Bişkekdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.Tədbirdə Qırğızıstan parlamentinin - Joqorku Keneşin Azərbaycanla dostluq qrupunun rəhbəri Tazabek İkramov, hökumət təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri nümayəndələri, ictimai-siyasi xadimlər, rektorlar, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.Əvvəl qonaqlar səfirliyin foyesində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini, 20 Yanvar faciəsini əks etdirən fotosərgi kitablarla tanış olublar, iştirakçılara məlumatlar toplusu təqdim edilib. Sonra CBC televiziya kanalının rus dilində çəkdiyiQara Yanvarsənədli filmi göstərilib.

Tədbirdə 20 Yanvar şəhidlərinin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Bişkekdəki Azərbaycan məscidinin axundu Qurandan ayələr oxuyub.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Qanlı Yanvar faciəsinin təkcə xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilən vandallıq nümunəsi olduğunu tutarlı dəlillərlə mərasim iştirakçılarının diqqətinə çatdırıb. Səfir bildirib ki, həmin gecə sovet ordu hissələrinin, daxili qoşunların xüsusi təyinatlı dəstələrin iri kontingenti Bakıya yeridilərək, xüsusi qəddarlıq görünməmiş vəhşiliklər törədib. Nəticədə 134 insan qətlə yetirilib, 744 adam yaralanıb, 841 nəfər əsassız olaraq həbs edilib.

Səfir ulu öndər Heydər Əliyevin 20 Yanvar faciəsindən bir gün sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək qətliamı törədənlərin cinayət məsuliyyətinə cəlb olunmalarını tələb etdiyini vurğulayıb.Hidayət Orucov 20 Yanvar gününün Azərbaycan xalqının tarixində qanlı qırğın, eyni zamanda, qəhrəmanlıq salnaməsi kimi iz buraxdığını söyləyib, öz ölkəsinin azadlığı müstəqilliyi uğrunda canlarından keçən Vətən övladlarının hər cür hörmət ehtirama layiq olduqlarını bildirib.

Diplomat deyib ki, həmin gün Azərbaycan xalqı hərbi, siyasi mənəvi təzyiqlərə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu sübut edib.

BişkekdəkiAzəriİctimai Birliyinin sədri, Qırğızıstanın Əməkdar hüquqşünası Əzizağa Əliyev, Böyük Vətən müharibəsi veteranı, Qırğızıstanın Əməkdar inşaatçısı Əsəd Həsənov, bu ölkənin Kant Şəhər Məclisinin deputatı Rəhim Rəhimov, Əməkdar həkim, Qırğız-Rus Slavyan Universitetinin kafedra müdiri professor Zakir Qəmərli, Bişkekdəki 44 nömrəli orta məktəbin direktoru Flora Xəlilova başqaları Azərbaycanın keçmiş SSRİ- müstəqillik uğrunda mücadilə aparan ilk dövlətlərdən biri olduğunu bildiriblər. Onlar sovet ordusunun Bakıda ölkəmizin digər ərazilərindəki vəhşiliklərindən danışıb, bu qanlı faciənin bilavasitə Mixail Qorbaçov tərəfindən törədildiyini diqqətə çatdırıblar.

 

Bakı xəbər.- 2019.- 18 yanvar.- S.11