“Dövrünün qüdrətli söz və fikir ustadı
– Nəsimi zirvəsi”
Bildiyimiz kimi,
Prezident cənab İlham Əliyev 2018-ci ildə Türk dünyasının böyük,
mütəfəkkir şairi
İmadəddin Nəsiminin
anadan olmasının
650 illik yubileyi münasibətilə müvafiq
sərəncam imzalayıb.
Həmin fərmana uyğun olaraq 2019-cu il Azərbaycanda Nəsimi ili olaraq qeyd edilir.
Azərbaycan Respublikası
“Ziyalı Ocağı”
İctimai Birliyi öz fəaliyyətini bu fərmandan irəli gələn məsələlərin həyata
keçirilməsi istiqamətində
qurur. Təbii ki, bu işdə
birliyə dəstəyi
Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası verir.
İmadəddin Nəsimi kimi söz xiridarının, fikir sahibinin, filosofun bu gün
yüksək səviyyədə
anılması onun əsl həqiqətdə
də əbədiyaşar
bir şair olduğunun əyani göstəricisidir. Nəsimi
bütün dövrlərin
şairidir, zamanının
söz sahibi, fikir sahibidir.
Nəsimi yaradıcılığında
insan idrakı, özünüdərk anlamı
xüsusi məqamda dayanır. Nəsimiyə görə mənəvi
yüksəkliyin dörd
mərhələsini –şəriəti
layiqincə mənimsəyən,
seçdiyi təriqət yolunda inamla addımlayan, onu insanlar arasında
yayan, ədəb-ərkanı
ilə cəmiyyətə
örnək olan və ən sonda, bütün həyatını, amalını
ilahi eşq ilə yaşayan, çarpışan
insan haqqa mütləq şəkildə
qovuşacaqdır. İlahi
eşqi öz həyatının kredosu seçən bəşər
övladı kamillik mərtəbəsinə çatan
insandır. Nəsimi hesab edirdi ki,
insan yalnız və yalnız idrakın ali tərbiyəsi ilə küllü kainatın sirlərindən vaqif ola bilər. Bu yolda isə
ona ən yaxın köməkçi
öz müəllimi,
ustadı, müridi, bələdçisi olacaqdır.
Fəhminə, idrakına
həsəd apardığı
Fəzlullah Nəimi də məhz bu yolda İmadəddin
Nəsiminin müəllimi-müridi
olub.
Nəsimi ilahi
eşq yoluna varanda bu yolun
təhlükəli olduğunu
bilirdi. O bilirdi ki, XI əsrdə sufizmin banisi Mənsur Həllacı bu təriqəti yaydığına görə
edam olunub. O müəlliminin –Fəzlullah
Nəiminin edam edilməsinin dəhşətini
də yaşayıb. Lakin çıxdığı
yoldan dönməyib, qorxmayıb. Gözlərini
qırpmadan, dizlərini
bükmədən dar
ağacınadək məğrurcasına
addımlayıb. O ölümü
ilə ölümsüzlük
qazanacağını da
bilirdi. Şəhadətə
varacağı məkanda
ucalacağından da,
haqqa varacağından
da xəbərdar idi. Ona görə
var səsi ilə bütün dünyaya:
Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam, -
deyərək hayqırırdı.
Arzusu, məramı,
məqsədi insanların
eyni, bərabərhüquqlu
cəmiyyətdə yaşaması
olan Nəsiminin buna sözün əsl mənasında, haqqı var idi. Bu böyük
düha yer üzünün çiçəklənməsi
yolunun kamillikdən, bütünlükdən keçdiyini vurğulayırdı.
Onun istəkləri insanlığa, cəmiyyətin
çiçəklənməsinə xidmət edirdi. O hər tərəfi tutan saxtakarlığa, yalana, hiyləyə qarşı çıxırdı.
İnsanları nadanlığa,
cahilliyə qarşı
mübarizəyə səsləyirdi.
Nəsimi özü də bu cahilliyin,
savadsızlığın, böhtanın
qurbanı oldu:
Zahidin əfsanəsindən
soydular nahaq məni,
Həq bilir
səndən, şəha,
sahib nəzərlər
ağrımaz.
Zahidin bir
barmağın kəssən
dönər həqdən
qaçar,
Gör bu
gerçək aşiqi
sər-pa soyarlar ağrımaz.
Bildiyimiz kimi,
Nəsiminin yaşadığı
dövrdə Azərbaycan
Teymurilərin işğalı
altında idi və geniş xalq kütləsi tərəfindən silsiləli
şəkildə xalq
üsyanları baş
verirdi. Xalq boyunduruq altında yaşamağı qəbul
etmirdi. Ağıllı sözün, fikrin
mövcudluğu xalqı
öz iradəsini göstərməyə təşviq
edirdi. İmadəddin
Nəsiminin bir-birindən
dəyərli fikirləri
və bu fikirlərin toplandığı
şeirlər, qəzəllər
dildən-dilə düşərək,
bütün Şərqi
bürüyüb. Qoca
Şərqin elə bir guşəsi tapılmazdı ki, orada Nəsimidən danışılmasın və
ondan qəzəllər,
ilahilər oxunmasın.
O zaman bütün ədəbi-siyasi,
fəlsəfi baxışları
ilə düşünən
beyinlərin rəğbətini
qazanan hürufilik təriqətinin fəal təbliğatçısı Fəzlullah
Nəimi ilə Bakıda görüş onda hürufilik haqqında böyük təəssüratlar oyadır.
Nəsimi hürufilik təlimini qəbul edir.
Nəsimin ictimai-siyasi
baxışları onun
qələmə aldığı
qəzəllərində də
özünü göstərir.
Qəzəlləri ilə
bərabər özü
də uzun, məşəqqətli bir
yola çıxır.
Elə bir yol ki, Nəsimini
ölümsüz edəcək,
edamına fərman verdirəcək, əbədiyyət
üfüqlərində parladacaqdı.
Bir nüansı xüsusilə
vurğulamaq lazımdır
ki, Nəsimi Azərbaycan poeziyasında
ictimai-siyasi fəlsəfənin
banisidir. Şirvandan tutmuş Təbrizədək,
Anadoludan Karamandan, Diyarbəkirdən, Ankaradan
tutmuş Bursayadək,
Hələbədək şeirləri
sevilərək, dillərdə,
ağızlarda gəzən
Nəsimi sözünün gücü-qüdrəti
bir çox elm-ədəbiyyat biliciləri
tərəfindən yüksək
qiymətləndirilmişdir. XVI yaşamış alim Lətifi yazırdı ki, “Türk şeiri ilə ən əvvəl Nəsimi şöhrət tapmışdır”.
Allahu Əkbər,
ey sənəm hüsnündə heyran olmuşam,
Qövsü qüzehdir qaşların,
yayinə qurban olmuşam.
Nəsiminin bircə
bu sözlərlə,
bu inamla başlayan qəzəli onun dinsiz, imansız
olmadığının əyani
nümunəsidir. Bu misralar Nəsimiyə şər, böhtan atanlara tutarlı bir cavabdır.
Aydın fikir,
dərin məna, rəngarəng obrazlar, bənzətmə əv məcazlar - budur Nəsimi sənətini sevdirən, onun şöhrətinə ellərə,
dillərə düşürən.
Onun şeirlərini oxuyan insan istər-istəməz
fəlsəfi düşüncələrin
təsirinə düşür,
müqəddəs varlıq
və yaradılmışla
bağlı dərin fikirlərə dalır. Və bu fikirlərin
qoynunda axtardığını
tapmağa çalışır.
Şair bütün
kainata sual dolu nəzərlə yanaşır. Dünya və insan mövzusu.
Orta yüzillikləri
düşündürən bu suallar şairi
də bütün yaradıcılığı boyu
düşündürür. Nəsimi öz yaradıcılığında köhnə şərq və qərb elmi düşüncəsini
birləşdirən mütəfəkkir
kimi ucalır. Bədii söz sənətinin bir-birindən
gözəl incilərini
yaradır. Azərbaycan
ədəbiyyatı tarixini
yeni bir üslub, deyim tərzi, yeni surət və lövhələrlə zənginləşdirir.
Onun həyat sevgisi
və duyğularını
əks etdirən nəğmə və şərqiləri məzmunca
da, dil-üslub etibarilə də səmimi və aydındır. Şairin bu qəbildən olan şeirlərində işlətdiyi istixarə,
məcaz, bənzətmə
və bədii mübaliğələri çox
əlvan və rəngarəngdir. Ana
dilindən alınan bu bədii ifadələr
canlı dilimizin özü kimi aydın, gözəldir. Bulaq suyu kimi
saf və şəffafdır, dəniz
incisi kimi parlaq və dəyərlidir:
Üzünü məndən nihan etmək dilərsən, etməgil!
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!
Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,
Aşiqi bixaniman
etmək dilərsən,
etməgil!
Sufi dünyagörüşü
ilə türk dünyasında önəmli
yer tutan şairlərdən Cəlaləddin
Mövlanə də, Yunus Əmrə də, Əlişir Nəvai də Nəsimi ilə eyni dini baxışları
paylaşırlar. Amma
Nəsimi öz fikirlərini daha açıq və hayqıraraq söylədiyi
üçün onlardan
daha fərqlənir. Bu məqamları Mövlanənin, Əmrənin,
Nəvainin yaradıcılığı
ilə yaxından tanış olarkən görmək mümkündür.
Nəsiminin yaradıcılığı
elmi kəşflərlə
zəngin olan fikirlərə söykənir.
“Sığmazam” qəzəlinin
təhlili dediklərimizin
bariz nümunəsidir.
Özünün güclü sözü,
dəyərli fəlsəfi
fikirləri, aydın dünyagörüşü ilə
zəngin poeziya nümunələri yaradan
İmadəddin Nəsimi
məhz bu ilahi istedadı ilə bu günümüzədək
məhəbbət və
ehtiramla yad olunur, sevilir.
İlahə BAYANDUR (Əliyeva)
Tədqiqatçı
Yazı
Azərbaycan Respublikası
Prezidenti yanında
QHT-lərə Dövlət
Dəstəyi Şurasının
maliyyə dəstəyi
ilə “Ziyalı Ocağı” İctimai Birliyi tərəfindən
“Nəsimi fəlsəfəsinin
beynəlxalq təbliği
istiqamətində tədbirlərin
təşkili”
layihəsi çərçivəsində
çap olunur.
Bakı xəbər.-
2019.- 17 oktyabr.- S.14