Azərbaycanın aqroekoturizm sahəsində görünməmiş dirçəliş

 

 

Ölkədə qeyri-neft sektorunun ən mühüm qollarından olan turizm bu gün həm Azərbaycana ən çox valyuta qazandıran sahələrdən biri qismində çıxış edir. Artıq Azərbaycana gələn turistlərin ölkədə sərf etdikləri vəsaitin həcmi milyardlarla dollarla ölçülür. Ötən il ərzində xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər. Bir daha xatırladaq ki, 2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2.9 milyon ya əvvəlki illə müqayisədə 5,7 faiz çox turist gəlib. Cari il ərzində isə bu rəqəmin daha yüksək olması gözlənilir.

 

Dövlət Turizm Agentliyinin məlumatına görə, 2019-cü ilin yanvar-avqust aylarında isə Azərbaycana səfər edən xarici vətəndaşların sayı illik müqayisədə 8,3% artaraq 2,1 milyona çatıb. Gələn əcnəbilərin yarısından çoxunu, daha dəqiq desək, 53%-ni Rusiya Gürcüstan vətəndaşları təşkil edib. Bu il ərzində isə Rusiyadan Azərbaycana daha çox turistin gəlişi gözlənilir. Özü rus turistlər yüksək büdcəli turistlər sayılır onların ölkəmizə, xüsusən paytaxt Bakıya səfərlərinin əsas məqsədi daha çox alış-verişlə bağlıdır. Bunu Rusiyanın "TurStat" turizm portalının son araşdırması da təsdiq edir. Belə ki, “TurStatportalı payız mövsümündə istirahət səyahət üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini açıqlayıb. Reytinqə görə, Bakı MDB ölkələri arasında rusiyalı turistlərin ən çox payız səyahətinə çıxdığı beş şəhərdən biridir. Minsk, Astana, Almatı, Daşkənd şəhərləri ilk beşliyə daxil edilib. Portalın məlumatında qeyd olunur ki, oktyabrın sonunda Azərbaycanın Göyçay rayonunda nar festivalı keçiriləcək bu da turistləri özünə payızda cəlb edən mühüm faktorlardan biridir. TurStatturizm portalı onu da qeyd edib ki, rusiyalı turistlər MDB şəhərlərində ölkələrində payız səyahəti zamanı qonaqlama yemək üçün gündəlik 40-100 dollar arası pul xərcləyirlər. Onlar Minskə bazar günü istirahəti, Astana Bakıya isə şopinq üçün gedirlər.

 

Onu da qeyd edək ki, Azərbaycana daha çox rus turistin gəlişi üçün genişmiqyaslı işlər görülür. Elə bu günlərdə Dövlət Turizm Agentliyi Rusiyanın paytaxtı Moskvada keçirilmiş “World Food Moscow 2019" beynəlxalq qida sərgisində təmsil olunub. Burada ziyarətçilər 40-dan çox Azərbaycan şirkəti ilə tanış olmaq imkanı əldə edib, 400 kvadratmetrdən böyük olan milli stenddə sərgilənən yerli kənd təsərrüfatı qida məhsulları ilə tanış olublar. Yeri gəlmişkən qeyd edək ki, rus digər turistlərin, Bakı ilə yanaşı, bölgələrə səfərlərinin sayının artırılması üçün yerli kənd təsərrüfatı məhsullarının xaricdə təqdimatı geniş vüsət alıb. Burada əsas niyyətlərdən biri aqroekoturizmin inkişaf etdirilməsidir.

 

Xatırladaq ki, aqroekoturizm, yeni yaranmasına baxmayaraq, dünyada sürətlə inkişaf etməkdə olan sahələrdəndir. Dünya əhalisinin sayının artması urbanizasiya bu sahənin inkişafına təkan verir. Həmçinin insanlar artıq dəniz-qum-günəş üçlüyünün yaratdığı kütləvi turizmin yerinə, alternativ turizm növləri ilə daha çox maraqlanırlar. Şəhər sakinləri, qısa müddətlik olsa, kənddə yaşamağı, fermada gecələməyi, təbii kənd məhsulları ilə qidalanmağı, təbiətlə təmas qurmağı arzulayırlar. Elə aqroekoturizmin meydana çıxmasının kökündə məhz bu arzunu reallaşdırmaq istəyi dayanır. 1980-ci illərdə Avropada yaranan aqroekoturizm günümüzdə daha geniş əhatə dairəsinə malikdir. Həm inkişaf etmiş, həm inkişaf etməkdə olan ölkələrdə yerli fermerlərə dəstək onlar üçün alternativ satış kanalları yaratmaq məqsədilə aqro-eko turlar təşkil olunur. Aqroekoturizmi sosialyönümlü layihə adlandırmaq olar. Belə ki, turizmin bu sahəsi regionlarda yaşayan əhalinin işsizlik az gəlir kimi problemlərinin həllinə töhfələr verə bilir. Bu məsələ artıq Azərbaycanda da xüsusi diqqət mərkəzində yer alır.

 

Onu da bildirək ki, dünyanın müxtəlif ölkələrində aqroekoturizmin təşkili fəaliyyət istiqamələri müxtəlifdir. Məsələn, İtaliyada aqro-eko turlar daha çox fermalarda qonaqlamaq üçün təşkil edilir. Bundan başqa, bu cür turlar kənd təsərrüfatı məhsulları almaq, təbiət qoynunda gəzmək, təsərrüfat heyvanlarını bəsləmək, meyvə toplamaq digər məqsədlər üçün təşkil olunur. Son vaxtlar ölkəmizdə turizm sektorundakı canlanma özünü aqroekoturizm sahəsində hiss etdirir. Azərbaycanda həyata keçirilən aqroekoturizm layihələrinəŞəhərdən Kəndəlayihəsini misal göstərmək olar. Layihə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olanAqrar tədarük təchizatAçıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir.Şəhərdən Kəndə”nin əsas məqsədi paytaxt sakinlərinin xarici turistlərin asudə vaxtlarını səmərəli şəkildə keçirməsinə yardımçı olmaq, onlar üçün alternativ istirahət növü təşkil etmək, eyni zamanda, kəndlərdə yaşayan kiçik orta fermer təsərrüfatı sahiblərinin gəlirini artırmaqdır. Bu günə qədər layihə çərçivəsində Şamaxının Qonaqkənd, Çaylı, Meysəri, İsmayıllının Təzəkənd kəndlərinə turlar baş tutub. Hazırda isə görünən odur ki, “Şəhərdən Kəndəlayihəsi davamlı olacaq ölkəmizin həm kənd təsərrüfatı, həm turizm sahəsinə öz töhfəsini verəcək.

 

Bununla yanaşı diqqət mərkəzində yer alan məqamlardan biri ölkəyə təkcə Rusiya yox, digər istiqamətlərdən daha çox turist gəlişini təmin etməkdir. Bu sırada indi Pakistan, Hindistan, Avropa ərəb ölkələri, Çin, İndoneziya digərləri yer alır. Bu məqsədlə Azərbaycan Turizm Bürosu müxtəlif ölkələrdə təqdimatlar keçirir. Bunların nəticəsidir ki, ölkəmizə maraq göstərən turistlərin sayında da artım müşahidə olunur. Turizm potensialının tam relizə edilməsi məqsədilə həyata keçirilən tədbirlər öz nəticəsini verir. Azərbaycana maraq göstərən turistlərin sayı ildən-ilə artır. Ölkəmizə gələn turistlərin sayı, şübhəsiz ki, qeyri-neft sektorundan gələn gəlirləri artırır, iqtisadi potensialı möhkəmləndirir. Bu sahədə infrastrukturun xidmət sektorunun vəziyyətinin yaxşılaşdırılması, Azərbaycanın dünyada tanıdılması yönündə aparılan ardıcıl işlər, viza sisteminin sadələşdirilməsi artımı təşviq edir. Turist axını həm valyuta gəlirlərinin artımı deməkdir. Cari ildə tursizm sektoru üzrə gəlirlərin 2,5 milyard dollara kimi çatması istisna olunmur. Bütün bu sadalananlar deməyə əsas verir ki, bu gün dövlətin turizm sahəsinə qoyduğu sərmayə öz bəhrəsini verir. Qurulan infrastruktur Azərbaycanı getdikcə daha da cəlbedici edir. Bu gedişlə, şübhəsiz ki, Azərbaycan dünyanın ən çox turist cəlb edən ölkələrindən birinə çevriləcək. Təbii ki, bu da ölkənin iqtisadiyyatının yüksəlməsinə, xüsusən xidmət sektorunun inkişafına mühüm təkan verəcək.

 

Tahir TAĞIYEV

Bakı xəbər.- 2019.- 2 oktyabr.- S.12