Yazıçı-bənna Prezident təqaüdünə layiq görüldü

 

 

Vasif Zöhraboğlu: “Prezident mükafatı almağımı eşidəndə keçirdiyim hissləri sözlə ifadə etmək çox çətindir”

img

Orta məktəbdə 6-cı sinfə qədər oxumuşam, sonra təhsilimi yarımçıq qoymaq məcburiyyətində qaldım

Mən tikintidə çalışıram, bənnalıqla məşğulam, ev tikirəm, ev təmir edirəm

 

 

 

Ədəbiyyat həm düşüncədir, həm təfəkkür, həm bir könül işidir. O qədərşairəmdeyibşair işləyən”lər var ki, yazdıqlarının bir misrasının belə şeirə, poeziyaya aidiyyəti yoxdur. Günümüzdə belələri bəs deyincədir.

 

Ancaq elə adamlar da var ki, onlar bu şəhərdəşair işləmir”, sadəcə, könlünün sözünə qulaq asıb poeziya yaradırlar. Əsl şairin ya bənna, ya fəhlə, ya adi bir çörəkçi, ya bir mühəndis, ya bir müəllim, ya da elm xadimi olması fərq etmir, əsas odur ki, o, şeir yazır.

 

Bənna tanıyıram ki, gözəl şairdir, şeirləri ürəkləri riqqətə gətirir. Onun bənna əlləri, şair ürəyi var. Bu günlərdə məlumat yayıldı ki, şair-bənna Vasif Zöhraboğlu Prezident mükafatına layiq görülüb.

 

Prezident mükafatçısı, bənna-şair Vasif Zöhraboğlu ilə əlaqə saxladım ondan kiçik müsahibə götürdüm.

 

- Vasif bəy, yazdığınız şeirlərə görə Prezident mükafatına layiq görülmüsünüz. Bu bir təsadüfdürmü?

 

- Sözün açığı, mənim heç vaxt Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq niyyətim olmayıb. Yəni bu barədə heç düşünməmişdim. Prezident mükafatı almaq üçün Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq tələb olunur. Bundan başqa da bir şair kimi özünü təsdiqləməlisən, sənin yazdıqlarını oxuyan, sənə inanan, etimad göstərən oxucuların olmalıdır. Bu ona görə lazımdır ki, sənin yazdığın həqiqətən şeirdir, cızma-qara deyil. Bilirsiniz ki, mən tikintidə çalışıram, bənnalıqla məşğulam, ev tikirəm, ev təmir edirəm. Bu səbəbdən ədəbiyyatla bağlı tədbirlərdə sıx-sıx iştirak edə bilmirəm. Ancaq şeirlərim mətbuatda dərc edilir. Mənim yazılarımı, şeirlərimi izlədilər sonra mənə təklif etdilər ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü ol. Üzv oldum. Əslində, bilmirdim ki, Prezident mükafatı, təqaüd almaq üçün hansı proseslərdən keçmək lazımdır. Mən Prezident mükafatı almağımla bağlı Yazıçılar Birliyinə müraciət etdim bir ay keçdikdən sonrasiz Prezident mükafatına layiq görülübsünüzdedilər.

 

- Bu xəbəri eşidəndə hansı hissləri keçirdiniz?

 

- Əlbəttə, Prezident mükafatı almağımı eşidəndə keçirdiyim hissləri sözlə ifadə etmək çox çətindir. Çünki elə hisslər var ki, onları sözlə deyəndə onlar cılızlaşır. Bu hisslər sevgi kimidir. Şeirlər sevgidən yazılır, sevgidən yazdığın şeirlərə görə uğurlar, nailiyyətlər qazanırsan. İşdə idim. Mənə mesaj gəldi, bu mesajdan o qədər duyğulandım ki, sözlə deyə bilmirəm. Həmin gün sevindiyimdən işləmədim.

 

- Bir bənnanın belə bir mükafata layiq görülməsi sözsüz ki, diqqəti daha çox çəkir... Bu sizə əsas vermirmi ki, bütövlükdə, ədəbiyyatla məşğul olasınız?

 

- Mən, əslində, özümü ədəbiyyat adamı hesab etmirəm. Düşünürəm ki, ədəbiyyat ədəbli həyat deməkdir. Ədəbi olan hər kəs ədəbiyyatçıdır. Fərq etmir ki, nəsr yazırsan, yoxsa şeir, əsas odur ki, yaratdığın ədəbiyyat olsun. Yazdıqlarımız göstəri, görüntü olmasın, həqiqi ədəbiyyat olsun. Mən özümü ədəbiyyat nəzəriyyəsini dərindən bilən birisi hesab etmirəm. Bizim kifayət qədər ədəbiyyatşünasımız var. Mən, sadəcə, şeir yazıram. Düşünürəm ki, mənim ədəbiyyatım elə şeirlərimdir. İndiyə qədər iki kitabım nəşr olunub. 2015-ci ildəÖmür birgünlük yuxudur”, 2019-cu ildəNatamam təklikkitablarım işıq üzü görüb. Sonuncunun təqdimatı Gəncliyə Yardım Fondunda oldu.

 

- Sizin yaradıcılığınızı izləyirəm görürəm ki, kifayət qədər ciddi ədəbiyyat adamı, görkəmli şairlər yaradıcılığınız haqqında müsbət fikirlər söyləyib. Bu, Sizin yaradıcılığınıza hansısa mənada  təsir edirmi?

 

- Təbii ki, məni izləyən oxucularım var. Elə oxucular var ki, onlar şeirlərimi elə təhlil edirlər, öz-özüməmən yazanda belə yazmamışdım, gözəl izah edirlərdeyirəm. Doğrudur, şeirlərim haqqında Xalq şairi Musa Yaqub, Ayaz Arabaçı, Ramiz Qusarçaylı, Fərqanə Mehdiyeva, Qulu Ağsəs, İradə Tuncay başqaları müsbət fikirlər deyiblər.

 

- Adlarını qeyd etdiyiniz qələm adamlarının hamısı kifayət qədər ciddi simalardır.

 

- Bəli, onlar ədəbiyyatda öz sözünü demiş, tanınmış simalardır. Mən görkəmli ədəbiyyat adamlarının sözlərindən güc almışam, onların fikirləri mənə stimul verib ki, yazım, həqiqətən yazdığım şeirdir.

 

- Bildiyim qədər, Sizin heç orta təhsiliniz yoxdur. Doğrudur?

 

- Əslən Şəkinin Oxud kəndindənəm, orada doğulmuşam. Orta məktəbdə 6-cı sinfə qədər oxumuşam, sonra təhsilimi yarımçıq qoymaq məcburiyyətində qaldım.

 

- Niyə orta təhsilinizi davam etdirmədiniz?

 

- O vaxt bir çox çətinlik oldu. Uşaqlığımız müharibə illərinə düşdü. Ölkəmiz təzə müstəqillik qazanmışdı. Müharibə sosial çətinliklər mənim uşaqlığımı əlimdən aldı. O dövrdə yaşamaq çox çətin idi. Saatlarla əlimizdə talon çörək növbəsinə dayanırdıq. Biz ehtiyacı olan bir kənd adamı kimi başqaları kimi Bakıya üz tutduq. Məqsədim işləmək idi. Bu səbəbdən orta təhsilim yarımçıq qaldı.  Həmin dövrlər bizim üçün çox çətin olduğu üçün, atama kömək etmək qərarına gəldim. Onu da deyim ki, mütaliədən əl çəkmədim, mütəmadi olaraq oxudum, amma mütaliə təhsilin yerini vermir. Mən bənnalığı atamdan öyrənmişəm, ustadım atam olub. Amma ilk dəfə əlimə mala götürüb sərbəst işlədiyim vaxt yadımdan çıxıb, çünki çox əvvəllər olub. Əsgərlikdən əvvəl bu işlə məşğul olmağa başlamışam. Mən erkən əməyə cəlb edilən uşaqlardan olmuşam. Dediyim kimi, mənim uşaqlığım olmayıb, uşaqlığımı müharibə, ehtiyac, problemlər əlimdən alıb. Mən tikintidən əvvəl çox yerdə işləmişəm. Deməkdən utanmıram, çünki zəhmət çəkmişəm. Bazarda araba sürdüyüm, alver etdiyim dövrlər olub. Həyatın hər üzünü görmüşəm, onun tufanından, boranından, təlatümlərindən keçmişəm. Hazırda da, bildiyiniz kimi, həm şeirimi yazıram, həm bənnalıqla məşğul oluram.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2019.- 8-10 iyun.- S.13