İlin ən yaxşı əsərinə iddiaçı rəssamlarımızın işlərindən ibarət sərgi...

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunun foyesi yenə ali bir qələbəliyə şahidlik edirdi. Azərbaycan rəssamlıq sənətinin, necə deyərlər, bütün qaymaqları, ölkəmizin qabaqcıl ziyalıları, gənclər təbii ki, sənətsevərlər burada bir araya gəliblər. Məqsəd ittifaq üzvlərinin peşəkarlıq səviyyəsinə yüksəlmiş üzvlərinin yaradıcılıq hesabatı ilə yaxından tanış olmaq idi.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov qeyd etdi ki, artıq üç ildir ötən ilin yekunu olaraq təşkil edilən bu sərgini təkcə ilin yaradıcılıq hesabatı kimi yox, həm bir sənət yarışması kimi təşkil edirik. Bu artıq bir ənənə şəklini alıb. Ümid edirəm ki, bu ənənə uzun illər bundan sonra da davam edəcək. Çox xoşdur ki, bu forma rəssamlarımızın ürəyincə olub. Düşünürəm ki, bu sənət sənətkarlıq yarışması peşəkar-müqtədir sənətkarlarımız arasında xoşməramlı bir rəqabət yaradaraq təcrübə mübadiləsi rolunu da oynayacaq. Eyni zamanda isə, ən başlıcası olaraq, sənətə ilk qədəmlərini atan gənclərimiz üçün bir nümunə olacaq.

 

Sonra F.Xəlilov sərginin ən mühüm sahəsinə - qalib işlərin seçilməsi prosesinə diqqət çəkdi. O bildirdi ki, builki sərginin qalib işlərini müəyyən etmək münsiflər heyəti üçün çox çətin bir prosesə çevrildi. Heyət bütün qüvvəsini ortaya qoydu ki, seçim tam obyektiv olsun. Axı bütün rəssamlar bizim üçün eyni çox əzizdir. Onların zərif, incə qəlblərinə toxuna biləcək ən adi məsələlərə belə dəqiq həssaslıqla yanaşmaq gərəkirdi. Deyərdim ki, münsiflər heyəti, sözün həqiqi mənasında, çox əziyyət çəkdi. Lakin bu əziyyətin müqabilində bizi hədsiz sevindirən iki məqam var idi. Birincisi, Azərbaycan rəssamlığının sənət sənətkarlığı son dövrlərdə hədsiz inkişaf edib. Sənət əsərlərini bir-birindən fərqləndirmək olduqca çətin idi. Digəri isə münsiflər heyətindən böyük məharət tələb edirdi ki, düşünürəm, onlar obyektiv olaraq bu ləyaqətli işin öhdəsindən gələ bildilər. Bax, bizi sevindirən məhz bu məqamlar idi.

 

Yüzdən artıq rəssamın - elə o qədər işinin obyektiv, şəffaf dəyərləndirilib qiymətləndirilməsi, təbii ki, asan məsələ deyildi.

 

Sərgidə Azərbaycan Rəssamlar İttifaqının beş bölməsi - rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət sənətşünaslıq bölmələri üzrə yüz dörd sənətkarın elə o qədər əsəri iştirak edirdi. Hər bölmə üzrə isə ancaq bir sənətkarın işi seçilmişdi ki, Fərhad müəllim , öz növbəsində, həmin işlərin müəlliflərinə Azərbaycan Rəssamlar İttifaqının diplomu pul mükafatını təqdim etdi. Sənətkarlarımızdan Əlisəfa Əsgərov (rəngkarlıq), Rövşən Məmmədov (qrafika), Xanlar Əhmədov (heykəltəraşlıq), Mehdi Nağıyev (dekorativ-tətbiqi sənət) Ziyadxan Əliyev (sənətşünaslıq) bu şərəfə layiq görüldü.

 

Sonda Fərhad müəllim qalibləri mükafat almaları bütün rəssam-sənətkarları ilin

 

uğurları ilə bir daha təbrik edib, sərginin rəmzi qırmızı lentini kəsərək tamaşaçıları

 

sərgiyə baxmağa dəvət etdi.

 

Sərgi öz gözəlliyi, möhtəşəmliyi rəngarəngliyi ilə göz qamaşdırırdı. Sərginin

 

digər bir diqqətçəkən məqamı o idi ki, Azərbaycanın çox görkəmli orta yaşlı

 

nəsil rəssamlarından olan Xalq rəssamı Fuad Salayev, Xalq rəssamı Tofiq Ağababayev, Əməkdar rəssam Rafael Abbasov bu səviyyələrdə olan digər görkəmli sənətkarlarla yanaşı, ittifaqın üzvü peşəkarlıq səviyyəsinə qədəm

 

qoyan gənc rəssamlar Fərəc Rəhmanov (heykəltəraş), Bəhruz Kəngərli (rəngkarlıq), Tahir Quliyev (tətbiqi-sənət), Bütünay Haqverdiyev (rəngkar), Rahib Qarayev Zamiq Rzayev (heykəltəraşlıq) kimi gənc sənətkarlar da iştirak edirdi.

 

Tərəddüdsüz deyərdim ki, Azərbaycan Rəssamlar İttifaqının bu cür - gələcəyə

ümidlə baxış-manerası milli-mənəvi, mədəni dəyərlərimizin yaşadılıb, inkişaf

etdirilib gələcəyə ötürülmə siyasətində ən uğurlu zirvədir. Digər bir tərəfdən düşünürəm ki, bu sərginin təşkilati hazırlığı 2018-ci ilin dekabr ayından başlasa da, sərginin 2019-cu ilin ilk günündə - yanvar ayının 3-də açılmasının özündə bir rəmzi məna vardı ki, bu da sənətkarlarımızın ilin bütün fəsillərində qazanacaqları uğurlara işarədir.

Yaxşı başlanğıcdır, əziz dostlar, iliniz xeyirli, uğurlu olsun!

Binnət HÜMBƏTOĞLU

ARİ-nin üzvü

Bakı xəbər.- 2019.- 9 yanvar.- S.13.