Yunus Oğuzun Daşkənddə iki triumfu - “Ovçu” romanı təqdim edildi, müəllif "Turan" Akademiyasının
akademiki seçildi…
Daşkənddə
yazıçı Yunus Oğuzun "Ovçu"
romanının təqdimatı ilə Özbəkistanda
keçirilən "Azərbaycan mədəniyyəti və ədəbiyyatı
günləri"nə yekun vurulub.
AZƏRTAC xəbər
verir ki, Daşkənddəki Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin (AMM) təşkilatçılığı
ilə baş tutan tədbirdə elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar,
soydaşlarımız, jurnalistlər
iştirak edib.
AMM-nin direktoru
Samir Abbasov qonaqları salamlayaraq dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, milli
mədəniyyətimizin tanıdılması
və təbliğinə
yönəlmiş bu cür tədbirlərin əhəmiyyətindən danışıb.
O, Mədəniyyət Mərkəzinin
layihəsi ilə mədəniyyət və
ədəbiyyat günləri
çərçivəsində 2 konsert proqramının, dəb sərgisinin, 2 kitab təqdimatının
keçirildiyini qeyd edib. S.Abbasov Daşkənddəki aparıcı kitabxanalara ölkəmizə dair zəngin kitab kolleksiyasının bağışlandığını,
keçirilən tədbirlərdə
"Azərbaycan, sənsən
mənim ülviyyətim"
adlı kitab, milli mədəniyyətimizi
özündə əks
etdirən suvenirlər,
maddi-mədəniyyət nümunələrinin
sərgisinin keçirildiyini
qeyd edib.
O, Yunus Oğuzun
yaradıcılığı haqqında danışıb,
2016-cı il Aprel hadisələrinə həsr
olunan və Daşkənddə özbək
dilində çap edilən "Ovçu"
romanını yüksək
qiymətləndirib. Samir Abbasov
Aprel zəfərinin qəhrəmanları, xüsusən
polkovnik Murad Mirzəyev və onun döyüş yoldaşlarının həyat
yolundan bəhs edən əsərin xalqımızın qəhrəmanlıq
hislərinin yüksəldilməsinə
öz töhfəsini
verdiyini bildirib.
Çıxış edənlər Özbəkistanda
keçirilən "Azərbaycan
mədəniyyəti və
ədəbiyyatı günləri"ni
yüksək qiymətləndirib,
məhz Mədəniyyət
Mərkəzinin layihəsi
ilə həm milli mədəniyyətimizə,
həm də ədəbiyyatımıza dair
çoxsaylı tədbirlər,
layihələr vasitəsi ilə geniş məlumatlandırma
və təbliğat işlərinin həyata keçirildiyini vurğulayıblar.
Filoloq alim
Nurbay Cabbarov Azərbaycan-Özbəkistan ədəbi
əlaqələri haqqında
danışıb, müasir
dövrdə də bu əlaqələrin yüksək səviyyədə
olduğunu söyləyib.
O, Yunus Oğuzun əsərləri haqqında
söhbət açıb,
özbək dilində
də çap edilən "Əmir Teymur" əsərinə
yüksək qiymət
verib.
Kitabın tərcüməçisi, filoloq alim Gülbahar
Aşurova qəhrəmanlıq
və vətənpərvərlik
mövzusunda yazılan
"Ovçu" romanında
yaradılan obrazların
gənclərimiz üçün
bir nümunə olduğunu qeyd edib, kitabın təbliğinin gənclərin
vətənpərvərlik ruhunun inkişafında müsbət
rol oynayacağını
söyləyib.
Babaxan Şərif,
Bürabiya Racabova, Xaydarbek Bababekov Özbəkistanla Azərbaycan
arasında ədəbi
əlaqələr, tarixi
dostluq münasibətləri
haqqında məlumat verib, belə əsərlərin yayılmasına
və təbliğinə
geniş ehtiyac olduğunu qeyd ediblər.
Yunus Oğuz
çıxışında "Ovçu" romanı haqqında fikirlərini bölüşüb, əsərin
yaranması, onun yazılması ilə bağlı xatirələrini
danışıb, romanın
müasir tariximizə
bağlı yazdığı
ilk əsər olduğunu qeyd edib. O, gələcəkdə
də torpaqlarımızın
azadlığı, Qarabağ
uğrunda savaşan əsgər və zabitlərimizin şərəfli
döyüş yolu haqqında əsərlər
yazmaq niyyətində
olduğunu qeyd edib.
Sonda türk
tarixinin araşdırılması
sahəsindəki xidmətlərinə
görə Yunus Oğuza Özbəkistanın
"Turan" Akademiyasının
akademiki seçilməsi
ilə bağlı vəsiqə və döş nişanı təqdim olunub.
Sonra "Azərbaycan
mədəniyyəti və
ədəbiyyatı günləri"nin
bağlanışı münasibətilə
bədii proqram təqdim olunub.
Konsertdə AMM-nin nəzdindəki "Azərbaycan qızları"
rəqs ansamblının
üzvləri, həmçinin
özbək və tacik xalqlarının nümayəndələri öz
xalqlarının rəqslərini
və musiqi nömrələri ifa ediblər.
Qulu Kəngərli
Bakı xəbər.-
2019.- 19 iyun.- S.13