Bəstəkarların əldə qalan
əsərlərinin nicat
yolu – dövlət sifarişi...
Zemfira Qafarova:
“Fikrimcə, Prezidentin
dəstəyilə bəstəkarların
klassik ruhda yazdığı əsərlər
dövlət tərəfindən
alınacaq, müxtəlif
ansambl və orkestrlərin ifasında səsləndiriləcək”
“Bəstəkarlar əsəri yazır, lakin o əsər heç yerdə ifa olunmur, bu
da onları ruhdan salır və irihəcmli əsərlər yazmaq istəmirlər”
“... illər boyu yazdıqları əsərlər bir dəfə də olsun səsləndirilməyib”
Son zamanlar ictimaiyyətdə
belə bir fikir formalaşıb ki, bəstəkarlar klassik musiqi əsərləri yazmır,
yalnız mahnı janrında musiqilər bəstələyirlər. Əslində
isə elə deyil, Azərbaycan bəstəkarları klassik
musiqinin bütün janrlarında əsərlər
yazırlar, sadəcə,
o musiqi örnəklərinin
təbliğatı yoxdur.
Sözsüz ki, bunun da əsas
səbəblərindən biri
Mədəniyyət Nazirliyi,
eləcə də telekanallar və radioların o əsərləri
almaması ilə bağlıdır. Dövlət
sifarişilə yazılan
klassik əsərləri
nəzərə almasaq,
deyə bilərik ki, bu gün
ciddi janrlarda əsər yazan müəlliflər öz
bəstələrini sata
bilmirlər.
Bu aktual məsələni
Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir qrup mədəniyyət və incəsənət xadimi ilə görüşündə Azərbaycan
Bəstəkarlar İttifaqının
sədri, Xalq artisti Firəngiz Əlizadə gündəmə
gətirib.
“...Mən istərdim
ki, bir problemi
də Sizin diqqətinizə çatdırım.
Son illər nədənsə bizim bəstəkarlarımızın əsərləri alınmır.
Burada çox böyük maliyyə problemi yaranır. Ona görə ki, bizim Bəstəkarlar
İttifaqında 11 bölmə
fəaliyyət göstərir
və bu bölmələrdə bütün
janrlara aid olan əsərlər dinlənir, seçilir. Biz istərdik ki, bu əsərlər
alınsın. Ona görə ki, bu həm bəstəkarlara
və musiqişünaslara
ruh verər, həm də ki, bu yenə
də Sizin dəstəyinizin bir təzahürü olar.
Bundan başqa,
istərdik ki, sifarişlər də olsun. Sizin sərəncamlarınız
bizim bəstəkarları
və musiqişünasları
çox gözəl istiqamətləndirir. Yəni
hansı mövzulara daha böyük diqqət yetirmək lazımdır. Bu baxımdan, bizim Mədəniyyət Nazirliyi
yeni əsərlər
sifariş etsəydi, daha uyğun olardı və bu əsərlər daha müntəzəm meydana gələrdi” - deyə F.Əlizadə qeyd edib.
Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının professoru, musiqişünas
Zemfira Qafarova “Bakı-Xəbər”ə bildirdi
ki, həqiqətən
də bu gün bəstəkarların
çox böyük əksəriyyəti öz
əsərlərini sata
bilmir. Bu gün daha çox
mahnı janrında yazılan əsərlərin
alındığını deyən Z.Qafarovanın sözlərinə görə,
klassik janrlarda yazan bəstəkarlar əsərlərini sata bilmədikləri üçün,
ruhdan düşürlər.
“Bizim bəstəkarlar
əsərlər yazırlar,
ancaq bu əsərləri alan olmur. Təbii ki, bəstəkar əsər yazarkən istəyir ki, bu əsərə görə qonorar alsın. Tutalım, biri simfoniya,
opera və s. yazır, ancaq həmin əsərin alıcısı olmur. Əsər alınmırsa,
bu o deməkdir ki, ümumiyyətlə, heç yerdə səsləndirilmir. Əvvəllər
belə bir ənənə var idi ki, nazirlik,
müxtəlif qurumlar
bəstəkarlarla müqavilə
bağlayıb əsərlərini alırdılar və onlara avans, qonorar verirdilər, o əsərlər
müxtəlif orkestrlərin,
ansamblların ifasında
səsləndirilirdi. İndi
isə təəssüf
ki, bu ənənə
sıradan çıxıb.
Hazırda onun bərpasına ciddi ehtiyac var. Bəstəkarlar
əsəri yazır,
lakin o əsər heç yerdə ifa olunmur, bu
da onları ruhdan salır, onlar irihəcmli əsərlər yazmaq istəmirlər. Məsələn,
bu vəziyyətdə
onların opera, balet, simfoniya yazması çox çətindir. Bəstəkarlar
yazdıqları əsərlərin
bəhrəsini görməyəndə
yenisini yazmaq haqqında düşünmürlər.
Bu sahədə irəliləyişə ehtiyac
var. Bu çox
gözəl olardı”.
Z.Qafarovanın sözlərinə görə,
əvvəllər bəstəkarlar
heç bir yerdə işləmədikləri
halda, əsərlərindən
əldə etdikləri
qonorar hesabına ailələrini saxlayır,
maddi rifah hallarını düzəldirdilər.
Müsahibimiz ümid edir ki, Bəstəkarlar
İttifaqını və
bəstəkarları ciddi
narahat edən bu problem tezliklə
aradan qaldırılacaq
və Mədəniyyət
Nazirliyi, eləcə də aidiyyəti qurumlar bəstəkarların
əsərlərini alacaqlar.
“Artıq bu məsələ cənab Prezidentin diqqətinə çatdırılıb. Fikrimcə,
Prezidentin dəstəyilə
bəstəkarların klassik
ruhda yazdığı
əsərlər dövlət
tərəfindən alınacaq,
müxtəlif ansambl və orkestrlərin ifasında səsləndiriləcək.
Bu gün çoxlu sayda bəstəkarımız da
var ki, illər
boyu yazdıqları əsərlər bir dəfə də olsun səsləndirilməyib.
Bu bəstəkarların
yazdıqları əsərlər
çox yüksək
səviyyədədir. Azərbaycanda
çox güclü bəstəkarlıq məktəbi var və bu məktəb
dünya şöhrətli
musiqiçilər yetişdirib”
- deyə Z.Qafarova bildirdi.
İradə SARIYEVA
Bakə
xəbər.- 2019.- 5 mart.- S.13