Ümumdünya İrs Siyahısına əlavə ediləcək 36 qiymətli abidənin sırasında Azərbaycan incisi... (?)

 

 

“Bu sessiyanın paytaxtımızda keçirilməsi bizə imkan verir ki, bir sıra abidələrimizi də UNESCO-ya daxil edək”

img

3 iyun 1992-ci il tarixində qurulan Azərbaycan-UNESCO əməkdaşlığı 1993-cü ildən sonra daha da güclənərək, hazırkı səviyyəsinə gəlib çatdı. Bu gün UNESCO Azərbaycan arasındakı qarşılıqlı əlaqələrin formalaşmasında UNESCO-nun ölkəmizdəki xoşməramlı səfiri, Heydər Əliyev Fondunun rəhbəri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın danılmaz xidmətləri var. Bu gün UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsini gerçəkləşdirən amillərdən biri budur. 

 

Bildiyimiz kimi, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında müzakirəyə çıxarılacaq məsələlərdən biri bir sıra mədəni təbiət abidələrinin dünya irs siyahısına salınması olacaq. Bu siyahıya Azərbaycandan hansı abidələrin daxil edilməsi nəzərdə tutulur?

 

Bildirək ki, Dünya İrs Komitəsinin 43-cü sessiyasının gündəliyində UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçiriləcək. Namizədliyi irəli sürülmüş faylların 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət mədəni) abidələr sırasına daxildir. Sessiyalarda ilk olaraq siyahı üzrə təbiət obyektləri, daha sonra mədəni obyektlərlə bağlı nominasiyalar müzakirə ediləcək.

 

Mədəniyyət naziri Əbülfəs Qarayevin verdiyi məlumata görə, Azərbaycandakı bir neçə məkanın UNESCO-nun Dünya İrsi Siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulur. Nazirin bildirdiyinə görə, hazırda Şəkinin Xan Sarayı şəhərin qədim hissəsinin bu siyahıya salınması üzərində gedir: “Bakıda bu məsələ müzakirə olunacaq ümid edirik ki, nəticə müsbət həllini tapacaq. Bir neçə variant var onların bəzilərində nöqsanlar mövcuddur. Onları aradan qaldırdıqdan sonra yenidən məsələyə baxılacaq. Çalışacağıq ki, məsələ həll olunsun”.

 

Bundan başqa, nazir onu da deyib ki, Hirkan Milli Parkının meşələri üçün İranın nominasiyası nəzərdə tutulur: “Həmin meşənin Azərbaycana düşən hissəsini vahid məkan kimi təqdim etmək istəyirik. Bu, gələcəyin məsələsidir. Naxçıvandakı türbələrin siyahıya salınmasını nəzərdə tuturuq. Hazırda bu məkanlar normal vəziyyətdə olduğundan, elmi cəhətdən əsaslandırılması prosesi getməlidir”.

 

Ekspertlərin qeyd etdiyinə görə, bu gün Azərbaycanda bir sıra maddi qeyri-maddi irs nümunələri, eləcə təbiət abidələri var ki, onların Ümumdünya İrs Siyahısında yer alması çox vacibdir.

 

İçərişəhər, Şirvanşahlar saray kompleksi, Qız qalası,  Qobustan dövlət tarixi-bədii qoruğu kimi abidələrimizin UNESCO-nun maddi irs siyahısında yer aldığını deyən ekspertlərin bildirdiyinə görə, hazırda müvəqqəti salınan Bakı dağ mərhələsi, Binəqədi dördüncü dövr fauna flora qəbiristanlığı, Lökbatan palçıq vulkanı, Hirkan milli parkı, Ordubad tarixi şəhəri, Şəki Xan Sarayı, Atəşgah, Şuşa tarixi şəhəri, Beşbarmaq səddi, Gilgilçay səddi, Çıraqqala, Şabran qalası, Dördkünc Mərdəkan qalası, Dairəvi Mərdəkan qalası, Bayıl qalası, Nardaran qalası, Ramana qalası, Gülüstan türbəsi, Möminə Xatun türbəsi, Qarabağlar türbəsi, Yusif ibn Küseyir türbəsi, Zaqatala Dövlət Təbiət Qoruğu da həmişəlik UNESCO-ya daxil edilməlidir.

 

Aida İsmayılova: “Hazırda aktual olan məsələ Şəkinin UNESCO-ya daxil edilməsidir, düşünürəm ki, buna nail olacağıq

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Tarix Muzeyinin Arxeologiya şöbəsinin müdiri Aida İsmayılova hesab edir ki, Azərbaycanda bir sıra abidələrin UNESCO-nun Ümumdünya İrs Siyahsına salınması vacibdir. A.İsmayılovanın sözlərinə görə, Dünya İrs Komitəsinin Bakı sessiyasında UNESCO-ya daxil edilməsi barədə müzakirəyə çıxarılan 36 abidə sırasında Azərbaycan abidələri var. “Hesab edirəm ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakının evsahibliyi ilə keçirilməsi çox əlamətdar hadisədir. Hazırda bu sessiyada müxtəlif panellər üzrə müzakirələr aparılır. Bilirsiniz ki, Azərbaycan uzun illərdir UNESCO ilə yaxından əməkdaşlıq edir Azərbaycanın bir neçə maddi qeyri-maddi irs nümunəsi bu təşkilatda qeydiyyata alınıb. Bu sessiyanın paytaxtımızda keçirilməsi bizə imkan verir ki, bir sıra abidələrimizi UNESCO-ya daxil edək. Hazırda aktual olan məsələ Şəkinin UNESCO-ya daxil edilməsidir, düşünürəm ki, buna nail olacağıq. Milli Azərbaycan Tarixi Muzeyində Şəki ilə bağlı maraqlı bir sərgi açmışıq. Burada Şəki ilə bağlı bir sıra arxeoloji, etnoqrafik materiallar, eləcə tikmələr sair sərgilənir. Əslində, Şəkinin UNESCO-ya salınması çox məqbuldur. Qədim şəhərlərimizdən olan Şəkinin bu siyahıda yer alması çox müsbət hal olardı. İndiyə qədər elə bilirdim ki, bizim palçıq vulkanlarımız UNESCO-ya daxil edilib. Sonra gördüm ki, edilməyib. Palçıq vulkanlarımız, Atəşgah, Binəqədi dördüncü dövr fauna flora qəbiristanlığı UNESCO-ya daxil edilsə, dünya bizim bu unikal abidələrimizdən xəbər tutar. Fauna flora qəbiristanlığı çox zəngindir. Bu qəbiristanlıqla bağlı bizim muzeydə bəzi eksponatlar var. Bu dəyərli abidələr göstərir ki, burada qədim dövlərdə qədər heyvanın yaşaması üçün şərait olub. Səlcuq dövrü Naxçıvan abidələrinin, Möminə Xatun türbəsinin bu siyahıya düşməsi gözləniləndir. Mədəniyyət Nazirliyindən deyiblər ki, bu abidələrin siyahıya salınmasına çalışırıq. Bu abidələr islam dövrünün çox zəngin örnəkləridir. Gədəbəydəki dağlıq ərazilərdə bəzi abidələr, məbədlər var ki, onlar da bu siyahıda yer alsa yaxşı olar. Yəqin bu məsələlərə baxılacaq” - deyə A.İsmayılova bildirdi.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2019.- 2 iyul.- S.12.