Elektron ticarətin inkişafına poçtlar əsaslı töhfə verə bilərlər

 

 

İnformasiya ­tex­no­lo­gi­ya­la­rı­nın və inter­netdən is­ti­fa­də­nin sürət­li in­ki­şa­fı ilə dünya­da ye­ni bir iq­ti­sa­di ni­za­m ya­ranmaqdadır. Bu nizamın yaranması ilə coğ­ra­fi sər­həd­lər ara­dan qalx­mış, sa­tı­cı ilə alı­cı­nın görüşdüyü yer olan ba­zar­lar fərq­li bir ölçü qa­zan­mış və sa­tı­cı­lar bütün dünya­dan müştə­ri qə­bul edə bi­lə­cək­lə­ri kom­mer­si­ya fəa­liy­yət­lə­ri­ni web ba­za­lı sis­tem­lə­rə köçürmüşlər. Cə­miy­yə­tin bütün seq­ment­lə­rin­də, gündə­lik hə­ya­tın hər sa­hə­sin­də­ kompü­terdən is­ti­fa­də­nin dövrün  gə­rə­yi ol­du­ğu şüu­ru mey­da­na gəlmişdir. Be­lə­lik­lə də bu əhə­miy­yət­li iki məqam, iq­ti­sa­di in­ki­şa­fın və ic­ti­mai ri­fa­hın tə­min edil­mə­sin­də e­lekt­ron ti­ca­rə­tə stra­te­ji bir əhə­miy­yət qa­zan­dır­mış­dır.

 

Ölkə­lər ara­sı ic­ti­mai və ti­ca­rət əla­qə­lə­ri in­ki­şaf edə­rək, qlo­bal­laş­dığı bir dövrdə, ünsiy­yət­də sürət qa­çıl­maz bir eh­ti­yac ha­lı­nı al­mış­dır. İn­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı və bu sek­to­rda­kı in­ki­şaf­lar sözügedən eh­ti­ya­cı qar­şı­la­ya­caq həl­lər tapmış­dır. İn­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­nın in­ki­şaf pro­se­si­nə pa­ra­lel ola­raq, iq­ti­sa­di fəa­liy­yət­lə­rin xarakteri də köklü şə­kil­də­ də­yi­şməkdədir.

 

E-ti­ca­rə­ti bu qə­dər diq­qət mər­kə­zin­də edən ele­ment­lər şirkət ilə hə­dəf kütlə­si ara­sın­da­kı bir­ba­şa əla­qə­nin tə­min et­mə­si, mar­ke­to­loq­la­ra istədik­lə­ri mə­lu­mat­la­rı təq­dim et­mə­si, sürət­li və ucuz ol­ma­sı və bütün bun­la­rın elektron mühit­də­ ol­ma­sı sa­yı­la bi­lər. Di­gər müsbət ele­ment­lər ara­sın­da isə çatdırılmada asan­lıq və ucuz­luq, dər­hal ge­ri qaytarma, qlo­bal ba­zarlara çıxış imkanı, 24 sa­at xid­mət və dər­hal sa­tış yer alır.

 

Elektron ticarətdən istifadənin artırılmasında dünya ölkələrinin poçt operatorları da bir sıra yenilklər etməkdədirlər. Bunlara misal olaraq, Belarus dövlətinin təyin olunmuş poçt operatoru “Belpoçt” elektron ticarətin müasir dövrdə vacib xidmət növü olduğunu nəzərə alaraq, "Standard", "E-commerce MAX", "Standard +", "Elite" xidmət paketləri üzrə 10% endirim və 3 ay ərzində istifadə imkanı təqdim edir. Bu paketlərə 30 kq-a qədər sifarişlərin çatdırılmasının müxtəlif növləri, “E-commerce MAX” xidmət paketində isə fiziki ağırlığı məhdudlaşdırmadan malların daşınması və onlayn mağazaların ehtiyaclarına əsasən digər xidmətlər daxildir. "Belpoçta"nın  əsas vəzifəsi elektron ticarət sifarişlərinin Belarusda istənilən yerə və operativ çatdırılmasını, bu cür məhsulların daşınması və çatdırılması zamanı müştərilərin məmnuniyyətini tam  təmin etməkdir. 

 

Lixtenşteyn poçt  xidməti öz şöbələrində kriptovalyutaların satışı və mübadiləsi xidmətlərinin təqdimatına başlandığını elan edib. Fevral ayından başlayaraq arzu edən hərkəs paytaxt şöbələrindən hər hansı birində bitcoin ala və şəxsi pul kisəsi əldə edə bilər. Gələcəkdə mübadilə xidmətlərini ölkənin bütün poçt şöbələrində tətbiq etmək, eyni zamanda əlçatan sikkələrin siyahısına efirium (ETH), ripl (XRP), latkoin (LTC) və bitkoin keş (BCH) sikkələrini daxil etmək planlaşdırılır. Virtual valyuta ilə ticarətə başlamaq məqsədilə, Lixtenşteyn poçt xidməti İsveçrənin “Vardex Suisse AG” adlı tənzimlənən maliyyə şirkəti ilə əməkdaşlığa başlyıb. Bu təşəbbüsün təşkilatçılarının sözlərinə görə, kripto-mübadilə pul mübadiləsi biznesinin başqa növlərindən heç nə ilə fərqlənmir.

 

Bir çox ölkələr isə coğrafi şəraiti, istifadəçilərin mövcud tələblərini nəzərə alaraq, pilotsuz uçuş aparatları - dronlar vasitəsilə poçtun daşınmasına başlamışlar. Məsələn, Türkiyənin İstanbul şəhərindən Adalar istiqamətinə yükün sürətlə çatdırılması tələb olunursa, bunu etmək mümkündür. İstanbuldakı tıxaclar nəzərə alınarsa, 2 saatlıq yolu dronla yarım saatda qət etmək olar. Yaponiyanın “Japan Post” poçt operatoru Fukisima prefekturasında əməkdaş çatışmazlığı ilə əlaqədar olaraq sənədləri pilotsuz uçan aparatlarla çatdırmağa başlayıb. Poçt operatoru sənədlərin çatdırılması üçün dronların sınaqlarına keçən ilin sonundan başlayıb. Ötən ilin son günlərində Minamisoma və Nami şəhərləri arasında yeni illə bağlı yazılan açıqcaları 9 km məsafədə dronlar çatdırıb. Uçuş müddəti 15 dəqiqə təşkil edib. Hazırda şirkət poçt dronlarından müntəzəm istifadə etmək niyyətindədir. “Japan Post” saatda 54 km sürətlə hərəkət etməklə 2 kq ağırlığında yük daşıya bilən dronlardan istifadə edəcək. Əvvəlcə operator poçt və reklam bukletlərini çatdırmağı, gələcəkdə isə sənədlərlə işləməyi planlaşdırır.

 

Dünya təcrübəsində tətbiq olunan yeniliklərdən və poçt sisteminin elektron ticarətin inkişafına təkan verən ən əhəmiyyətli xidmətlərdən biri də “fullfilment” xidmətidir. Bu xidmət vasitəsi ilə istənilən elektron ticarət şirkəti poçtun çeşidlənməsi və daşınması mərkəzində yer icarəyə götürərək, sifarişlərin vaxt itirmədən bir başa müştəriyə çatdırılmasını təmin edir. Xidmətin tətbiqi nəticəsində elektron ticarət sifarişlərinin çatdırılma vaxtının qısaldılmasına və dəyərinin azaldımasına gətirib çıxarır.

 

Ümumdünya Poçt İttifaqının 2016-cı ildə İstanbul şəhərində keçirilmiş konqresində əməliyyat effektivliyini və elektron ticarətin poçt sistemində inkişafını artırmaq üçün hər bir regionun prioritetləri və ehtiyaclarını dəstəkləməklə regional inkişaf planlarının həyata keçirilməsi (E-Ticarətin mövcudluğu (ORE)) - Xidmət Keyfiyyətinin Təkmilləşdirilməsi Proqramı üzrə üzv ölkələrə 2017-2020-ci illəri əhatə edən fəaliyyət planı və yol xəritəsinin tərtib olunması öhdəliyi qoyulmuş və bu istiqamətdə ölkəmizin poçt Administrasiyası tərəfindən müvafiq işlər görülməkdədir.

 

Son illər Azərbaycanda elektron ticarətin həcmi ildən-ilə artır ki, bu da iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, eləcə də bank və poçt sektorunda elektron xidmətlərin səviyyəsinin genişləndirilməsi hesabına baş verir. Bu baxımdan Azərbaycan Respublikasının Poçt Administrasiyası olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və ölkənin bütün yaşayış məntəqələrini əhatə edən ən geniş poçt şəbəkəsinə malik milli poçt operatoru “Azərpoçt” MMC tərəfindən elektron ticarətin inkişafı istiqamətində bir sıra işlər görülməkdədir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə Bakıda ilk “Bakı Elektron Ticarət Forumu 2018” adlanan Beynəlxalq Elektron Ticarət Forumu keçirilib. Forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar və startaplardan ibarət 300-dən çox yerli və xarici nümayəndə iştirak edib. Eyni zamanda, 20-dən çox ölkənin sahə üzrə mütəxəssisi, 10 beynəlxalq təşkilatın, 60-dan artıq e-ticarət və onlayn ödəniş platformalarının təmsilçiləri foruma qatılmışdır.

 

Tədbir zamanı Azərbaycanda elektron ticarət, elektron ödəniş və logistika xidmətləri, gömrük-vergi rüsumları, bu sahədə kiçik və orta sahibkarlığın inkişafı, elektron ticarət sahəsində startap layihələrinin genişləndirilməsi, həmçinin, bu sahənin müxtəlif aspektlərinin inkişafı ilə bağlı dövlət orqanlarının, beynəlxalq inkişaf agentliklərinin, biznes strukturlarının səmərəli əməkdaşlığı müzakirə olunub. Azərbaycanda və region ölkələrində elektron ticarətin inkişaf strategiyası, eyni zamanda Avropa İttifaqının müəyyən etdiyi tələblər strategiyası üzrə təkliflər irəli sürülüb.

 

Nəqliyyat, logistika və poçt infrastrukturunun təkmilləşdirilməsi hesabına bu gün Azərbaycan Tranzit Poçt Mərkəzinə (HUB) çevrilmişdir. 2018-ci ilin 10 ayı ərzində "Azərpoçt" MMC üzərindən HUB-la 16 ölkəyə 4 mln 171 min 645 ədəd poçt göndərilmişdir.

Poçt operatorları elektron ticarət sahəsində fiziki vasitəçi kimi alıcının internet üzərindən sifarişi əsasında xarici ölkədən poçt vasitəsilə gətirilən malın ölkə vətəndaşına çatdırılmasını, həmçinin, elektron ödənişlərin həyata keçirilməsini təmin edir. Göndərişlərin çatdırılma keyfiyyətini yüksəltmək məqsədilə “Azərpoçt” MMC tərəfindən artıq 2014-cü ildən “SMS-bildiriş” xidmətinin göstərilməsi təmin edilir. Daxil olan beynəlxalq poçt göndərişlərinin üzərində alıcıların telefon nömrəsi olduqda həmin nömrəyə operativ olaraq SMS-bildiriş göndərilir və bildirişdə vətəndaşın adına poçt göndərişinin daxil olması və göndərişi almaq üçün xidmət göstərən poçt şöbəsinə müraciət etməyin zəruriliyi barədə məlumat verilir. Bu xidmətin tətbiqi beynəlxaIq kiçik paket və bağlamaların çatdırılmasını xeyli dərəcədə sürətləndirmişdir. Elektron ticarətin inkişafı ilə əlaqədar müvafiq xarici ölkələrin internet mağazalarından göndərişlərin EMS (Express mail service) xətti ilə Azərbaycana göndərilməsini təşkil etmək məqsədilə Çin, Malayziya, Almaniya, Fransa və Niderlandın təyin olunmuş (milli) poçt operatorlarına ikitərəfli EMS mübadiləsinə dair müqavilə bağlanılması barədə “Azərpoçt” MMC tərəfindən müraciət edilmiş, Çin və Azərbaycan arasında EMS göndərişlərinin ikitərəfli mübadiləsinə dair müqavilə bağlanılmasına nail olunmuş, Çin və Malayziyadan bu barədə müsbət cavab alınmış və digər ölkələrlə də bu istiqamətdə danışıqlar davam etdirilir. Hazırda Estoniyanın "Eesti Post (Omniva)" SC şirkəti ilə elektron ticarət yüklərinin Almaniyadan Azərbaycana gətirilməsi və EMS şəbəkəsi vasitəsilə onların Rusiya Federasiyasına göndərilməsi barədə danışıqlar aparılır və yaxın günlərdə müqavilə bağlanılacaqdır. Əlavə olaraq Ümumdünya Poçt İttifaqının Xidmət Keyfiyyəti Fondunun “poçtun toplanması və çatdırılması” layihəsi çərçivəsində 40 ədəd moped, “Azərpoçt” MMC-nin daxili imkanları hesabına isə xeyli sayda avtomobil alınmışdır ki, bu nəqliyyat vasitələrinin köməyi ilə poçt göndərişlərinin çatdırılması vaxtı nəzərəçarpacaq dərəcədə artacaqdır. Bundan əlavə “Azərekspresspoçt” Rabitə Müəssisəsinin əməkdaşlıq etdiyi yerli internet mağazalarının sayı günü-gündən artmaqdadır.

 

Qeyd etmək lazimdir ki, “Azərpoçt” MMC 1500 poçt şöbəsi vasitəsi ilə ucaqr kənd yerlərində də istifadəçilərin elektron ticarətdən yararlana bilmələri üçün əlverişli şərait yaratmaqdadır. “Azərpoçt” MMC ucqar kənd yerlərində əhalinin elektron ödənişləri həyata keçirmələri üçün poçtalyonları ödəmə terminalları ilə təmin etmişdir. “Azərpoçt” MMC-nin Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə (AKİS) bütün poçt şöbələri qoşulmuş və poçt xidmətləri tam avtomatlaşdırılmaqla poçt, bank və maliyyə xidmətlərinin göstərilməsi daha geniş əhatə dairəsinə malik olmuşdur.

 

“Azərpoçt” MMC-nin beynəlxalq pul köçürmələri sistemi üzərindən poçt şöbələrində ödənişlər üç valyuta ilə yanaşı milli valyutada da (manatla) həyata keçirilir.

 

“Elektron imza”, o cümlədən “ASAN imza” sertifikatlarının ölkələrarası qarşılıqlı tanınmasının təmin edilməsi və hüquqi bazanın təkmilləşdirilməsinin də elektron ticarətin inkişafında əhəmiyyəti böyükdür. Bu istifadəçilərin identikləşdirilməsi və göndərişlərin təhlükəsizliyi ilə bağlı məsələlərin həllinə xidmət edir.

 

Bununla yanaşı, rabitə xidmətlərinin vahid və əlaqələndirilmiş formada, müasir innovativ texnologiyaların və metodların tətbiqi ilə vətəndaş məmnunluğuna nail olunmasını təmin edən “Şəbəkə” xidmət mərkəzləri işə salınmaqla maliyyə xidmətlərinin əlçatanlığının daha da artırılmasına nail olunmuşdur. “Şəbəkə” xidmət mərkəzinin yaxın gələcəkdə davamlı olaraq ölkənin digər şəhər və rayonlarında açılması istiqamətində müvafiq tədbirlər görülməkdədir.

 

Respublikamızda elektron ticarətin inkişafına təkan verən Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın “Elektron ticarət infrastrukturunun genişləndirilməsi” yarımbəndinin icrasını təmin etmək məqsədi ilə də “Azərpoçt” MMC tərəfindən bir sıra işlər görülməkdədir. Belə ki,“Azərpoçt” MMC elektron ödənişlərin həyata keçirilməsi və ödəniş kartları bazarında fəaliyyətin təşkili üçün ödəniş kartlarının emissiyası sahəsində bank olmayan kredit təşkilatları və lombard fəaliyyəti ilə məşğul olan şirkətlərlə birgə əməkdaşlıq edir. Fəaliyyət çərçivəsində müxtəlif maliyyə təşkilatları ilə birgə adsız “co-brand” kartların emissiyasına başlanılmışdır. Kart hesabları tam olaraq “İBAN” strukturlu kart hesablarına keçirilmişdir. “Azərpoçt” MMC tərəfindən hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin tələblərinə uyğun olaraq, “korporativ kart” adlı yeni kart məhsulu yaradılmışdır.

 

Poçt istifadəçilərinin bütün növ poçt göndərişlərinin daşınması və çatdırılması ilə bağlı qiymətlər və müddətlər barədə məlumatların rahat, poçt şöbəsinə getmədən mobil telefonlar vasitəsi ilə alınmasına, həmçinin poçt məntəqələri və poçt indekslərinin axtarılmasına, poçt şöbələrinin ünvanları və əlaqə vasitələri barədə məlumatların əldə edilməsinə xidmət edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə “POSTCAL” mobil əlavəsi (APP) istifadəyə verilmişdir.

 

Dünyada bir çox ölkələrin poçt operatorlarının elektron ticarət platformaları mövcuddur. Bunlara misal olaraq, Türkiyənin Poçt və Teleqraf Agentliyinin (PTT) www.epttavm.com, “Belpoçt”un www.shop.belpost.by, Avstraliya poçtunun www.shop.auspost.com.au və s. göstərmək olar.

 

Bu baxımdan dünyada gedən tendensiyaya uyğun olaraq, “Azərpoçt” MMC PTT ilə birlikdə Türkiyə saytlarından istifadəçilərin online alış-veriş etmələrinə imkan verə biləcək elektron ticarət platformasının yaradılması istiqamətində müvafiq işlər görməkdədir. Bu platforma vasitəsi ilə malların sifariş olunması, online ödənişlərin edilməsi və çatdırılması mümkün olacaqdır. Həmçinin “Azərpoçt” MMC tərəfindən müxtəlif növlü məhsulların satışı, online ödənişlərin edilməsi və çatdırılması üçün müstəqil e-ticarət platformasını, elektron bankçılıq və e-cüzdan xidmətlərini müştərilərin istifadəsinə verəcəkdir.

 

Poçt sistemində e-ticarət sifarişlərinin çatdırılması üçün tətbiq olunacaq yeniliklərdən biri də postamatların quraşdırılması xidmətidir. Postamat online mağazadan sifariş edilmiş malların çatdırılması üçün avtomatlaşdırılmış terminaldır. Bu terminal vasitəsi ilə Siz yaxınlığınızda yerləşən supermarketdə və ya alış-veriş mərkəzində yerləşdirilən postamatlardan sifarişlərinizi rahatlıqla növbədənkənar və kuryer gözləmədən əldə edə biləcəksiniz. Terminallardan istifadə müştərilərin 24/7 rejimində poçt xidmətlərindən istifadəsi üçün nəzərdə tutulmuşdur.

 

Elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət növüdür. Elektron ticarətin təkmilləşdirilməsi dövlət qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu gün müasir informasiya texnologiyalarının poçt sahəsində tətbiqi poçtun keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaradıb. Bütün dünyada olduğu kimi, Azərbaycan poçtunda da fiziki poçt xidmətlərinin inkişaf perspektivi birbaşa elektron ticarətlə bağlıdır. Sifarişin verilməsi və sifariş haqqının ödənilməsi internet üzərindən aparılsa da, sifariş olunmuş malın ünvana çatdırılması poçt vasitəsilə həyata keçirilir. Bu isə ənənəvi poçt xidmətlərinə olan tələbatın heç vaxt azalmayacağının və poçt sisteminin elektron ticarətin inkişafında rolunun əsas göstəricisidir.

 

Azər Məmmədrəhimov

Bakı xəbər.- 2019.- 12 iyun.- S.14