onlara məxsus olduğuna dair rəy formalaşdırmağa çalışırlar. Bu cür saxta prosesə Rusiya vətəndaşlarının qoşulması hansı nəticələrə səbəb ola bilər?

 

Apardığımız araşdırma nəticəsində müəyyən etdik ki, sözügedən məbəd Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşir. Tərtər çayının sol sahilində yerləşən Xudavəng, ya da Dədəvəng kompleksi Azərbaycanın xristian memarlığının ən iri ən gözəl abidələrindən biridir.

 

Əfsanəyə görə, Qafqazda ilk xristian missioneri olmuş apostol Faddey-Dədə bu kompleksdə dəfn olunub. Ona görə Xudavəng kompleksinin təməlinin IV əsrdə qoyulduğu ehtimal olunur.

 

Kompleksdə əsas inşaat işləri XIII əsrdə alban knyazı Vaxtanqın zamanında aparılıb. Monastır kompleksinin tərkibində indi iyirmidən çox tikili tikili qalıqları var. Kompleksin baş kilsəsini 1214-cü ildə knyaz Vaxtanqın arvadı Arzu xatun tikdirib. Uca günbəzi əzəmətli həcmi ilə bütün kompleksin dominantı olan Arzu xatun məbədi Qafqaz Albaniyasının xristian memarlığının şah əsərlərindəndir. Ehtimal edilir ki, kilsənin interyerindəki freskaları Arzu xatun onun qızları işləmişlər.

 

Kilsənin qərb şimal baş tağları daş üzərində incə oyma naxışlarla bəzədilib. Kompleksin əsas dini hissəsi plan kompozisiyası ilə fərqlənən, bir-birinə bitişik 7 həcmdən ibarətdir.

 

Kompleksin əsas binası Böyük Həsən kilsəsidir. Dini binalardan cənubda isə, yamacda mülki tikililər, eləcə saray, yaşayış təsərrüfat binaları yerləşir. Kompleksə daxil olan binalar çoxəsrlik inşaat mədəniyyətini, orta əsr Azərbaycan xristian memarlığının müxtəlif tiplərini dolğun nümayiş etdirir. Xudavəng monastır kompleksində çoxlu inşaat kitabələri yazılar qalıb. Onlarda göstərilən bir sıra adlar: Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux, Qaragöz s. bu abidəni ucaldanların etnik mənsubiyyətinin - türklüyünün dəqiq göstəricilərindən biri sayılmalıdır. Bu abidənin çoxsaylı oyma daş bəzəklərində Azərbaycanın müsəlman memarlığı ilə birbaşa bağlılıq da aydın hiss olunur.

 

Hazırda erməni işğalı altında olan alban Xudavəng monastır kompleksini erməni tədqiqatçıları erməni abidəsi kimi təqdim etməyə çalışırlar. Ermənilər 30 ilə yaxındır bu təbliğatı aparırlar. Onlar xaricdə göstərdikləri kinofilmlərdə çox ustalıqla islamın qəbulundan öncə bu ərazidə yaşamış xristian Azərbaycan türklərinin abidəsini erməni kilsəsi kimi təqdim edir ulu Artsax”ın maddi mədəniyyət abidəsinin türklər tərəfindən dağıdılmasıhaqqında dünya ictimaiyyətinə saxta tarixi məlumatlar çatdırırlar. Rus şairinyaradıcılığındanda bu məqsədlə istifadə edirlər. Məlumdur ki, işğal altında olan ərazilərə Azərbaycan dövlətinin rəsmi icazəsi olmadan getmək qadağandır. Bu qadağaya məhəl qoymayanların adı XİN-in tərtib etdiyi  qara siyahı”ya salınır. Sonra onlarla bağlı Azərbaycanın qanunvericiliyinin tələbləri əsasında cinayət işi açılır, barələrində İnterpol xətti ilə axtarış verilir. Hətta başqa ölkənin vətəndaşı olan, Lapşın adlı bir bloger məhz belə əməllərinə görə gətirilib Azərbaycanda mühakimə olunmuşdu. Rusiyalı şairlə bağlı bu prosedur həyata keçirilməlidir. Çünki onun bu cür əməli vətəndaşı olduğu ölkə ilə Azərbaycanın münasibətlərinə pis təsir edir. Həmin adam, eyni zamanda, çəkdiyi filmlə işğalçı, terrorçulara dəstək verir. Həm tarixin saxtalaşdırılmasında yaxından iştirak edir. Bu şəxsin adının XİN-inqara siyahı”sına salınmasına tam əsas var. Əlaqədar qurumların məsələni ciddi nəzarətdə saxlaması lazımdır.

 

Məhəmmədəli QƏRİBLİ

Bakə Xəbər.- 2019.- 229-1 iyul.- S.3