Əbülfəs Qarayevin “media tövsiyələrinə” sənət
adamlarının reaksiyaları...
Azərbaycan mədəniyyətində, incəsənətində,
ədəbiyyatında elə
nəhəng simalar var ki, bəzən
onlarla bağlı sosial şəbəkələrdə
və yerli mediada xoşagəlməz
yazılara, fikirlərə
rast gəlirsən. Böyük sənətkarlarımızın
şəxsiyyətinə kölgə
salan və onlar haqqında yanlış təsəvvür
yaratmağa xidmət edən bu yazılar
əksər hallarda sensasiya naminə bəzi KİV-ə ayaq açır. Bəzi hallarda bir sənətkar
haqqında başqa bir sənətkar öz müsahibəsində
xoşagəlməz fikirlər
səsləndirir.
Çoxlarımızın
peşə təcrübəmizdə
belə müsahiblər
olub, lakin çoxlarımız o nəhəng
şəxsiyyətlərin ruhuna ehtiram olaraq həmin ifadələri yazılarımızda
əks etdirməmişik.
Sözsüz, böyük
insanın böyük,
kiçik insanın kiçik nöqsanı olar. Bir də
ki, o böyük sənətkarlar elə əsərlər, obrazlar,
ifalar miras qoyub gediblər ki, onlar minillər
yaşayacaq və xalqımızın mədəniyyət
xəzinəsini daha da zənginləşdirəcək.
Mədəniyyət naziri Əbülfəs
Qarayev sentyabrın
12-də Muzey Mərkəzində
teatr-konsert müəssisələrində
yeni mövsümün
açılışına həsr olunmuş brifinqdə bu məsələyə toxunaraq
deyib ki, media nümayəndələri
görkəmli mədəniyyət
və incəsənət
xadimləri, böyük şəxsiyyətlər
haqqında yazarkən
ehtiyatlı olmalıdırlar.
Bununla bağlı
media nümayəndələrinə
də çağırış
edən nazir bildirib ki, bunu
əsasən sensasiya xatirinə edirlər: “Bəzən mediada sensasiya xatirinə bir material, kiminsə
haqqında mənfi fikrin səsləndirilməsi,
əslində, bizim bədxahlarımıza mövzu
vermiş olur. Sənət adamlarının
hər biri xalqımızın mənəviyyatı
üçün çalışırlar,
yaradıcılıq üslubları,
əsərləri fərqli
olsa da. Misal olaraq, bütün
rəssamlar eyni cür rəsmlər çəkməlidir? Ancaq
kimsə pisdir deməklə nə əldə olunur? Hər musiqiçi eyni tərzdəmi ifa edir? Hər
kəsin zövqü fərqlidir. Tənqid də peşəkarlığa
əsaslanmalıdır. Daxili
etik senzuranı da dinləmək lazımdır. Kiminsə dediyini olduğu kimi yazmaqla iş
bitdi demək olmaz. Unutmayaq ki, bizi istəməyən
qüvvələr bizi
öz silahımızla
vurmağa çalışırlar”
- deyə nazir qeyd edib.
Baba Vəziroğlu:
“...media öz əsərləri, ifaları,
obrazları ilə Azərbaycan mədəniyyətində,
xalqımızın yaddaşında
iz salan mədəniyyət, incəsənət
xadimlərinin xatirəsinə
həssaslıqla və
ehtiramla yanaşmalıdır”
Əməkdar incəsənət xadimi, görkəmli şair Baba Vəziroğlu “Bakı-Xəbər”ə
bildirdi ki, Azərbaycan mediasında bəzi hallarda tarixi şəxsiyyətlərlə,
görkəmli elm, mədəniyyət, incəsənət,
ədəbiyyat xadimləri
ilə bağlı yazılar hazırlanarkən
onların şəxsi
keyfiyyətləri
qabardılır, çox
zaman onların xarakterindəki mənfi çalarlar önə çıxarılır. “Çox
təəssüflər olsun
ki, bəzən media mənsubları Azərbaycanın böyük
şəxsiyyətləri haqqında
yazarkən diqqətli
olmurlar. Bəzən görürsən ki, elə insan haqqında onun cəmiyyətə məlum
olmayan elə xarakterini qeyd edirlər, adam məəttəl qalır.
Bu kimə lazımdır? Bu mənada, mədəniyyət
naziri Əbülfəs
Qarayevin tövsiyəsini
dəstəkləyirəm. Nazirin çağırışı haqlı tövsiyədir və media öz
əsərləri, ifaları,
obrazları ilə Azərbaycan mədəniyyətində,
xalqımızın yaddaşında
iz salan mədəniyyət, incəsənət
xadimlərinin xatirəsinə
həssaslıqla və
ehtiramla yanaşmalıdır.
Bircə qüsursuz Allahdır. Hər bir insanın isə qüsuru, nöqsanı olur. Böyük şəxsiyyətlərin sənətlərinə
qiymət vermək lazımdır, onların şəxsi keyfiyyətlərinin
qabardılması düzgün
deyil. Ümumiyyətlə,
sənətkarı uzaqdan
müşahidə edəndə
onu qüsursuz görürsən, çünki
onun sənəti qüsursuz, nöqsansızdır.
Hesab edirəm ki, media, jurnalistlər
tarixi şəxsiyyətlər,
mədəniyyət və
incəsənət xadimləri
haqqında yazarkən
onların şəxsi
keyfiyyətlərinə toxunmamalıdırlar.
Media nümayəndələri yazarkən
çalışmalıdırlar ki, görkəmli mədəniyyət-incəsənət xadimlərinin şəxsiyyətinə
toxunacaq, ruhlarını
incidəcək hansısa
fikrə yer verməsinlər. Ümumiyyətlə,
media heç bir böyük şəxsiyyətin şəxsi
keyfiyyətlərini təftiş
etməməlidir. Elə
müqəddəs dəyərlər,
şəxsiyyətlər var
ki, onları təftiş etmək olmaz” - deyə müsahibimiz bildirdi.
Roza Cəlilova:
“Nazirin mediaya çağırışını dəstəkləyirəm”
Xalq artisti, görkəmli
rəqs ustası Roza Cəlilova da hesab edir
ki, Azərbaycan mədəniyyətini, musiqisini,
rəqsini, ədəbiyyatını
yaradan dahi şəxsiyyətlər haqqında
yazılarda onların
sənətləri, sənətdə
qoyduqları izlər qabardılmaldır. “Əbülfəs
müəllim həmişə
mədəniyyət
xadimlərinin, incəsənət
ustalarının qədir-qiymətini
bilib, onlara böyük dəyər verib. Nazir yalnız həyatda
olan korifeylərin, mədəniyyət və
incəsənət xadimlərinin
qeydinə qalmır, həm də dünyasını dəyişmiş
şəxsiyyətlərin xatirəsini əziz tutur. Çox zaman mətbuatda bəzi həmkarlarımız
haqqında xoşagəlməz
fikirlər yer alır, onların şəxsi keyfiyyətləri müzakirə
edilir. Mən bunu qəbul etmirəm. Böyük sənətkarlar özlərindən
sonra tükənməz
xəzinə qoyub gediblər. Nazirin mediaya çağırışını
dəstəkləyirəm və
hesab edirəm ki, o bu çağırışı
zamanında edib” - deyə R.Cəlilova vurğuladı.
İradə SARIYEVA
Bakı xəbər.-
2019.- 14-16 sentyabr.- S.12