NəsimininDivan”ının Ankaranın Milli Kitabxanasında saxlanan iki əlyazma nüsxəsinin surəti əldə edilib

Nəsiminin üzə çıxarılan əlyazma nüsxələri onun ədəbi irsinin tam olaraq çap olunmasına, bu külliyyatın dilçilər, ədəbiyyatşünaslar tərəfindən yenidən tədqiqata cəlb edilməsinə ciddi ehtiyac olduğunu təsdiqləyir

Qiymət Məhərrəmli: “Nəsimişünaslıq sahəsində böyük uğurdur

 Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilinNəsimi ilielan edilməsi Nəsimişünaslıq sahəsində yeni tədqiqatların meydana çıxmasına şərait yaradır. İndiyə qədər Nəsimişünaslar dəfələrlə qeyd edirdilər ki, dahi şairin əlimizdə olanDivan”ı tam olaraq onun yaradıcılığını əks etdirmir.Onlar hesab edirdilər ki, xarici ölkə muzeylərində, kitabxanalarında Nəsimi yaradıcılığından örnəklər qorunub saxlanır. Əlbəttə, Azərbaycan alimlərinin bir sıra ölkələrin muzey kitabxanalarında işləməyə, tədqiqat aparmağa elə maraq göstərməməsi nəticəsində Nəsimi daxil olmaqla əksər klassikimizin əsərlərinin xeyli hissəsi üzə çıxarılmayıb. “Nəsimi iliçərçivəsində həyata keçirilən tədbirlər imkan verir ki, alimlərimiz xarici ölkələrin muzey kitabxanalarında araşdırmalar aparıb burada Nəsimi irsinə aid olan əsərləri tapıb üzə çıxarsınlar. Artıq bu sahədə yeni məlumatlar üzə çıxarılıb. Belə ki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov böyük Azərbaycan şairi İmadəddin NəsimininDivan”ının - lirik şeirlər toplusunun Ankaranın Milli Kitabxanasında saxlanan iki əlyazma nüsxəsinin surətini əldə edib. Bu nüsxələrdə şairin "Hüseynitəxəllüsü ilə yazdığı şeirləri aşkar edilib. 105 vərəqdən ibarət birinci əlyazmanın başlığıDivani-Həzrət Seyyid-Nəsimikimi getsə , buradakı şeirlərin çoxuHüseynitəxəllüsü ilə yazılıb. 124 vərəqdən ibarət ikinci əlyazmada şairin həmNəsimi”, həm Hüseynitəxəllüsü ilə yazdığı şeirləri var.

Xatırladaq ki, bundan əvvəl P.Kərimov Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilliDivan”ının iki nüsxəsinin surətini əldə etmişdi. 83 vərəqdən ibarət birinciDivanaydın nəsx xətti ilə köçürülüb. 308 vərəqdən ibarət olan ikinciDivanda səliqəli gözəl xətlə yazılıb. Qeyd edilənə görə, buDivanNəsiminin əlyazma divanları içərisində ən irihəcmlilərdəndir. “Divan”ın əvvəlindəDivani-həzrəti-Seyyid Nəsimi qəddəsə sirülhül-əziz” (“Həzrət Seyid Nəsiminin (qəbri pak olsun) Divanı”) sözləri yazılıb. Buraya 711 qəzəl, 6 tərcibənd, 3 məsnəvi, 9 müstəzad, 5 müxəmməs, 603 rübai, 3 qitə daxildir. Diqqəti cəlb edən cəhət odur ki, bu nüsxədə Nəsiminin əlyazma mətbu divanlarında rast gəlmədiyimiz bir sıra şeirlər var. Mənbələrdə şairin heç bir müxəmməsinə rast gəlmədiyimiz halda, burada onun 5 müxəmməsi verilib. O da bildirilir ki, bu şeirlər hürufiliyi yaymaq məqsədilə Nəsiminin nüfuzundan istifadə edən, onun adından əsərlər yazan hürufilərə məxsus ola bilərFilologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Qiymət MəhərrəmliBakı-Xəbər”ə bildirdi ki, Nəsiminin yeni əlyazma nüsxələrinin aşkar edilərək onların surətinin ölkəmizə gətirilməsi Nəsimişünaslığa böyük töhfədir. O hesab ki, bu əlyazmalar tədqiqata cəlb edilməli onun elmi izahı hazırlanmalıdır. Ekspertin sözlərinə görə, Nəsimi poeziyasının zənginliyi, elmi fəlsəfi tutumu, dil gözəlliyi, rəvanlığı tədqiqatçıların bu sahədə daha geniş işlər görməsi üçün şərait yaradır. “NəsimininDivanı”nın Azərbaycan elmi üçün iki yeni nüsxəsinin surətinin əldə edilməsi Nəsimişünaslıq sahəsində böyük uğurdur. Nəsiminin öz qəzəllərini müxtəlif təxəllüslərlə yazdığı məlumdur. Onların içindəHüseynitəxəllüsü var. Düzdür, bu təxəllüsü elə geniş şəkildə araşdırılmayıb. Yəni o öz qəzəlləriniHüseyni”, “Seyid Hüseyni”, “Seyidtəxəllüsləri ilə yazıb. Bu da bizə yeni iz açır ki, Nəsiminin yaradıcılıq örnəklərini digər ölkələrin kitabxana muzeylərində axtarmalıyıq. Nəsiminin üzə çıxarılan əlyazma nüsxələri onun ədəbi irsinin tam olaraq çap olunmasına, bu külliyyatın dilçilər, ədəbiyyatşünaslar tərəfindən yenidən tədqiqata cəlb edilməsinə ciddi ehtiyac olduğunu təsdiqləyir. Nəsimi irsi böyük tərbiyə əxlaq məktəbidir. Bu məktəb geniş şəkildə tədqiq təbliğ olunarsa, biz Nəsimini bir daha kəşf etmiş olarıq” - deyə Q.Məhərrəmli bildirdi.Q.Məhərrəmli qeyd etdi ki, NəsimininDivan”ı Azərbaycanda 1972-ci ildə Həmid Məhəmmədzadə tərəfindən çap olunub. O vurğuladı ki, bundan sonra da Nəsimi irsinin bizə məlum olmayan nüsxələrinin üzə çıxacağı istisna edilmir. Alimin sözlərinə görə, AMEA-nın aidiyyəti institutlarıNəsimi iliçərçivəsində xarici ölkələrin muzey kitabxanalarına tədqiqatçı qrupları göndərsə, bu, müsbət hal olardı. Alimin fikrincə, bu qrup Nəsiminin dünya muzey kitabxanalarında saxlanan əlyazmalarını üzə çıxara bilər.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2019.- 25 yanvar.- S.12