Gənclərimizin hərtərəfli inkişafı yönündə dövlət siyasətinin nəticəsi Vətən müharibəsində göründü...

 

Gənc nəslin fiziki və mənəvi tərbiyəsinin ən yüksək şəkildə formalaşdırılması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Ölkəmizdə gənclərin mənəvi inkişafı üçün kifayət qədər işlər görülür və görülməkdə də davam edir. Əxlaqi-mənəvi keyfiyyətlərin yüksəldilməsi, milli-mənlik şüurunun formalaşdırılması işində dövlətin ayrıca proqramlarının olduğu məlumdur.

 

Prezident İlham Əliyev zaman-zaman öz çıxışlarında, görüşlərində Azərbaycan gəncliyinin mənəvi və fiziki sağlamlığını önə çəkib və gənclərin tərbiyə edilməsinin, vətənpərvərlik ruhunda yetişdirilməsinin vacib olduğunu vurğulayıb. Ölkə başçısı hər zaman 44 günlük Vətən müharibəsində böyük şücaət, qəhrəmanlıq göstərən Azərbaycan gəncləri haqqında böyük qürür hissi ilə danışır, onların həyat yolunu müasir gənclərə örnək olaraq göstərir.

 

“...Gənclərimizin tərbiyə edilməsi prosesi diqqət mərkəzində olmalıdır”

İdman sahəsində tərbiyə məsələlərinə də çox ciddi diqqət yetirmək lazımdır. Bütövlükdə gənclərimizin tərbiyə edilməsi prosesi diqqət mərkəzində olmalıdır. Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır və buna nail olmaq üçün tərbiyə işləri aparılmalıdır. Gənclər savadlı, bilikli olmalıdırlar, eyni zamanda, milli mədəniyyətimizə yaxın olmalıdırlar. Bizim milli dəyərlərimizi dərk etməlidirlər, onları yaşatmalıdırlar və bu istiqamətdə çox ciddi aparılmalıdır. Çünki indiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Yəni, gəncləri aldatmaq, yoldan çıxarmaq üçün səylər göstərilir. Biz bunu görürük və əlbəttə, bunun qarşısı alınmalıdır. Burada vətənpərvərlik hissləri ön planda olmalıdır. Əlbəttə ki, İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyəsi işində əsas rol oynamalıdır. 44 günlük Vətən müharibəsinin hər günü bizim üçün əzizdir, doğmadır. Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar. Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var. Uzun illər Azərbaycan işğala məruz qalmış ölkə, biz azərbaycanlılar isə düşmən tərəfindən öz doğma torpağından didərgin salınmış xalq kimi yaşamışıq, əzab-əziyyət içində yaşamışıq, fiziki və mənəvi əzablar içində yaşamışıq. Biz buna son qoyduq. Bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi, qürurlu insanlar kimi əbədi yaşayacağıq. Bu şanlı tarixi yaşatmaq üçün, qorumaq üçün və gəncləri bunun əsasında tərbiyə etmək üçün sizin nazirliyinizin üzərinə böyük vəzifələr düşür”.

 

Bunu Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.

 

“Gənc nəslin mənəvi-əxlaqi tərbiyəsində heç bir boşluğa yol vermək olmaz

Azərbaycan gəncliyi nəyə qadir olduğunu 44 günlük Vətən müharibəsində bir daha sübut etdi.

 

Müasir İnkişafBirliyinin rəhbəri Mübariz Göyüşlü Azərbaycan dövləti gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyat üçün əhəmiyyətli məsələ kimi baxıb. 

 

“Azərbaycan dövləti bütün səviyyələrdə gənclərin  milli-mənəvi, vətənpərvərlik tərbiyəsinin inkişafına xüsusi əhəmiyyət verir. Dövlət qurumları, QHT, media qurumları öz profillərinə uyğun olaraq gənclərin vətənpərvərlik tərbiyəsinə töhfələr verməyə çalışır. Əlbəttə, bu təşkilatların önündə Gənclər və İdman Nazirliyi gedirbu məsələ ilə bağlı da bu qurumun üzərinə daha çox düşür. Ümimiyyətlə, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsində heç bir boşluğa yol vermək olmaz”.

 

“Gənclərin milli mənəvi tərbiyəsinə fiziki tərbiyə ilə paralel yanaşılmalıdır”

M.Göyüşlü vurğuladı ki, nazirlik öz üzərinə düşən vəzifəni müəyyən qədər yerinə yetirə bilib, amma boşluqlar var. “Təəssüflər olsun ki, Gənclər və İdman Nazirliyinin keçmiş rəhbərliklərinin dönəmində bir sıra nöqsanlar müşahidə edirdik. Gənclər arasında milli vətənpərvərlik təbliğatının güclü olmadığını görürdük. O zaman biz torpaqlartı işğalda olan dövlət idik. Həmin dövrdə gənclər arasında vətənpərvərlik tərbiyəsinin formalaşdırılmasına daha həssas, daha vacib bir sahə kimi baxılmalı idi. Buna ehtiyac vardı, lakin biz bu təbliğatı tam şəkildə görə bilmirdikl, bu sahədə yarımçıqlıqlar vardı. Amma ümid edirəm ki, yeni nazir bu isiqamətdəki boşluqları aradan qaldırmaq üçün işlərə başlayacaq və işlərini dəqiqliklə quracaq. Bu elə bir sahədir ki, bu sahədə hər zaman işləmək, təbliğat aparmaq lazımdır. Bu gün Azərbaycan gəncliyi müzəffər, qalib bir gənclikdir, bu ruhu saxlamaq üçün daimi işləmək, fəaliyyət göstərmək lazımdır. Torpaqlarımız işğaldan azad edilib, bizim gənclər indən sonra daha güclü vətənpərvər olmalı, milli-mənəvi dəyərlərə bağlı olmalı, tarixi keçmişini unutmamamlıdır. Gənclərin milli-mənəvi tərbiyəsinə fiziki tərbiyə ilə paralel yanaşılmalıdır. Gənclərimiz həm fiziki, həm ruhi-mənəvi-psixoloji cəhətdən güclü olmalıdır. Gənclər və İdman Nazirliyi ilə yanaşı bu prosesdə Təhsil Nazirliyixüsusi aktovlik göstərməlidir. Orta məktəb dərsliklərində, xüsusən də ədəbiyyat, tarix kimi fənnlərini tədris edən müəllimlərin bu işdə rolu böyükdür. Onlar fəaliyyətlərini daha da gücləndirməlidir. Bu məsələdə Təshil Nazirliyi, aliorta məktəblərimiz öz töhfəsini verməlidir. Gənclərimizin vətənpərvər, yurd, vətənsevər olması çox vacib məsələlərdən biridir. Azərbaycan gəncliyi 44 günlük Vətən savaşında misilsiz qəhrəmanlıqlar göstərən vətən övladlarının yolu ilə getməli, vətəni, dövləti, dövlətçiliyi hər şeydən uca tutmalıdır”-deyə M.Göyüşlü qeyd etdi.

 

İradə SARIYEVA

 

Bakı Xəbər  2020.- 14 dekabr.- S.11.