Azərbaycan dünyanın 20 turizm məkanından birinə çevrilmək imkanlarında

 

 

 

Qeyri-neft sektorunda real vəziyyətin təhlili bu istiqamətdə hökumətin hədəflərinə daha sürətlə yaxınlaşmaqda olduğunu göstərir. Hazırda qeyd olunan müstəvidə ən dinamik inkişaf edən istiqamətlərdən biri isə turizmdir. Belə görünür ki, görülən tədbirlər nəticəsində iqtisadiyyatda turizmin xüsusi çəkisi artmaqda davam edəcək bu sahə Azərbaycana valyuta axınının yüksəlməsində daha mühüm rol oynayacaq.

 

Hazırda müvafiq addımlar nəticəsində Azərbaycana üz tutan əcnəbilərin sayının artması da turizm sahəsində mühüm uğurlardan sayılır. Ötən il cari ilin ilk rübünün nəticələri turizm sektorunda mühüm irəliləyişlərdən xəbər verir. Hesablamalara görə, 2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2.9 milyon ya əvvəlki illə müqayisədə 5,7 faiz çox turist gəlib. Bu ilin ilk rübünün nəticələri ötən ilin analoji dövrü ilə müqayisədə artım olduğunu göstərir artımın davam edəcəyi proqnozlaşdırılır. Xatırladaq ki, Prezident İlham Əliyevin təsdiq etdiyiAzərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə vurğulanır ki, mövcud imkan potensialdan səmərəli istifadə etməklə Azərbaycan 2025-ci ilədək həm regionda, həm digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə ölkəni dünyada turistlərin ən çox üstünlük verdiyi 20 turizm məkanından birinə çevirməkdir.

 

Bu məqsədə əsasən dörd hədəf müəyyənləşdirilib. Birinci hədəf Bakının turizm potensialından tam istifadə edilməsi, ikinci hədəf milli səviyyədə daha yaxşı idarəetmənin təşkili, turizm rekreasiya zonalarının yaradılması, mövsümiliyin aradan qaldırılması üçün regional səviyyədə turizm infrastrukturunun inkişafı, hava əlaqələrinin yaxşılaşdırılması, viza prosedurlarının sadələşdirilməsi daxil olmaqla turizm sektorunun inkişafı üçün ölkə üzrə əlverişli mühitin formalaşdırılmasıdır. Üçüncü hədəf regional turizm təşəbbüslərini həyata keçirməklə Azərbaycanda turizmi inkişaf etdirmək, dördüncü hədəf isə turizm sahəsində təhsil proqramlarına investisiya qoyuluşunu həyata keçirmək turistlərin məmnunluğunu artırmaq üçün standartlaşdırma sertifikatlaşdırma sistemini təkmilləşdirməkdir. Nəticə etibarı ilə  səyahət turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna birbaşa təsirinin  artıq milyardlarla dollar olacağı gözlənir.

 

Hazırda diqqət mərkəzində olan əsas hədəf Azərbaycana daha çox əcnəbi axınını təmin etməkdir. Bu xüsusda Rusiya, Avropa Ərəb ölkələri, Çin, Hindistan, Pakistan digər çoxmillətli ölkələrlə işbirliyi xüsusi maraq dairəsində yer alır. Hazırda ölkəmizə daha çox turist Rusiyadan gəlir. Ötən il Rusiyadan Azərbaycana 870 mindən çox turist səfər edib. Cari ilin ilk 3 ayı ərzində isə 167 mindən çox rusiyalı ziyarətçi Azərbaycana gəlib. Ümumiyyətlə, Rusiya Azərbaycanın turizm bazarının əsas iştirakçılarından biridir. Ərəb turistlərinin axınının davamlı olması da əsas diqqət hədəfindədir. Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian ZenqstşmidtThe Nationalsaytına müsahibəsində bildirir ki, Azərbaycan nəqliyyat ticarət əlaqələrinin güclənməsilə Körfəz ölkələrindən gələn turistlərin sayında 20 faiz artıma nail olmağı hədəfləyir. O bildirib ki, 2018-ci ildə Azərbaycana gələn ərəb turistlərin sayı 30 faiz artaraq 200 min nəfərə çatıb:  "Bu, ümumilikdə ölkəyə gələn 2,8 milyon turistin 8 faizi deməkdir. Ərəb körfəzi ölkələri Azərbaycana turist axınına görə Rusiya Gürcüstandan sonra üçüncü yerdədir. Ərəb turistlərin sayının 2019-cu ildə daha da artacağı 240 minə çatacağı təxmin edilir”.

Baş icraçı direktor qeyd edib ki, Körfəz ölkələri Azərbaycan üçün olduqca vacib bazardır. Güclü mədəni əlaqələr birbaşa aviareyslər turist axınına əsas verir: "Son iki ildə Körfəz ölkələrininEmirates”, “Etihad Airways”, “FlydubaiAir Arabiakimi aviaşirkətləri Bakı Qəbələyə birbaşa xətlər açıb. Azərbaycan, sürətlə böyüyən daşınmaz əmlak, istehsal xidmət sənayelərinə investisiya yatıran potensial müştərilər daxil olmaqla, Körfəz ölkələrindən biznes turizmi cəlb etməyi planlaşdırır". Azərbaycanın əsas istəklərindən biri Çin tursitləri ilə bağlıdır. Çin tursitləri, əslində, bu gün bütün ölkələrin diqqət mərkəzində yer alır. Qeyd edək ki, ötən il 149,72 milyon Çin vətəndaşı xaricə turist səfərinə gedib. Bu rəqəm 2017-ci ildəki göstəricidən 14,7 faiz çox olmaqla bərabər, Çinin xaricə gedən turistlərin sayına görə dünya liderliyini qoruyub. Son 7 ildə xarici ölkələrə turist kimi ən çox səfər edənlərin sayına görə çinlilər birinci yerdədir. Qlobal turizm dövriyyəsinin təxminən 15 faizə yaxını çinli turistlər tərəfindən təmin edilir. Çinlilər arasında xaricə səfərlərin çoxalmasına səbəb son illər əhalinin gəlirlərinin artması bir çox ölkələrin Çin vətəndaşları üçün viza rejimini sadələşdirməsidir. Qeyd edək ki, son vaxtlar Çindən Azərbaycana da turist səfərlərinin sayında böyük artım müşahidə olunur. Hazırda Bakı ilə Pekin Urumçi şəhərləri arasında birbaşa hava əlaqəsinin mövcudluğu, Çin vətəndaşları üçün 2016-cı ilin fevralından etibarən sadələşdirilmiş viza rejiminin tətbiqi, “Asan Vizasisteminin fəaliyyəti çinli turistlərin Azərbaycana səfər imkanlarını genişləndirib. Ölkəmizə daha çox Çin turistlərinin cəlb olunması məqsədilə ötən ilin dekabrından etibarən Çində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyətə başlayıb. Azərbaycanla Çinin turizm sahəsində əməkdaşlığını dərinləşdirmək üçün iki ölkənin uyğun dövlət qurumları arasında müvafiq sənədin imzalanması da nəzərdə tutulub. Hindistan Pakistandan, eləcə Avropadan ölkəyə gələn turistlərin sayında artım var.

 

Eyni zamanda görünən həm budur ki, xidmət sektorunun inkişafına mühüm təkan verən turizm Azərbaycana valyuta gətirən əsas sahələrdən birinə çevrilir. Aparılan hesablamalara görə, xarici qonaqlar ölkəmizdə təkcə ötən il 2 milyard dollar pul xərcləyib. Cari ildə bu rəqəmin 2,5 milyard dollara çatması proqnozlaşdırılır.

 

Tahir Tağıyev

Bakə xəbər.- 2019.- 3 may.- S.11