Bakıda Dünya İslam Kulinariya Konqresi keçirilir
Bakıda "Dreamland Golf Club Baku" kompleksinin ərazisində
Dünya İslam Kulinariya Konqresi keçirilir.
"Report" xəbər verir ki, konqres Azərbaycan
Dövlət Turizm Agentliyi Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasıın (AMKA) birgə
təşkilatçılığı ilə baş tutub.
AMKA prezidenti Tahir Əmiraslanov bildirib ki, konqresin
keçirilməsində əsas
məqsədlərdən biri
Dünya İslam Kulinariya Birliyinin (WICS) ofisinin daimi olaraq Azərbaycana köçürülməsidir: "Bu tədbirdə 25 ölkə iştirak edir. Konqres çərçivəsində
halal qida sərgisi, aşpaz və qənnadçıların
İslam mətbəxi
yarışları, WİCS kateqoriyalı münsif kursları, Dünya İslam Kulinariya təşkilatının II konfransı
da keçiriləcək.
Konfrans zamanı
WİCS-in daxili məsələləri, proqramı,
yeni layihələri müzakirə ediləcək".
T.Əmiraslanovun sözlərinə görə,
dünyada ilk dəfə olaraq "Hilal Star" mükafatı restoranlara və aşpazlara Azərbaycandan verilməyə
başlayacaq: "Buna
görə də
"Hilal Star" tarixi Azərbaycandan başlayır. Bütün
bunlarla yanaşı tədbir çərçivəsində
II Beynəlxalq İslam
Kulinariya Çempionatı
da keçiriləcək.
Birinci çempionat
2009-cu ildə Bakıda
keçirilib. Bu peşəkar kulinariya müsabiqəsidir. Yarışlar
komanda və fərdi şəkildə
olacaq, həmçinin
gənc iştirakçılara
da sinif ayrılıb. Yarışda
şadlıq sarayları,
otellər, ketrinq şirkətləri, aviaşirkətlər
iştirak edə biləcək. Müsabiqədə şadlıq sarayları
"bəy-gəlin" və
"qonaq süfrəsi",
otellər "Azərbaycan
səhər yeməyi",
ketrinq şirkətləri
"Azərbaycan mətbəxi
furşeti", aviaşirkətlər
"Bort yeməyi",
şirniyyat müəssisələrimiz
şirniyyat siniflərində
yarışa biləcəklər.
Bununla bərabər müxtəlif mətbəx
incəsənəti sinifləri
üzrə yarışlar
da olacaq. Münsiflər heyəti beynəlxalq səviyyəli
hakimlik səviyyəsinə
malik kulinariya hakimlərindən ibarətdir.
Eyni zamanda, tədbir zamanı halal sərgi də keçiriləcək.
Halal sərgidə halal məhsul istehsal edən şirkətlər və məhsullar yer alacaq. 16-18 iyul tarixlərində şirkətlər
məhsullarını sərgidə
göstərə biləcək".
Xatırladaq ki, tədbirin əsas dəstəkçisi
"Azersun Holding"
MMC-nin “Super Sun” yağı və “Azerçay” markaları olub. Hansı ki, “Azərçay” markası
dünya bazarında Azərbaycanı “Made in Azerbaijan” brendi ilə təmsil edir.
Bakı xəbər.-
2019.- 23 iyul.- S.4