“Azərbaycan Ermənistanın
çox güvəndiyi Su-30 qırıcılarını
sərçə kimi qıracaq” – keçmiş erməni nazir
xəbərdarlıq etdi
Hərb müstəvisində Azərbaycanın düşmən Ermənistanla müqayisədə gedərək artan üstünlüyü qarşı tərəfdə daha böyük ajiotaja səbəb olmaqdadır. Elə bu fonda ötən ilin sonunda Rusiya Su-30SM çoxfunksiyalı qırıcılarını Ermənistan ordusuna təqdim etsə də, bu hal düşmən ölkədə heç də böyük sevinclə qarşılanmır.
Ermənistanın keçmiş
baş naziri Qrant Baqratyan bildirir ki, Rusiyadan
alınan Su-30SM təyyarələri ilə Azərbaycan üzərində
qələbə qazanmaq mümkün
deyil: “Biz perspektiv müharibədə hücum
edə və məhv edə bilərikmi? Azərbaycan ordusunun gücü bizim imkanlarımızı minimum
2-3 dəfə üstələyir. Biz 450 tank, 2000 PDM və ZTR, 700 artilleriya
sistemi, eləcə də 120 təyyarə
və 150 helikopteri olan
böyük güclə
hesablaşmalıyıq”. Baqratyan Azərbaycanın
güclü hava hücumundan müdafiə sistemləri olduğunu və onların Su-30SM-ləri sərçə
kimi vura biləcəyini
söyləyib.
Cənubi Qafqazın geosiyasəti üzrə
erməni mütəxəssis Anjela
Əlibəyova da eyni
mövqedən çıxış edir. Erməni ekspert vurğulayır ki, Ermənistan Rusiyadan
Su-30 qırıcıları əldə etdiyinə görə
sevinməyə bilər, belə ki, 2020-ci
ilin birinci
yarısında Azərbaycan Hərbi Hava
Qüvvələri də bu
qırıcıları əldə edərək öz arsenalını zənginləşdirəcək.
Onun sözlərinə əsasən,
etibarlı mənbələrin məlumatına görə,
Ermənistanın Su-30 çoxfunksiyalı təyyarələrini
əldə etməsindən sonra Azərbaycan
da Rusiya istehsalı olan bu
qırıcıları alacaq:“Böyük ehtimalla, Azərbaycan
tərəfi istədiyini əldə edəcək. Biz buna hazır olmalı və
Rusiyanın yeni nəsil
qırıcılarını Azərbaycana satmasına təəccüblənməməliyik.
Azərbaycan münaqişəni hərbi yolla
həll etməyə çalışır. Hazırda Azərbaycan,
aprel döyüşlərindən sonra olduğu kimi, diplomatik alibi təmin etmək məqsədilə Minsk Qrupu həmsədrləri
ilə fəal danışıqlar aparır. O zaman
Azərbaycan genişmiqyaslı hücum təşkil
etdi və heç bir beynəlxalq təşkilat rəsmi
Bakıya qarşı çıxış etmədi”.
“Alpari” informasiya-təhlil mərkəzinin
rəhbəri Aleksandr Razuvayev
İrəvanın diqqətli olmasının vacibliyini
bildirir. Ekspertin
sözlərinə görə, enerji gəlirləri
Bakıya dünya silah
bazarında özünü inamlı
alıcı kimi hiss
etməyə imkan verir:
“Son 10 il ərzində
Azərbaycan təqribən 5 milyard dollar məbləğində Rusiya
silahı əldə edib. S-300
PMU-2 zenit raket sistemlərinin
iki divizionunun, 100-ə
qədər T-90S tankının və 118 ədəd BMP-3 piyada döyüş maşınının,
18 özüyeriyən “Msta-S” artilleriya qurğusunun, 18 ədəd
“Smerç” yaylım atəşi reaktiv sistemlərinin işəsalma
qurğularının və digər hərbi texnikanın
alınması üçün müqavilələr
imzalanıb. Azərbaycan və Rusiya
prezidentləri İlham Əliyevlə Vladimir Putinin 3 oktyabr 2019-ci ildə Soçidə baş tutmuş görüşü zamanı hərbi-texniki əməkdaşlıq
məsələləri də qaldırılıb”. Şərhçinin
sözlərinə görə, indi yeni və daha vacib anlaşma mümkündür: “Bakı Su-57-ləri
alacaq ki, bu da Ermənistanın daha 8 qırıcını almaq
şərti ilə 4 ədəd Su-30 SM
qırıcısını əldə etməsinə
cavabdır. Ermənistan kasıb ölkədir, ancaq KTMT üzvüdür.
Maraqlıdır ki, Bakının əsas
müttəfiqi olan Türkiyə də
Su-57-lərə maraq göstərir”. Rusiya hərbi sənaye kompleksindəki mənbə
də bildirib ki, Azərbaycan
Rusiyanın Su-57 tipli ən modern beşinci nəsil
qırıcı təyyarələrini almağa
maraq göstərir. Bundan
başqa, Azərbaycanın hava hücumundan müdafiə
sisteminin də kifayət qədər böyük gücə malik
olduğu vurğulanır. Eşelonlaşdırılmış,
çoxfunksiyalı hava hücumundan
və raketdən müdafiə sisteminə, uzaqmənzilli aviasiya məhvetmə silahlarına, raket qoşunlarına malik
Azərbaycan ordusu düşməni
yalnız havada deyil, hətta
onların daimi dislokasiya
yerlərində də məhv etməyə qadirdir.
Ölkəmizin hava hücumundan
müdafiə sistemində həm sovet
istehsalı, həm də Qərb sistemi olan zenit-raket kompleksləri,
radar sistemləri yer
alır. Bu gün Azərbaycan
postsovet ölkələri arasında hava hücumundan müdafiə
sisteminə görə Rusiyadan sonra ən yüksək səviyyədədir.
Hərbi Hava Qüvvələrinin
silahlanmasına uzaqmənzilli S-300 PMU-2 "Favorit”,
"Buk-MB”, orta mənzilli
S-125 "Peçora TM-2”, "Osa-AKM”, "Spider”,
qısa mənzilli "Kruq”, "Strela” və digər komplekslər daxildir. Azərbaycan İsraildən bir divizion "Barak-8” kompleksi də əldə
edib. Ölkəmizdəki belə sistemlər
ballistik və aerodinamik
hədəfləri məhv etmək imkanına malikdir.
S-300 PMU2 uzaq mənzilli zenit-raket divizionları, paytaxt
Bakı və Xəzər dənizi akvatoriyasındakı strateji idarəetmə obyektləri ilə
yanaşı, Azərbaycanın əsas və ehtiyat
aviabazalarının, sursat
anbarlarının və hərbi dəniz bazalarının hava hücumundan və taktiki raket zərbələrindən
müdafiəsini təşkil edir.
Hadisələrin gedişi isə,
ümumiyyətlə, Azərbaycanın da
S-400-lərə malik ola
biləcəyini istisna etmir. Bu isə
ölkənin hava hücumundan
müdafiə qabiliyyətini daha da artıracaq. Aydındır ki,
belə vəziyyətdə Dağlıq Qarabağ
münaqişəsinin hərbi həlli Ermənistanın
qısa zaman kəsiyndə məğlubiyyəti
deməkdir.
Digər tərəfdən o
da faktdır ki, Rusiyadan Ermənistana verilən hərbi texnika çox vaxt ya istismardan
çıxarılmış olur, ya da günün
tələbləriən cavab vermir. Eyni şey Su-30SM
qırıcılarına da aiddir. Azərbaycan Hərbi Hava
Qüvvələrinin döyüş
imkanlarının hesablanması üzrə mütəxəssisi,
ehtiyatda olan polkovnik Oqtay Bədəlov
bu xüsusda “report”a maraqlı faktlar açıqlayıb:“Ermənistanın Rusiyadan əldə etdiyi
Su-30 nəslindən olan qırıcı
təyyarələrin müxtəlif modifikasiyalarının qəzaya
uğraması barədə bu günə
kimi iyirmidən artıq fakt
məlumdur”. Onun sözlərinə
görə, Su-30 qırıcılarının qəzaya
uğraması hallarının artmasından başqa
onların döyüş keyfiyyətlərinin
köhnəliyi və müasir standartlara cavab verməməsi
də diqqət çəkir:“Maraqlı bir
faktı açıqlayım. Məsələn, keçən
əsrin 90-cı illərindən Su-30MKİ
qırıcıları Hindistan HHQ-nin silahlanmasında əsas yerlərdən birini tutur. Hindistanda
Su-30MKİ qırıcılarının iştirakı ilə
baş verən aviasiya
qəzaları və insidentlərin 10 faizindən çoxu məhz bu tip təyyarələrin quş
sürüsü ilə toqquşması nəticəsində
baş verib. Müasir dünyada baş verən silahlı münaqişələrdə
istifadəsi çətin və təhlükələrə
qarşı perspektivsiz olan
Su-30-ların istismarı da çox baha başa gəlir. Belə ki,
qırıcının bir saat
uçuşuna sərf olunan
məbləğ təqribən 50 min
ABŞ dollarından artıqdır. Manevr
imkanlarının məhdud və istismarının bahalı
olması cari ilin mart ayından “Hindustan Aeronautics” şirkəti tərəfindən bu tip təyyarələrin
istehsalını dayandırması barədə qərar verməsinə
səbəb olub. Daha bir fakt isə Malayziya HHQ-nin də
silahlanmasında 28 ədəd Su-30-dan yalnız 4-nün döyüş qabiliyyətli olmasıdır.
Digərləri isə bərpa olunması məqsədilə uzun müddətdir təmir zavodlarında
saxlanır”. Ekspertin fikrincə, bu günə qədər baş
vermiş qəzalar bir
daha onu göstərir
ki, heç də Ermənistanın
ağızdolusu danışdığı Su-30
qırıcı təyyarələri şişirdiləcək
qədər döyüş imkanlarına
malik deyil:"Bu səbəbdən, Su-30 təyyarələri
ilə bağlı Ermənistan hərbi-siyasi rəhbərliyinin
səsləndirdiyi fikirlər erməni ictimaiyyətində mənəvi-psixoloji
baxımdan tamamilə çökmüş
ordunun nüfuzunun
artırılması istiqamətində atılan addım olaraq qiymətləndirilməlidir”.
Qeyd edək ki, yanvarın 27-də
Əlcəzairin şimal-şərqindəki Umm
əl-Buaqi vilayətində Rusiya
istehsalı olan Su-30SM qırıcı təyyarəsinin
naməlum səbəbdən qəzaya uğraması xəbəri
bu tip aviasiya
vasitələrinin təhlükəsizliyinin şübhə doğurduğu barədə mülahizələri
növbəti dəfə gündəmə gətirib.
Yayılan məlumata görə, qırıcıda olan hər iki pilot katapult edə bilməyərək
həlak olub. Bu fonda Ermənistan üçün
daha bir problem odur ki,
bu ölkəyə də müasir
tələblərdən uzaq təyyarələr
verilib. Eyni zamanda bu təyyarələri
Ermənistanda yenə təlbələrə uyğun
şəkildə idarə edən pilot da yoxdur. Amma
Azərbaycanda vəziyyət tamam fərqlidir.
Bu gün Azərbaycan ordusunun arsenalında olan silah-sursata və texnikaya dünyanın əksər dövlətlərinin orduları həsəd apara bilər. Hazırda Azərbaycan Silahlı Qüvvələri regionun qüdrətli hərbi gücüdür. Ən mühümü odur ki, ölkəmiz işğalçı Ermənistan qarşısında əzici üstünlüyə malikdir. Bunu ötən illərdə baş vermiş bir sıra hadisələr də təsdiqləyir. 2014-cü ilin avqust hadisələri, 2016-cı ilin aprel döyüşləri və Naxçıvanda Günnüt zəfəri Azərbaycan Silahlı Qüvvələrinin gücünün praktik təsdiqidir. Son iki döyüşdə ordumuz əlverişsiz mövqelərdən çıxaraq strateji mövqelərə sahib oldu. Bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edilsin və istənilən tədbir görülsün. Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Həmçinin beynəlxalq reytinq agentliklərinin hesabatlarında Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır. Bundan başqa, ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar yaradır. Təsadüfi deyil ki, indi Azərbaycanda istehsal olunan silah-sursat növləri öz göstəricilərinə görə fərqlənir və bir sıra orduların arsenalında yer alır. Məhz bu durumda Azərbaycan düşmənlə müqayisədə daha böyük üstünlüyə malikdir və belə vəziyyət Qarabağ münaqişəsinin həllinə də təsirsiz ötüşmür.
Tahir TAĞIYEV
Bakı xəbər.-2020.-4
fevral.-S.9.