Azərbaycan gələcək inkişafını milli köklər üzərində qurur - Prezidentin dünya xadimlərinə dediyi bu sözlərin hansı gücü var...

 

 

Məlum olduğu kimi, Bakıda müxtəlif dini konfessiya, təriqət liderlərinin, müxtəlif ölkələrin siyasi, ictimai, elm, din xadimlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Dünya dini liderlərinin II Bakı Sammiti keçirilib. Nöyabrın 15-də başa çatan sammitdə bir sıra mühüm məsələlər gündəmə gətirilib, müzakirə edilib.

 

Sammitin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bir sıra mühüm məsələləri qeyd edib, dünya dini liderlərinə ölkəmizin uğurlarından, nailiyyətlərindən bəhs edib. Prezident İlham Əliyev Azərbaycanın öz gələcəyini milli köklər üzərində qurduğunu da deyib:”...Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda eyni zamanda, ənənəvi dəyərlər ruhunda tərbiyə alır...”

 

Bu siyasətin əsas tərkib hissəsindən biri ondan ibarətdir ki, biz qədər dünyəviləşsək , tolerant olsaq da, dünyanın bütün dinlərinə hörmət etsək , öz dəyərlərimiz, milli köklərimiz üzərində inkişaf etməyi əsas götürmüşük

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Buludxan Xəliov bizimlə söhbətində bildirdi ki, Prezidentin dünya dini liderləri qarşısında belə əhəmiyyətli fikirlər səsləndirməsi Azərbaycan dövlətinin həyata keçirdiyi, yürütdüyü siyasətin mahiyyətini açıqlayıb. B.Xəlilovun sözlərinə görə, bu gün Azərbaycan dövləti milli kökdən rişələnərək inkişaf edir dünyaya multikulturalizm, tolerantlıq, humanizm kimi böyük dəyərlər, nümunələr bəxş edir. B.Xəlilov qeyd etdi ki, Azərbaycan dövləti xalqımızın tarixən sahib olduğu milli-mənəvi dəyərlərini qoruyur öz inkişafını o dəyərlər, milli köklər üzərində davam etdirir:”Ümumiyyətlə, Azərbaycanda son dövrlər həyata keçirilən siyasətin əsas xəttini təşkil edən amil müxtəlif dini görüşlərə malik olan ölkələrin dini liderləri ilə əlaqələrin yaradılması, onların ölkəmizə gəlməsidir. Azərbaycan bu cəhətdən tarixən sahib olduğu bu gün davam etdirdiyi tolerantlığı qoruyub saxlayır, bütün dinlərin nümayəndələrinə, dini dəyərlərə hörmət göstərir. Doğrudan da bu dünyəvi bir düşüncədir Azərbaycan siyasətində olan, bütün tələblərə cavab verən siyasi, mənəvi, mədəni düşüncədir. Amma eyni zamanda, bu siyasətin əsas tərkib hissəsindən biri ondan ibarətdir ki, biz qədər dünyəviləşsək , tolerant olsaq da, dünyanın bütün dinlərinə hörmət etsək , öz dəyərlərimiz, milli köklərimiz üzərində inkişaf etməyi əsas götürmüşük. Bu çox vacib məsələdir Azərbaycanın dövlət siyasətində mühüm yer tutur. Dünyanın özü milli dəyərlər, milli köklər üzərində inkişaf edən xalqlara, dövlətlərə xüsusi dəyər verir, hörmətlə yanaşır. Son dövrlər Azərbaycanda müxtəlif istiqamətdə keçirilən tədbirlər, o cümlədən dünya dini liderlərin Bakı sammiti, digər bu qəbildən olan toplantılar Azərbaycana böyük hörmət gətirir. Bu mənada ki, Azərbaycanın dövlət siyasəti həm dünya dinlərinə hörmət təlqin edir, həm milli köklər üzərində qurulmuş dinlərə, siyasi baxışlara, fikirlərə sayğı ilə yanaşır. Ona görə , Azərbaycan milli köklər, milli təməllər üzərində inkişaf etməklə öz gələcəyini qurub gəncliyini milli vətənpərvərlik ruhunda inkişaf etdirməyə nail olub. Bu gün Azərbaycançılıq ideologiyasının tam şəkildə bərqərar olmağında milli təməllər üzərində inkişaf aparıcı mövqedə olmalıdır. Belə olmasa, Azərbaycançılıq məfkurəsi, Azərbaycançılıq təmayülü möhkəmlənə bilməz. Çünki Azərbaycan cəmiyyəti yalnız orta yaşlı nəsildən ibarət deyil, eyni zamanda da uşaqlardan, yeniyetmələrdən, gənclərdən ibarətdir.

 

Azərbaycan Prezidentinin Azərbaycanın bir ölkə kimi öz gələcəyini, inkişafını milli dəyərlər üzərində qurması ilə bağlı qeyd etdiyi fikrin çox böyük siyasi mənəvi təsir gücü, mənası var”.

 

Azərbaycan Prezidentinin apardığı siyasətin təməlində bu kimi amillərin dayandığını deyən B.Xəlilov hesab edir ki, harada yaşayıb-işləməyimizdən asılı olmayaraq, hər kəs milli köklərə bağlı olmalı Azərbaycançılıq məfkurəsinə sadiq qalmalıdır.

 

İradə Sarıyeva

Bakı xəbər.- 2019.- 16-18 noyabr.- S.8