Azərbaycan diplomatiya tarixində şair, yazıçı səfirlər, konsullar...

 

Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Abbas Abdulla, Xeyrəddin Qoca, Səyyad Aran, Hidayət ....

 

 

Həyat Məhərrəmova: “Bu olduqca maraqlı bir mövzudur demək olar ki, tarixşünaslığımızda bu barədə çox az tədqiqat aparılıb

Vaqif Abışov: “Azərbaycan yazıçı şairlərinin diplomatik fəaliyyəti tariximizin çox mühüm səhifəsidir

 

Tarixən ədiblər - şair yazıçılar, eləcə görkəmli fikir adamları Azərbaycan diplomatiyasında izlər qoyublar. Şair yazıçıların konsul səfir kimi fəaliyyətləri hər zaman diqqəti cəlb edir. Dünya təcrübəsində ədiblərin diplomatik fəaliyyəti ilə bağlı kifayət qədər nümunə var.

Azərbaycan ədibləri arasında da diplomatlar yox deyil. Azərbaycan yazıçı şairlərinin diplomatik fəaliyyətinin tarixi yüz ili aşır.

Ölkəmizin diplomatiya tarixində iz qoyan yazıçılar, şairlər kimdir, onlar hansı ölkələrdə konsul səfir vəzifəsində çalışıblar?

Cümhuriyyətin Ukraynada Türkiyədəki ilk səfiri olan Yusif Vəzir Çəmənzəminli...

Tarixçi-alim Həyat Məhərrəmova bizimlə söhbətində bildirdi ki, Azərbaycan peşəkar diplomatiyasının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. O qeyd etdi ki, 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan parlamenti nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınmasına nail olmaq məqsədilə Parisə səfər edib bu, Azərbaycanın müstəqilliyinin tanınması ilə başlayan diplomatiyamızın ilk uğurudur. Bunun nəticəsində Azərbaycan missiyası Paris Sülh Konfransının Ali Şurasına dəvət alıb həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman ərzində fəaliyyət göstərməsinə bir çox çətinliklərlə üzləşməsinə baxmayaraq, diplomatiyamızın səmərəli fəaliyyəti nəticəsində bir çox uğur əldə olunub.

Azərbaycanın ilk ədib diplomatlarının Azərbaycanın görkəmli yazıçıları, böyük fikir adamları Yusif Vəzir Çəmənzəminli Əbdürrəhim bəy Haqverdiyev olduğunu deyən tarixçi bildirdi ki, diplomatik fəaliyyət göstərən Azərbaycan yazıçı şairlərinin bu sahəyə verdiyi töhfələrin özü geniş bir dissertasiya mövzusudur. “Bu olduqca maraqlı bir mövzudur demək olar ki, tarixşünaslığımızda bu barədə çox az tədqiqat aparılıb. Azərbaycan ədibləri, şair yazıçılarının diplomatik fəaliyyəti olduqca maraqlı dəyərli bir məsələdir. Tarixən Azərbaycanda rəsmi olmasa da, qeyri-rəsmi şəkildə ədiblər, mütəfəkkirlər başqa dövlətlərə elçi kimi göndəriliblər, dövlətin adından diplomatik danışıqlar aparıblar. Azərbaycanın peşəkar diplomatiya tarixinin 100 yaşı var. Yüz il əvvəl yaradılan diplomatiyamızda yazıçı şairlərin rolu az deyil. Doğrudur, diplomatik fəaliyyətlə məşğul olan yazıçı şairlərin sayı çox deyil, amma fakt budur ki, qələm adamları da bu vacib dövlətçiliyimiz üçün əhəmiyyətli olan sahəyə cəlb ediliblər. Azərbaycanın ədib diplomatlarından danışarkən, ilk növbədə, böyük Azərbaycan yazıçıları, fikir adamları Yusif Vəzir Çəmənzəminlinin, Əbdürrəhim bəy Haqverdiyevin adlarını çəkməliyik.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizin Ukraynada diplomatik nümayəndəliyi yaradılıb Cümhuriyyətin Nazirlər Şurası 1918-ci il sentyabrın 12-də Ukraynaya işlər vəkilinin göndərilməsi haqqında qərar qəbul edib.

 

1918-ci il noyabrın 1-də Mir Yusif Vəzirov (Yusif Vəzir Çəmənzəminli) Azərbaycan Hökumətinin Ukraynada diplomatik nümayəndəsi təyin edilib. Məlumatıma görə, elə həmin ay Yusif Vəzir Kiyevdə diplomatik fəaliyyətə başlayıb.

Onu da deyim ki, Yusif Vəzirin ulu babası da diplomat olub. Ulu babası Mirzə Əliməmmədağa Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri idi.

1797-ci ilin iyun ayında İran hökmdarı Qacar Şuşanı zəbt etdiyi zaman İbrahimxəlil xan tərəfindən Türkiyə dövlətinə yenicə səfir təyin olunan Mirzə Əliməmmədağanı dustaq etdirib qətlə yetirir. Bununla da Mirzə Əliməmmədağaya səfir olmaq qismət olmur. Uzun illərdən sonra Türkiyədə səfirlik etmək Mirzə Əliməmmədağa nəslinin nümayəndəsi Yusif Vəzirə nəsib olur. Belə ki, o həm 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə ilk səfiri olur”.

Haqverdiyev Dağlılar Respublikasında Ermənistanda səfir işləyib

Ə.Haqverdiyevin diplomatik fəaliyyətinə toxunan tarixçinin verdiyi məlumata görə, böyük ədib Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizin Dağlılar Respublikasında, sonra isə Ermənistanda səfiri olub. O, arxiv sənədlərinə istinadən bildirdi ki, Cümhuriyyət dövründə İrəvandakı diplomatik nümayəndə Məhəmməd Xan Təkinski olub. 1919-cu il yanvar ayının 29-da Məhəmməd xan Təkinskinin Azərbaycanın Ermənistanda diplomatik nümayəndəsi, səfiri təyin edildiyini qeyd edən H.Məhərrəmovanın sözlərinə görə, M.Təkinskidən sonra görkəmli Azərbaycan yazıçısı siyasi xadimi Ə. Haqverdiyev 1919-cu il avqustun 24-də Azərbaycan Respublikasının Ermənistanda diplomatik nümayəndəsi təyin edilib. Bundan əvvəl Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın Dağlılar Respublikasında diplomatik nümayəndəsi olub” - deyə bildirən tarixçi bu gün Azərbaycan yazıçı şairləri arasında diplomatik fəaliyyətlə məşğul olanların olduğunu xatırlatdı.

O vurğuladı ki, çağdaş Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan Hidayət Orucov (Hidayət) diplomatik fəaliyyət göstərir.

Qeyd edək ki, Hidayət Orucova 27 dekabr 2012-ci ildə Azərbaycan Respublikasının fövqəladə səlahiyyətli səfiri diplomatik rütbəsi verilib. Elə həmin gün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında fövqəladə səlahiyyətli səfiri təyin edilib hazırda da sözügedən ölkədə diplomatik fəaliyyətini davam etdirir.

 

“Azərbaycanda diplomatik fəaliyyət göstərən şair və yazıçılar dünən də olub, bu günvar

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, eləmlər doktoru, tanınmış tarixçi-alim Vaqif Abışov da bizimlə söhbətində bildirdi ki, Azərbaycanın diplomat yazıçı və şairlərinin fəaliyyəti geniş şəkildə araşdırılmalıdır.Sizin müraciət etdiyiniz mövzu yeni və orijinaldır, eyni zamanda da çox maraqlıdır. Azərbaycan yazıçı və şairlərinin diplomatik fəaliyyəti tariximizin çox mühüm səhifəsidir. Azərbaycan yazıçıları arasında Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev Cümhuriyyət dövründə səfir işləyiblər. Sonrakı dövrlərdə şair-tərcüməçi Abbas Abdulla Azərbaycanın İstanbuldakı baş konsulu olub. Tanınmış yazıçı-dramaturq Xeyrəddin Qoca, eləcə də şair Səyyad Aran ayrı-ayrı illərdə Azərbaycanın İstanbuldakı baş konsulu vəzifəsində çalışıblar. Bu gün tanınmış yazıçı-dramaturq Hidayət Orucov Azərbaycanın Qırğızıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiridir. Bundan başqa, yazıçı Anarın yazıçı oğlu Tural Rzayev diplomatdır və Azərbaycanın Küveytdəki fövqəladə və səlahiyyətli səfiridir. Mərhum Xalq artisti Mikayıl Mirzənin oğlu Mətin Mirzə də diplomatik fəaliyyət göstərir, o da şairdir, yazır. Yəni Azərbaycanda diplomatik fəaliyyət göstərən şair və yazıçılar dünən də olub, bu günvar”.

 

Şair və yazıçıların diplomat kimi başqa ölkələrə göndərilməsinin tarixi səbəblərinə aydınlıq gətirən V.Abışov bildirdi ki, Cümhuriyyət dövründə diplomatik fəaliyyətlə məşğul olan ədiblər bu sahəyə nüfuzlugeniş dünyagörüşə malik olduqları üçün təyin olunurdular. O vurğuladı ki, o dövrdə Azərbaycanın peşəkar diplomatiyası yenicə formalaşmaqda olduğu üçün, ilk səfirlər, diplomatlar kimi yazıçı və şairlər, fikir adamları irəli çəkilirdilər.

 

İradə SARIYEVA

Bakı xəbər.-2019.- 26 iyul.- S.10.