Aşıq Ələsgər
Muzeyinin “əsir edilmiş” eksponatları -
Mədəniyyət Nazirliyindən
giley-güzar…
Aşıq Ələsgər
Muzeyinin yaradıcısı
qəzetimiz vasitəsilə
muzeyin bərpa edilməsi üçün
ölkə başçısından
kömək istəyir
img
Əslən Göyçə mahalından
olan Hüseyn Həsənovun 2002-ci ildə
şəxsi büdcəsi
hesabına Bakıdakı
mənzilində yaratdığı
Aşıq Ələsgər
Muzeyinin hazırkı
taleyi narahatlıq doğurur. Bu barədə muzeyin yaradıcısı olan 92
yaşlı Hüseyn
Həsənov Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevə,
Birinci vitse-prezident Mehriban Əliyevaya, mədəniyyət naziri Əbülfəs Qarayevə
və digər rəsmi şəxslərə
ünvanladığı müraciətdə
bildirir.
H.Həsənov sözügedən müraciətin
bir nüsxəsini də qəzetimizə ünvanlayıb. “2002-ci ildə
öz 5 otaqlı mənzilimdə Aşıq
Ələsgər adına
muzey yaratdım. Bu muzey 2018-ci ilə qədər Azərbaycan aşıq sənətinin zirvəsi olan Dədə Ələsgərin adına
layiq bir muzey kimi fəaliyyət
göstərdi. Muzey Nərimanov rayonu, Atatürk prospekti, bina 37, mənzil 75-də fəaliyyət göstərirdi.
Mən muzeyi yaratdıqdan 3 il sonra Mədəniyyət Nazirliyinə və digər rəsmi qurumlara bu barədə
məlumat verdim. Məni qəbul etməsi üçün mədəniyyət
nazirinə müraciət
etdim və o, 2007-ci ildə mənimlə görüşdü. Mədəniyyət
Nazirliyinun Musiqi Mədəniyyəti Muzeyindən
Rəna və Təranə adlı iki əməkdaşını
mənzilimdə yaratdığım
muzeyin fəaliyyəti,
burada olan eskponatlarla tanış olmaq üçün
evimə göndərdilər.
Onlar 20 gün ərzində muzeydə topladığım bütün
eksponatları, əşyaları
siyahıya aldılar və nazirliyə təqdim etdilər. Mədəniyyət Nazirliyindən
mənə müraciət
etdilər ki, muzeyi dövlətə sat. Nazirlik məndən
almaq istədiyi eksponatlara, ümumilikdə,
38 min manat qiymət qoymuşdu. Mən də onlara cavab verdim
ki, bu muzey
xalq üçündür
və mənim onu satmaq niyyətim
yoxdur, siz muzeyin dövlət statusu almasına və bina ilə
təmin olunmasına yardım edin”.
H.Həsənov qeyd edir ki,
muzeyə dövlət
statusu verilməsi və ona ayrıca
bina ayrılması ilə bağlı əlaqədar qurumlara etdiyi müraciətlər
cavabsız qalıb. Mədəniyyət Nazirliyinin muzeyin
fəaliyyət göstərməsi
üçün heç
bir dəstək vermədiyini deyən H.Həsənovun sözlərinə
görə, muzey eksponatlarının, əşyalarının
Azərbaycan Dövlət
Musiqi Mədəniyyəti
Muzeyində baxımsız
qalması onu ciddi narahat edir.
O, eksponatların ayrıca
bir fondda yerləşdirilmədiyini də
bildirir. Onun sözlərinə görə,
nazirlik muzeyin eksponatları üçün
ona 38 min manat pul ödəyib.
Muzeyin yaradılmasına
şəxsi büdcəsindən
75 min manat xərc çəkdiyini deyən H.Həsənovun yazdığına görə,
16 il ərzində 5 otaqlı mənzilini muzeyə həsr edib. “Mən bu muzeyi yaratmağa
75 min manat xərc çəkmişəm.
Fəxr edirəm ki, belə bir
muzey yaratmışam.
Mən çəkdiyim
xərci dövlətimizdən
tələb etmirəm,
bu vəsaiti şöhrətli adına
bağışlayıram.
Mən eksponatlar,
əşyalar satmamışam.
Onu məndən təhvil alıb muzeyə apardılar və mənə 38 min manat pul
ödədilər, həmin
vəsaiti bank yolu ilə aldım.
Mənim
istəyim odur ki, həmin eksponatlar o muzeydə baxımsız vəziyyətdə
qalmasın, Aşıq
Ələsgər Muzeyi
bərpa edilsin və ona dövlət
statusu, ayrıca bina verilsin. Ümid edirəm ki, cənab Prezident 92 yaşlı bir ağsaqqalın arzusunun gerçəkləşdirilməsi
üçün əlaqədar
qurumlara tapşırıq
verəcək”.
H.Həsənov bildirir ki, muzeyin dövlət statusu almasına və ona bina
ayrılmasına nazirliyin
bəzi əməkdaşları,
o cümlədən də
Mədəniyyət Nazirliyinin
aparat rəhbəri Fikrət Babayev və Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı
mane olub.
“Mən eşitdim ki, çox hörmətli Prezidentimiz İlham Əliyev cənabları Tovuz aşıq mühitinin görkəmli
nümayəndəsi Hüseyn
Bozalqanlı adına aşıq muzeyinin yaraılmasına 3 milyon manat vəsait ayrılması ilə bağlı sərəncam
imzalayıb. Mən
bunun üçün
cənab Prezidentə öz təşəkkürümü
bildirirəm. Hüseyn
Bozalqanlı da Azərbaycanın ustad aşıqlarından biri olub. Amma unutmaq
olmaz ki, Aşıq Ələsgər
də aşıq dünyasının sultanıdır,
günəşidir. Aşıq
dünyasında hələ
aşıq Ələsgər
zirvəsinə qalxan olmayıb” -deyə H.Həsənov qeyd edir.
Məhərrəm
Qasımlı: “Mənim
o muzeyə nə maneçiliyim ola bilərdi ki?”
H.Həsənovun səsləndirdiyi ittihamlarla
bağlı Azərbaycan
Aşıqlar Birliyinin
sədri, Əməkdar
elm xadimi, professor Məhərrəm
Qasımlı ilə əlaqə saxladıq. M.Qasımlı “Bakı-Xəbər”ə
açıqlamasında barəsində
deyilənlərin həqiqətə
uyğun olmadığını
bildirdi.
“Mədəniyyət Nazirliyindən mənə
bildirdilər ki, Hüseyn Həsənovdan evində saxladığı
materiallar alınıb
və ona bunun müqabilində 40 min manat ödənilib”
“Azərbaycan Aşıqlar Birliyinin elə imkanı, yeri, şəraiti yoxdur ki, orada
muzey yaratsın. Mənim o muzeyə maneçiliyim ola bilərdi ki? Mənim bu məsələ
ilə heç bir əlaqəm yoxdur. Elə bir muzey yoxdur.
Mədəniyyət Nazirliyindən
mənə bildirdilər
ki, H.Həsənovdan evində saxladığı
materiallar alınıb
və ona bunun müqabilində 40 min manat ödənilib.
O materialların isə
əsasən köhnə
vallar və aşıqların şəkillərinin
surətləri olduğu
deyilir. O əşyalar
hazırda Azərbaycan
Dövlət Musiqi Mədəniyyəti Muzeyindədir”.
Mədəniyyət Nazirliyindən və Azərbaycan Dövlət Musiqi Mədəniyyəti
Muzeyindən isə H.Həsənovun səsləndirdiyi
fikirlərlə bağlı
məlumat ala bilmədik.
İradə Sarıyeva
Bakı xəbər.-
2019.- 3 may.- S.14