Gənc nəslimizin
yad təsirlərdən
qorunması dünya din liderlərinin müzakirəsində…
Aytəkin
Kamranqızı:”Azərbaycan gənclərini
yad təsirlərdən
qorumaq lazımdır”
Cəmiyyətdə
sağlam mühitin əsas göstəricisi mənəviyyatdır
ki, onun formalaşması üçün bəlkə də
minilliklər lazım olur. Adət-ənənələr, əxlaqi dəyərlər,
ictimai şüurda özünə yer tapmış dini ayin və mərasimlər
hər bir millətin kamillik səviyyəsinin təcəssümü
olmaqla yanaşı, həm də bəşər sivilizasiyasına
nümunəvi töhfədir.
Əslində onlar milli kimliyin ifadəsidir. Çünki
ilk növbədə xalqın
mənəvi sərvəti,
toxunulmaz xəzinəsi
hesab olunurlar. Mənəvi dəyərlərin
qorunub saxlanması buna görə hər bir xalqın
borcudur.
Əsrlərin sınağından çıxmış
xalqımız öz müqəddəs dəyərlərini,
adət-ənənələrini qorumaqla bərabər, onlara ümumbəşəri,
tolerant münasibət
də bəsləyir.
Ona görə müasirliyə və yeniliyə can atır. Azərbaycan Prezidenti İlham
Əliyevin milli mədəniyyətin, mənəvi
və dini dəyərlərin qorunması,
inkişaf etdirilərək
gənc nəsillərə
çatdırılması ilə bağlı yürütdüyü siyasət
bu mənada hazırkı dövrün
reallıqları ilə
şərtlənir. Dövlət
başçısının fikrincə, qloballaşma dövründə elmi-texniki
tərəqqinin sürətli
inkişafı mütərəqqi
dəyişikliklərə yol açır. Lakin bu prosesin
tarixi-mədəni irsə
müəyyən təhlükəli
meylləri də özünü qabarıq
şəkildə göstərir.
Bu zaman xalqların mədəni dəyərləri
ən azı assimilyasiyaya uğrayır.
Çünki qloballaşma
prosesi dövlətlər
və ölkələr
arasında sərhədləri
nisbi anlayışa çevirir, milli məkanı müxtəlif,
yad təsirlərə
məruz qoyur.
Yad təsir,
yabançılığa meyl
göstərmək Azərbaycan
gəncinə layiq bilinməyən bir işdir. Gənc nəsil daha çox özünü dərk etməli, öz milli adət-ənənələrinə
istinad etməlidir. Təcrübə göstərir
ki, yad təsirə
uymaq meylləri gəncləri özündən
qopararaq qaranlıq bir aləmə qərq edir. Odur ki, gənclik
milli şüura sahiblənmək üçün
cəhdlər etməlidir.
Gənclik milli dəyərlərə bağlı
olanda daha güclü və yenilməz ola bilir.
Məsələ burasındadır ki, gənclərin əksəriyyəti
milli mənlik şüuruna sahib ola bilir. Düzdür,
bu keyfiyyətdən uzaq düşənlər
də olur. Bütövlükdə gənclər
milli mənlik şüuruna sadiqdir.
Sevindirici haldır
ki, Azərbaycan gəncləri milli mınlik şüuruna sədaqətlidir. Hətta Prezident
İlham Əliyev noyabrın 14-də Dünya
Dini Liderlərinin II Bakı sammitinin açılış mərasimində
çıxış edərkən
bildirib ki, Azərbaycan o ölkələrdəndir
ki, öz inkişafını milli köklər üzərində
qurub, ənənəvi
dəyərlər bizim
üçün ən
böyük sərvətdir: “Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik,
ənənəvi dəyərlər
ruhunda tərbiyə alır. Hesab edirəm ki,
Bakıda keçirilən
Zirvə görüşününü
mövzülarından biri
də bu olacaq. Çünki biz görürük ki, dünyanın müxtəlif yerlərində
ənənəvi dəyərlərə
qarşı kampaniya aparılır, onlar gözdən salınır,
bizim üçün
yad olan, milli təfəkkürümüzə
uyğun olmayan yeni "dəyərlər"
aşılanır. Biz
özümüzü, xüsusilə
də gənc nəsli yad təsirdən qorumalıyıq.
Buna görə də ənənəvi dəyərləri,
ailə dəyərlərinin
təbliğ edilməsi
hamımızın işi
olmalı, bu istiqamətdə Azərbaycanda
aparılan siyasət həm dövlət həm də dini liderlər tərəfindən aparılan
siyasət çox böyük qiymətə layiqdir".
“Milli mənlik
şüurunun vəd
etdiyi fayda yetərincə müxtəlif
və çoxşaxəlidir,
yetər ki, onun prinsipial əsasları qorunub saxlanılsın, böyüməkdə
olan gənc nəslə aşılansın,
çatdırsın, təməl
prinsipləri öyrədilsin”
Gənc nəslin
yad təsirlərdən
qorunmasının əhəmiyyəti
haqqında danışan
sosioloq Aytəkin Kamranqızı bildirdi ki, gənclər yad təsirlərdən qorunmalıdır: "Düzdür,
burada digər faktorlar da var,
ancaq əsas milli mənlik şüurudur. Bu faktor həqiqətən də mühüm əhəmiyyət kəsb
edən məsələlərdən
biridir. Gənclərin
buna sahib olması bütövlükdə
dövlətin ümummilli
ideologiyasının qorunması
baxımından müstəsna
rola və əhəmiyyətə malikdir.
Bu indi də
belədir, bundan sonra da belə
olacaq. Eyni zamanda, milli-mənəvi
dəyərlərin deqradasiyaya
məruz qalmasının
qarşısını alır.
Ümumilikdə sözügedən
dəyərlərin qorunmasının
cəmiyyətə verdiyi
fayda ölçüyəgəlməz
dərəcədə böyükdür.
Çünki bu həm də milli kimlik məsələsini özündə ehtiva edir".
Həmsöhbətimizin sözlərinə görə,
bu baxımdan milli mənlik şüurunun vəd etdiyi fayda yetərincə
müxtəlif və çoxşaxəlidir: “Yetər
ki, onun prinsipial əsaslarını
qoruyub saxlaya, böyüməkdə olan
gənc nəslə aşılaya, çatdıra,
təməl prinsiplərini
öyrədə biləsən.
Ona görə də sözügedən məsələnin cəmiyyətə
çatdırılmasında bütün vasitələrdən
istifadə etmək lazımdır. Təbii ki, bunun üçün
də başlıca olaraq gənclərə milli mənlik şüurunun aşılanmasını
həyata keçirmək
lazımdır. Müşahidələr
göstərir ki, sözügedən məfhumun
qavranılması gənclərin
milli dəyərlərə
nə dərəcədə
bağlı olması
ilə ölçülür.
Aydın məsələdir
ki, bunun üçün də birinci növbədə ailədə, məktəbdə,
ictimaiyyətdə müvafiq
mühit olmalıdır.
Çünki milli mənlik şüuru özünüdərk deməkdir.
Milli özünüdərk
deyəndə ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, vətəninin tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır.
Hər bir gənc, vətəndaş
dərk etməlidir ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri
təmsil edir. Eyni zamanda, milli
dəyərlərin tarixin
hansı mərhələlərindən
keçdiyini bilməlidir.
Yuxarıda sadalananlar milli mənlik şüuruna aid olan faktorlardır".
A.Kamranqızı onu da vurğuladı
ki, həddən artıq Qərb mədəniyyətinə hərislik
milli mənlik şüuruna və vətənpərvərlik hisslərinə
mənfi təsir göstərir: "Qərb
mədəniyyətinə kor-koranə
aludəçilik, pərəstiş,
"kopya"lamaq və
onu öz yaşam tərzinə çevirmək kimi məsələlər bu gün ciddi problemdir. O üzdən, mənə elə gəlir ki, bu cür yanaşma
və təqlidçilik
hazırkı gəncliyimizin
əsas problemlərindən
biridir. Necə gəldi o mədəniyyəti
mənimsəmək və
onu məişət tərzinə daxil etmək düzgün olmayan bir yaşam
tərzidir. Bu, bütövlükdə milli-mənəvi
dəyərlərə zərər
vurur. Hər halda, biz öz
milli-mənəvi dəyərlərimizi
unutmamalıyıq. Sözügedən
dəyərlərə hər
zaman sahib çıxmağı bacarmalıyıq.
Təbii ki, Qərbdə müsbət
məqamlar çoxdur
və onlardan faydalanmaq lazımdır. Bunda qəbahət bir şey yoxdur.
Ancaq milli məişətimizə uyğun
olmayan dəyərləri
daxil etmək doğru deyil. Mümkün qədər gəncləri bu kimi təsirlərdən qorumaq lazımdır. Bu məsələdə vaxt itirmək olmaz. Konkret adekvat addımların atılmasına ehtiyac var".
Günel Cəlilova
Bakı xəbər.-
2019.- 16-18 noyabr.- S.12