Şəhidlərə müqəddəs məkan, qazilərə Vətən olan - Azərbaycan”... yaxud Acıdərə döyüşlərinin tale yazısı...

 

 

Türklə mübarizədə keçirmədiyim vaxt tarix deyil

(Zəngəzur qəzasında azərbaycanlılara qarşı törədilən soyqırım faciəsinin cəlladı - Qaregin Nijde, 1886-1956).

 

 

 

1918-ci ilin mart-aprel aylarında Bakı quberniyasının qəzalarında yerli müsəlman-türk əhalisinə erməni-rus nizami, silahlı quldur dəstələrinin yaşatdıqları qətliam-soyqırım faciələrinin miqyası Azərbaycan dövlətinin bütün sərhədlərini əhatə etdiyindən, xilaskar kimi göydə Allah, yerdə Osmanlı Türkiyəsinin 5-ci Qafqaz İslam Ordusunun (Nuru paşanın başçılığı ilə) IV Ordusunun (Musa Qarabəkir paşa başda olmaqla) əsgər zabit heyəti olub.

Beləcə, həmin ilin artıq iyun ayından başlayaraq ölkəmizin bütün qəzalarında mənfur birləşmiş düşmən qüvvələrinə qarşı Azərbaycan Milli Ordusunun, yerli özünümüdafiə dəstələrinin, ayrı-ayrı igid el qəhrəmanlarının (adları indi geniş ictimaiyyətə bəlli olmayan) qüvvəsi ilə yanaşı, Osmanlı Türk ordusunun peşəkar bölmələri layiqli müqavimət göstərərək onları geri oturtmağa nail olub, sonda isə bütünlüklə məhv edə bilib. Bu cür qanlı-faciəvi açıq səngər savaşlarından biri Şamaxı qəzasında, “Acı dərəadlanan yerdə baş verib tarixin bu olayı bir igid türk qazisinin sonrakı həyatına işıq tutub, onun ağrılı-acılı fərəhli taleyini bu müqəddəs döyüşün getdiyi yerlərə bağlayıb. Söhbət 5-ci Qafqaz İslam Ordusunun zabiti Camal Əfəndi Abdulla oğlu Hüseyndən (1895-1974) gedir. Bu Qazi əslən Səudiyyə Ərəbistanından olsa da, Fələstinin Qəzza şəhərində doğulub, sonra isə Türkiyənin İzmir şəhərində ali hərbi məktəbdə oxuyaraq, zabit kimi Osmanlı ordusunun tərkibində I Dünya müharibəsinin iştirakçısı olub, hərbi xidmətdə ikən Qafqaz cəbhəsində düşmən qüvvələrinin dindaşlarına qarşı törətdiyi soyqırıma sinə gərmək amacı ilə Vətənimizdə müqəddəs savaşlarını davam etdirib. Şamaxı qəzasınınAcıdərədöyüş meydanında yaralansa da, yürüşünü Bakı şəhərinədək davam etdirib.

Müəyyən müddət paytaxtda qaldıqdan sonra Quba qəzasında ictimai sabitliyin asyişin təmin edilməsi məqsədilə mayor rütbəsində bu qəzada işləyib orada 1921-ci ildə Fatimə adlı xanımla ailə qurub, bu nigahdan Lətafət (1922-1973) dünyaya gəlib. Cavan həyat yoldaşı vəfat etdikdən sonra Camal Əfəndi Şamaxı qəzasına dəyişilib ömrünü-fəaliyyətini birdəfəlik bu bölgəyə bağlayıb. Şamaxı Qəza Komitəsində işlədiyi dövrdə sonrakı illərdə həm dini-irfani dünyagörüşünə, iman əhli mənsubluğuna rəğmən elin-obanın məclislərində iştirak edib, böyük hörmət, nüfuz sahibi olub, mahalın sayılıb-seçilən insanları ilə oturub-durub, dostluq edib. Əski çağlarda Gəmüstü, sonralar Stalinkənd, axırda Nərimankənd adlanlan kənddə el şairi aşıq Qara Hacı Yusif oğlu (1852-1936), Ilanli kəndinin ağsaqqalı Bəyalı bəy Ağalar bəy oğli (1904-1993) ilə səmimi münasibətləri olub. Bu dostluğu onun ikinci dəfə ailə qurması ilə nəticələnib, aşıq Qaranın qızı Gülnisə xanımla (1902-1938) evlənib, onun uşaqlarına (Zəhra Məhəmməd Səid) atalıq edib, onların tərbiyəsi ilə məşğul olub. Gülnisə vəfat etdikdə isə 3-cü dəfə nahiyənin Nabur kəndindən olan Gülüstanla (1904-1980) evlənir, bu izdivacdan iki qızı dünyaya gəlir, Həcər Zərifə adında.

İstəkli həyat yoldaşı Gülnisənin vəsiyyətinə görə Camal əfəndi doğma qızı Lətafəti atalıq etdiyi Məhəmməd ( Əzizov Məhəmməd Səid oğlu Sosialist Əməyi Qəhrəmanı olub, uzun müddət Şamaxı rayonu, Dərəkənd kəndini əhatə edən E.Telman adına kolxozun sədri işləyib) verir, onları evləndirir, onların da on uşağı olub (6 oğlan, 4 qız).

Nurani görünüşə ağayana yerişə sahib olan Camal Əfəndi bir türk qazisi kimi hay-rus düşmənlərimizin siyahısında olduğundan, 1947-ci ildə Sibirə sürgün edilir, 9 il ərzində ağır, dözülməz çətinliklərə düçar olur, həm özü, həm ailəsi. 1956-ci ildə sürgündən qayıtdıqdan sonra sadə qürurlu həyatını davam etdirir.

... Camal Əfəndinin tərkibində olduğu dəstələrdən biri Pirsaat çayını keçib üzü Bakı istiqamətinə gəlirmiş. Gəmüstü kəndinin iki sakni bu hadisələrin şahidi olub, onlar iki dəvə yükü ilə gələndə çaya çatmayan yerdə bunlarla rastlaşırlar. Atlı-süvari piyada gəlib ordan keçən türk əsgərlərinin biri aradan bir az keçmiş geri qayıdır, dəvə yiyələrindən soruşur ki, tüfəngimin nizəsi düşüb onu axtarıram, görməmisiz? (Çünki onlar bu yoldan keçib getmişdilər.) Deyiblər ki, yox. Onda əsgər yerdə bir dairə çəkir, əlini qoyur dairənin içərisinə yolçulara deyir ki, əgər görməmisinizsə onda əlinizi qoyun əlimin üstünə and için. Əsgər necə buyurursa, yolçular da o cür edir, amma... onlar yalandan and içir, çünki onlardan biri həmin nizəni yoldan tapıb, dəvənin yük yerinə bərkitmişdi.

Əsgər geri qayıdıb, dəstəsinə qoşularaq ərazidən uzaqlaşır. Yoluçular nəhayət, gəlib çaya çatırlar, suyu keçmək üçün dəvələrə minməli olurlar. Dəvələri çayın elə yerində yatırdırlar ki, üstünə minə bilsinlər. Yolçulardan biri minir, o biri minəndə necə olursa, yükə bənd edilımiş nizə onun qarnına batır, yaralayır. Sonra o cüzi yaranı qədər müalicə edirlərsə, sağalmır ki, sağalmır bir neçə aydan sonra günaha batmış yolçu dünyasını dəyişir...

Camal Əfəndi cümə namazlarınıDiri Baba türbəsi”ndə qılardı, irfani məclislərdə hikmətli söhbətlər edərdi, o, ərəb, rus türk dillərini mükəmməl bilirdi.

1969-1970-ci illərdə Səudiyyə Ərəbistanından Moskva şəhərinə gələn nümayəndə heyətinin üzvü Əbdül Xaliq əmisi Camal Əfəndi ilə görüşmək üçün Bakı şəhərinə gəlir, həyat yoldaşı ilə qazinin nəvəsi Rəfiqə Məhəmməd qızının (1938-2018) evində uzun illərdən sonra doğmalar bir araya gəlir. Həmin görüşün ən təsirli məqamı Camal Əfəndinin gəncliyində ayrıldığı istəkli xanımının ağsaçlı, bəyaz görünüşlü şəklini görməsi olur... Bu görüşdən sonra onu gözləyən xanımı ilə görüşmək istəyi ilə neçə dəfə rəsmi qaydada icazə istəsə , buna imkan verilmir...

Camal Əfəndi 1974-cü ildə dünyasını dəyişib Nərimankənd kənd qəbirstanlığında dəfn edilib.

(Yazının hazırlanmasında Hacıqabul rayonu, Qızılburun kənd sakini Hacı Məmmədfərrux Əbdülvahid oğlu Muradovun (1948) Qobustan şəhər sakini Gülağa Səfər oğlu Abbasovun (1951) məlumatlarından istifadə olunub).

Qismət YUNUSOĞLU

Bakı Dövlət Universitetinin müəllimi

Bakı xəbər.- 2019.- 30 iyul.- S.15