Mehriban Əliyevanın Rusiyada
görüşlərindən sonra yeni hədəf – Azərbaycana 2 milyon rus turist…
Birinci vitse-prezident Mehriban
Əliyevanın Rusiya səfərini dəyərləndirən
ekspertlər bildirir ki, əldə olunan yeni razılaşmalar
fonunda qarşıdakı dövr ərzində şimal
qonşumuzla ölkəmiz arasında iqtisadi sahədə əməkdaşlığın
daha da dərinləşməsini gözləmək olar. Digər
tərəfdən, bu səfər bəzi
məqamlarına görə mühüm
yeniliklərlə də yadda qaldı. Elə
birinci vitse-prezidentin Rusiyaya rəsmi səfərinin iqtisadi
sahədə yekunları sırasında Azərbaycan-Rusiya tərəfdaşlığının
daha bir yol xəritəsi sayılan innovasiyalar
və elmi texnologiyalar
sahəsində yeni əməkdaşlığın
əsasının qoyulmasını buna misal kimi göstərmək
olar.
Xatırladaq ki, iki ölkə arasında
ötən il imzalanmış plana müvafiq olaraq, 2024-cü
ilədək olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının
əsas istiqamətlərinə ümumilikdə 5 yol xəritəsi
daxildir. Bu
əməkdaşlıq istiqamətləri ticarətin və
qarşılıqlı sərmayələrin həcminin
artırılması, nəqliyyat potensialının
inkişafı, birgə müəssisələrin
yaradılması, rəqəmsal texnologiyaların tətbiqi,
büdcə-vergi sektorunda təcrübə
mübadiləsi və humanitar əlaqələrin
inkişafına
yönəldilib. İndi innovasiyalar
və elmi texnologiyalar
sahəsində də tərəflərin yeni
əlaqəsinə start verilir.
Buna qədər isə tərəflər
iqtisadi sahədə əməkdaşlığı
daha da dərinləşdirməyi
düşünür. Bu
halın Azərbaycan üçün əsas
üstünlüklərindən biri qeyri-neft sahəsinin inkişafının daha dinamik hala
gəlməsidir. Real vəziyyət
göstərir ki, Azərbaycanda qeyri-neft sektorunun
inkişafı Rusiyadan müəyyən mənada
asılı vəziyyətdədir. Söhbət ölkəmizin
real ixrac imkanlarından gedir. Bütün iqtisadi aspektlər nöqteyi-nəzərindən
qeyri-neft məhsullarımız üçün məhz Rusiya
bazarlarına ixrac səmərəli və
məqsədəuyğun xarakter
daşıyır. İndi əldə edilən
yeni razılıqlar fonunda
Azərbaycan Rusiyaya qeyri-neft
sektorunda hasil edilən daha çox həcmdə məhsul satacaq. Bura ilk
növbədə aqrar məhsullar daxildir. Kənd təsərrüfatı nazirinin müşaviri Anar Hüseynov da qeyd edir
ki, Rusiya bazarı Azərbaycanın
kənd təsərrüfatı məhsulları üçün ənənəvi
bazardır:“Bu ölkəyə ixracda kənd
təsərrüfatı məhsulları xüsusi
yer tutur. Azərbaycanın
meyvə-tərəvəz məhsulları Rusiyada
çox sevilir. Bu baxımdan
iki ölkə arasında aqrar
ticarətin genişləndirilməsi, aqrar
tədqiqatlar sahəsində əməkdaşlığın
daha da inkişaf
etdirilməsi ilə bağlı birgə layihələrin həyata
keçirilməsi istiqamətində geniş
müzakirələr apardıq. Ümid
edirəm ki, əlaqələrimiz daha da inkişaf edəcək. Kənd təsərrüfatı
məhsullarının ixrac potensialı daha da artacaq”.
Ümumiyyətlə, qarşıdakı dövr
ərzində Azərbaycan Rusiyaya ixrac etdiyi aqrar
məhsulların həcmini 1,5 milyard dollara çatdırmağı düşünür. Hazırda Azərbaycan kənd
təsərrüfatı məhsullarının Rusiya bazarına ixracatı 600 milyon
dollara yaxın təşkil edir. Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində
aparılan qısa təhlil nəticəsində bu rəqəmi azı 2 dəfə artırmaq
mümkün olduğu
qənaətinə gəlinib. Bu sıraya
sənaye, emal müəssisələrimizin
də istehsal mallarını əlavə
etmək mümkündür. Deməli, Azərbaycan
Rusiyaya qeyri-neft sektoru üzrə daha çox məhsul satacaq.
Digər tərəfdən o da
faktdır ki, Rusiyanın ayrı-ayrı regionları Azərbaycanla
əməkdaşlığı genişləndirməyə
xüsusi maraq göstərir. Rusiyalı ekspert
Darya Qrevtsova bildirir ki, əslində
regionlararası əlaqələr Rusiya-Azərbaycan münasibətlərinin
vacib hissəsidir:“Rusya ilə Azərbaycan
arasında münasibətlər bütün
sahələrdə, o cümlədən iqtisadiyyat, təhsil, mədəniyyət, hərbi
və humanitar sahələrdə inkişaf edir. Azərbaycanın
regionları ilə Rusiyanın 70-dən çox
regionu sıx işləyir. Azərbaycanda
Rusiyanın enerji korporasiyaları uğurla fəaliyyət göstərir.
Avtomobilqayırma sahəsində əməkdaşlığın
dərinləşməsi üçün
yaxşı imkanlar var.
Nümunə kimi “KamAZ”ın işini göstərmək olar,
bu istiqamətdə texniki
yığılma və avtomobillərə xidmətlər
göstərilir. “AvtoVAZ” Azərbaycanın
bütün regionlarında “Lada” avtomobillərinin pərakəndə
satışı üçün 40-dan çox şöbə yaradıb. Öz növbəsində azərbaycanlı investorlar Rusiyada kənd təsərrüfatı
obyektlərinin tikintisində fəal iştirak
edir. Rusiya və Azərbaycan
birgə infrastruktur layihələri
reallaşdırır. Xəzər dənizinin statusu
barədə Konvensiyanın imzalanması da
dövlətlərimiz arasında qarşılıqlı səmərəli
əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu, ilk növbədə nəqliyyat,
yük daşımaları, neft, qaz hasilatı, ekologiya və digər sahələrə aiddir. Turizm sahəsində
ikitərəfli əlaqələr intensiv
inkişaf edir. Bir sözlə, Rusiya ilə
Azərbaycan arasında əlaqələr
qarşılıqlı etimada əsaslanan
etibarlı strateji tərəfdaşlığı
nəzərdə tutur. Rusiya
haqlı olaraq Cənubi Qafqazda
aparıcı strateji və ticari-iqtisadi tərəfdaş hesab
olunan Azərbaycanla davamlı və
sıx əməkdaşlıqda maraqlıdır”.
Dövlət Dumasının deputatı
Dmitri Savelyev də bildirir ki, son bir neçə ildə Rusiya
ilə Azərbaycan arasında iqtisadi, siyasi və mədəni
sahələrdə münasibətlər intensiv inkişaf
edir. O
qeyd edir ki, Mehriban Əliyevanın
Rusiya-Azərbaycan regionlararası forumla
bağlı səfəri əlaqələrin əhəmiyyətini
daha da artırır.
“Deyərdim ki, Azərbaycan Rusiyanın
yeganə etibarlı tərəfdaşıdır”. Rusiyalı
deputat turizm sahəsində
əməkdaşlığın vacibliyini
da qeyd edib:
“Turizm ölkələrimiz arasında ikitərəfli
münasibətlərin möhkəmlənməsinə
yardım edən çox vacib
sahədir. Həqiqətən də, ruslar
Azərbaycana nə qədər çox qonaq gəlsələr, o
qədər də ölkəni çox
sevəcəklər. Bir rus
atalar sözü var: “On dəfə
eşitməkdənsə, bir dəfə
görmək daha yaxşıdır”. Azərbaycana
gedən ruslar oradan laqeyd qayıtmırlar. Bu çox vacibdir”. Qeyd edək ki, hazırda
Azərbaycana ən çox turist məhz Rusiyadan gəlir
və gələn il ərzində
onların sayının 1 milyona satması
gözlənilir. Həmin tursitlərin sayının daha da artması Azərbaycan
üçün prioritet
məsələlərdən biridir və
bu istiqamətdə intensiv
işlər aparılır. Xatırladaq ki,
bu sahədə çox
müasir infrastruktur
yaradılıb. Regionda ən müasir turizm infrastrukturu məhz Azərbaycandadır. O da məlumdur ki, regionda Gürcüstan bu sahədə Azərbaycana rəqib olub. Ancaq son
illərdə Azərbaycan bu istiqamətdə
Gürcüstanı geridə qoya bilib. Hesab edilir
ki, görülən işlərin
miqyası genişlənsə, Rusiyadan ildə
2 milyona yaxın insanın gəlişinə
nail olmaq mümkündür. Bu isə
Rusiya - Azərbaycan iqtisadi
əlaqələrinin daha geniş
spektri əhatə etdyini,
Mehriban Əliyevanın Rusiya
səfərinin prosesə əlavə təkan verdiyini
deməyə əsas verir.
Ramil QULİYEV
Bakı-xəbər.-
2019.- 28 noyabr.- S.4.