Milli Yaylaq Festivalı bizə nə verdi

 

 

Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-da ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalına start verilib.

 

İyulun 28-dək davam edəcək festival Türk Əməkdaşlıq Koordinasiya Agentliyi (TİKA), “CavadxanTarix Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilir.

 

Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında, unikal konsepsiya əsasında təşkil olunan Milli Yaylaq Festivalına təşkilatçı tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət hökumət rəsmiləri, diplomatlar, 16 ölkədən nümayəndələr, o cümlədən Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, eləcə yerli xarici turistlər qatılıb.

 

Festivalın açılış mərasimində çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev iştirakçıları salamlayaraq, Milli Yaylaq Festivalının təşkilində əsas məqsədinin Azərbaycan xalqının zəngin çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq elat mədəniyyətinin, unikal mədəniyyət nümunələrinin tarixi abidələrinin nümayiş etdirilməsi ərazinin turizm potensialının üzə çıxarılmasından ibarət olduğunu diqqətə çatdırıb.

 

Kənd Təsərrüfatı naziri İnam Kərimov isə çıxışında festivalın önəmindən danışıb. Qeyd edib ki, çoxsaylı qonaqların ilk dəfə keçirilən Milli Yaylaq Festivalına qatılması bu festivalın gələcəyindən xəbər verir. Nazir Azərbaycanın multikultural ölkə olduğunu vurğulayaraq, ölkəmizdə azsaylı xalqların mehriban, dinc yanaşı yaşadığını diqqətə çatdırıb. Bildirib ki, bu gün sabitlik adası olan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən inkişaf edən dövlətlərindən biridir. “Milli Yaylaq Festivalının təşkil olunması Azərbaycanın, dövlətimizin öz tarixinə, adət-ənənələrinə bağlılığının, dəyər verməsinin təcəssümüdür. Festivala respublikamızdan, o cümlədən qonşu ölkələrdən çox dəyərli qonaqlar təşrif buyurublar. Bu tədbir təkcə Gədəbəyin deyil, Azərbaycanın gözəlliklərini, onun diyarlarını, təbiətini nümayiş etdirmək üçün bir fürsətdir. Hesab edirəm ki, festival iştirakçıları Gədəbəyin füsunkar təbiətinə heyran qalacaq bu regionun daimi qonaqları olacaqlar. Bu festival, həmçinin Azərbaycanın dostluq qardaşlıq diyarı olduğunu göstərir. Bu tədbirdə ölkəmizlə yanaşı, Türkiyənin aidiyyəti qurumları da təşkilatçıdır. Milli Yaylaq Festivalı, eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığının təcəssümü nümayişidir. Hesab edirəm ki, birinci Milli Yaylaq Festivalı növbəti illərdə daha da möhtəşəm olacaq”, - deyə nazir İnam Kərimov bildirib.

 

Türk Əməkdaşlıq Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Teoman Tiryaki çıxışında festivalın təşkilatçıları arasında olmalarından məmnunluğunu ifadə edib, tədbirə qatılan xarici ölkə nümayəndələrinin milli adət-ənənələrlə yaxından tanış olacağını vurğulayıb. Festivalın iştirakçılarda zəngin təəssürat doğuracağına əminliyini bildirən T.Tiryaki qeyd edib ki, ilk Milli Yaylaq Festivalına minlərlə iştirakçının, o cümlədən yerli xarici turistin qatılması bu festivalın davamlı olacağından öz məqsədinə çatacağından xəbər verir.

 

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral CavadxanTarix Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov çıxış edərək, Milli Yaylaq Festivalının bölgədə turizmin inkişaf etdirilməsi, eləcə qədim ənənələrin qorunub saxlanmasında oynayacağı roldan danışıblar.

 

Festival iştirakçılarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından salamlayan Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycanın son illərdə xeyli inkişaf etdiyini bildirib. Birinci Milli Yaylaq Festivalında iştirakından məmnun olduğunu vurğulayan Bilal Ərdoğan deyib: “Belə bir festivalın təşkili Azərbaycanda milli idman növlərinin inkişafına çox güclü dəstəyin olduğunu göstərir. Azərbaycanda xüsusilə uşaqlar, gənclər öz milli idman növlərini öyrənməli, onları yaşatmalıdırlar”.

 

Bilal Ərdoğan qeyd edib ki, mədəniyyətimizi itirsək müstəqilliyimizi itirərik: “Buna görə gənc nəsil arasında milli idman oyunlarının təbliği aparılmalıdır ki, onlar unudulmasın. Əgər öz mədəniyyətimizə sahib çıxmasaq, o zaman bizi məğlub etmək istəyənlər arzularına çatarlar. Dünya Etnoidman Konfederasiyası olaraq, bu mesajı sadəcə türk dünyasında deyil, dünyanın hər bir yerində veririk. Hər bir xalq, millət öz milli idman növlərini yaşatmaq haqqına sahibdir. Bütün ənənəvi milli idman növləri dünyanın zənginliyidir. İnşallah konfederasiyamız həm Azərbaycanda milli idman növlərinin inkişafına dəstək göstərər, həm Azərbaycan ictimaiyyətinin bu məsələyə marağını çəkməsinə vəsilə olar. Biz Dünya Etnoidman Konfederasiyası olaraq, Azərbaycan milli idman növləri sahəsində çalışan bütün qurumlarla çox yaxından əməkdaşlıq etmək istəyirik. Bugünkü gün bu baxımdan xoş bir başlanğıc olsun”.

 

Açılış mərasimindən sonra tədbir iştirakçıları Milli Yaylaq Festivalında adət-ənənələrlə tanış olub, milli idman növlərinə tamaşa ediblər.

 

Miskinli yaylağında orijinal üslubda salınanYaylaq yurduadlı etno-qəsəbədə yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqudocağı (tamaşaçılar üçün səhnə), yaylaq yatağı (ev heyvanları üçün yerlər), pəhləvan meydanı, “Aşıq Ələsgərocağı, yaylaq süfrəsi digər tematik sahələr yaradılıb.

 

Festival şərti olaraq mədənietnoqrafik, milli yaylaq (idman) oyunları, ekoetnoturizm adlı 3 hissədən ibarətdir.

 

Milli Yaylaq Festivalı günlərində mədənietnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, müxtəlif xalq səhnələri tamaşaları, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıqaşıq, molla mindi) təşkil olunacaq, yaylaq kulinariya nümunələri (odun üzərində bişən xörəklər - dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar sair) təqdim ediləcək. Həmçinin tətbiqi sənət nümunələrinin nümayişi satışsərgisi təşkil olunacaq. Qoçların, qurdbasarların (çoban itlərinin) yerli yorğa atların sərgi müsabiqəsi keçiriləcək. Yaylaq spesifik kənd təsərrüfatı mallarının yarmarkası fəaliyyət göstərəcək. Festival müddətində ölkəmizdə tolerantlıq multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların mədəni proqramları nümunəvi çıxışları da maraqla qarşılanacaq.

 

Festivalın milli yaylaq (idman) oyunları şərti adı altında keçirilən hissəsində qədim kökə söykənən yorğa at yarışları (müxtəlif məsafə kateqoriyalarda), milli güləş yarışı, çaparaq at yarışları, çoban güləşi (kəmər güləşi), nümunəvi çıxışlar, atüstü milli oyunlarÇövkən, Baharbənd, Sürpapaq, Piyalə, Ər endir (atüstü güləş), Gərdək qaçırmaq, Zorxana, Kəndirbazlıq ox atma təşkil olunacaq.

 

Yaylaq festivalının ekoetnoturizm hissəsində isə turistlər üçün köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda qalmaq imkanı yaradılıb.

 

Şərti olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət təşkil ediləcək. Belə ki, burada turistlər gün ərzində adi kənd həyatını yaşayacaqlar. Yəni, inək, qoyun-keçi otaracaq, onları sağacaq, ot biçəcək, taya düzəldəcək, atlara qulluq edəcək, nehrə çalacaq, tətbiqi sənətlə məşğul olacaq, milli xörəklərdən bişirəcək dəyədə gecələyəcəklər. Həmçinin bölgənin məşhur yerlərinə - Koroğlu qalası, Mahrasa məbədi, Qız qalası digər məkanlara turlar, at gəzintiləri, “Alman izləriadlı xüsusi ekskursiyalar təşkil olunacaq.

Cəlilova Günel

Bakı xəbər.- 2019.- 30 iyul.- S.13