ISESCO-nun 2019-cu il barədə qərarında Azərbaycanın islam həmrəyliyi siyasətinin təsir izləri...

“ISESCO tərəfindən 2019-cu ilinİslam mədəni irsi ilielan edilməsində Azərbaycanın İslam mədəniyyətinin təbliğinə verdiyi töhfələrin xüsusi rolu var”İlhamə Qəsəbova: “Zəngin tarixi-mədəni irsi özünün artan nüfuzu ilə ölkəmiz müasir dövrdə İslam dünyasının layiqli bir üzvü kimi diqqət mərkəzindədir”İslam mədəniyyətinin dünya mədəniyyəti tarixində özünəməxsus yeri var. Uzun əsrlik tarixə malik olan İslam mədəniyyəti Azərbaycanda da bərqərar olub. İslam dininə tapınan xalqların həyatında, mədəniyyət tarixinin formalaşmasında əhəmiyyətli rol oynayan İslam mədəniyyəti özünü həm maddi qeyri-maddi irs nümunələrində, həm daşüstü abidələrdə, həm əlyazmalarda, həm tətbiqi sənət nümunələrində, həm digər dəyərlərdə ifadə edə bilib.İslam Təhsil, Elm Mədəniyyət Təşkilatı (ISESCO) İslam ölkələri mədəniyyət nazirləri konfransının qərarına uyğun olaraq, 2019-cu iliİslam mədəni irsi ilielan edibQeyd edək ki, ISESCO öz bəyanatında üzv dövlətləri bu əlamətdar hadisənin bayram edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırıb. Təşkilat, həmçinin, maddi qeyri-maddi mədəni irsin xalqların tarixi yaddaşının adət-ənənələrinin qorunub saxlanmasında əhəmiyyətini önə çəkib.Sənəddə bildirilir ki, İslam dünyası müsəlman ölkələrinin onların dünyanın digər mədəniyyətləri ilə qarşılıqlı fəaliyyətinin, həmçinin, yaradıcı ziyalıların - alimlərin, şairlərin, yazıçıların, rəssamların, memar ənənəvi sənət ustalarının məhsuldar əməyinin bəhrəsi olan zəngin rəngarəng mədəni irsə malikdir.“İslam mədəni irsi iliçərçivəsində müsəlman ölkələrində mədəniyyətin inkişafında töhfə olan tarixi-memarlıq abidələrinin, rəssamlıq şedevrlərinin, əlyazmalarının, sikkələrin, islam rəmzləri müasir detalların təbliğinə xüsusi diqqət yetiriləcək. ISESCO, həmçinin, bir çox maddi qeyri-maddi irs nümunələrinin İslam Dünyası Mədəni İrsi Siyahısına daxil edilməsini təklif edir.Bildiyimiz kimi, Azərbaycanda hər zaman islami dəyərlər qorunub İslam mədəniyyəti örnəklərinin təbliğatı istiqamətində işlər həyata keçirilib.2019-cu ilinİslam mədəni irsi ilielan edilməsində Azərbaycanın dünyada islam həmrəyliyi İslam mədəniyyətinin inkişafına verdiyi töhfələr kimi rol oynayır?Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, folklorşünas-alim İlhamə QəsəbovaBakı-Xəbər”ə bildirdi ki, Azərbaycan İslam dininə, İslam mədəniyyətinə mənsub olan bir ölkə kimi İslam mədəniyyətinin təbliğində, bu mədəniyyətə mənsub tarixi irsin qorunmasında əhəmiyyətli rol oynayıb. İ.Qəsəbovanın sözlərinə görə, islam Azərbaycanda VII əsrin ikinci yarısından etibarən dərin kök salıb insanların davranışına, düşüncəsinə, mənəviyyat mədəniyyətinə xüsusi təsir göstərib. “Azərbaycan xalqı dövləti hər zaman islami dəyərlərə sahib çıxıb bu dəyərlərin yaşadılmasında, təbliğ edilməsində önəmli rol oynayıb. Yüzilliklər uzunu xalqımız öz mənəvi dəyərlərinə sadiq qalıb, bu gün qalmaqdadır. Ölkəmizdə İslam dövrü abidələrinə dövlət səviyyəsində xüsusi diqqət qayğı göstərilir. Ümimiyyətlə, din dövlətdən ayrı olsa da, islamın inkişafına dövlət böyük dəstək göstərir. Məlumdur ki, Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Heydər məscidi, Şamaxı Cümə məscidi, Gəncəİmamzadəkompleksi onlarla digər dini abidə məscid dövlət tərəfindən əsaslı şəkildə təmir bərpa edilərək dindarların istifadəsinə verilib. Adlarını çəkdiyim abidələr ancaq Azərbaycan üçün deyil, bütün islam aləmi üçün böyük önəm daşıyır. Ölkə ərazisində Əshabi-Kəhf ziyarətgahı, Qafqazın ən qədim məscidi - 743-cü ildə əsası qoyulmuş Şamaxı Cümə məscidi, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncəİmamzadəkompleksi digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər.

 

Müstəqillik dövründə islam aləmi ilə münasibətlərin qurulması inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Onu da vurğulayım ki, Azərbaycanda İslam mədəniyyətinin təbliği ilə bağlı həyata keçirilən tədbirlərin xüsusi əhəmiyyəti var. 2009-cu ildə Bakıİslam mədəniyyətinin paytaxtı-2009” missiyasını uğurla həyata keçirdi. Azərbaycanın paytaxtının öz qədimliyi müasirliyi ilə bütün bu qayda prinsiplərə cavab verdiyi məlumdur bu səbəbdən o, İslam mədəniyyətinin paytaxtı elan edilmişdi. Azərbaycan dövlətinin İslam dünyasına verdiyi töhfələr əvəzsizdir. Məlumdur ki, Azərbaycanın ilk diplomatik missiyaları müsəlman ölkələrində fəaliyyətə başlayıb   dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı  ISESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilib. Heç şübhəsiz ki, Azərbaycanla ISESCO arasında geniş əməkdaşlıq əlaqələrinin formalaşmasında ISESCO-nun ölkəmizdəki xoşməramlı səfiri, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın çox böyük rolu olub”.İ.Qəsəbova vurğuladı ki, vahid İslam mədəniyyətinin bir parçası kimi Azərbaycan xalqı həmişə öz üstün mənəvi dəyərləri ilə seçilib. Onun sözlərinə görə, azərbaycanlı elm din xadimləri, mütəfəkkir, şair, yazıçı, aşıq memarlar öz əsərləri ilə bəşəriyyətin mədəni irsinə zəngin sərvətlər qazandırıblar, islamın ali dəyərlərinin təbliği üçün böyük töhfələr veriblər. Zəngin tarixi-mədəni irsi özünün artan nüfuzu ilə ölkəmiz müasir dövrdə İslam dünyasının layiqli bir üzvü kimi diqqət mərkəzindədir. 2018-ci ildə Naxçıvanın İslam mədəniyyətinin paytaxtı missiyasını yerinə yetirməsi həqiqətən İslam mədəniyyətinin beynəlxalq aləmdə təbliğ olunmasına böyük töhfə oldu. Tarixən Yaxın Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çox­əsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb. Naxçıvan, eyni zamanda, təkcə ölkəmizin deyil, bütün Şərq dünyasının, islam aləminin dövlətçilik fəlsəfi düşüncə mərkəzi kimi çox qədimlərdən tanınıb. Sözsüz ki, 2018-ci ildə bütün İslam dünyasının diqqəti Naxçıvanda oldu Azərbaycandan bütün dünyaya islamın barış, sülh, haqq-ədalət dini olması ilə bağlı mesajlar verildi. Heç şübhəsiz ki, ISESCO tərəfindən 2019-cu ilinİslam mədəni irsi ilielan edilməsində Azərbaycanın İslam mədəniyyətinin təbliğinə verdiyi töhfələrin xüsusi rolu var” - deyə alim qeyd etdi.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2019.- 9 yanvar.- S.12