Azərbaycan planetar miqyasda Ermənistana daha sərt zərbələr vurmağa başlayır...

 

Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətin təhlili burada bir sıra yeni mühüm məqamları üzə çıxarır. Söhbət, ilk növbədə, işğalçı Ermənistanın beynəlxalq müstəvidə də tamamilə təklənməsindən, onun təcavüz siyasətinə qarşı dünya miqyasında artan etirazlardan gedir.

Məlumdur ki, Ermənistanın sərhəd təxribatından sonra dünyanın müxtəlif ölkələrində soydaşlarımız İrəvanın bu hərəkətinə qarşı çoxsaylı etiraz aksiyaları təşkil etdilər və etməkdədirlər. Artıq Ermənistanın özündə belə etiraf edilir ki, bu aksiyalar dünya miqyasında İrəvan və erməni lobbisi üçün sarsıdıcı zərbələrdən birinə çevrilib. Hətta bundan irəli gəlir ki, ABŞ və Avropada təşkil edilən aksiyalara bir sıra hallara erməni diaspor təmsilçiləri açıq hücumlar təşkil edib fiziki qarşıdurmalara belə səbəb olurlar. Vəziyyətin bu həddə çatması ermənilərin həm də artıq isterik bir duruma düşməsinin göstəricisidir.

Məsələnin digər maraqlı tərəfi müxtəlif dövlətlər tərəfindən Ermənistanın bu bəd əməlinə qarşı sərgilənən mövqedir. O baxımdan ki, bu dəfə düşmən ölkə dünya miqyasında ciddi tənqid hədəfinə çevrildi, çoxsaylı xəbərdarlıqlar aldı. Xüsusən də qardaş Türkiyə tərəfindən edilən xəbərdarlıqlar Ermənistanda soyuq duş effekti yaratdı. Yeri gəlmişkən qeyd edək ki, Türkiyə Milli Təhlükəsizlik Şurasının son iclasında da prezident Rəcəb Tayyib Ərdoğan yenidən bu məsələyə toxunub. Burada Ərdoğan bir daha qeyd edib ki, Ermənistan qanunsuz fəaliyyətinə son qoymalı və işğal altındakı Azərbaycan torpaqlarını tərk etməlidir: "İllərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın sülhü pozan və beynəlxalq hüququ heçə endirən hərbi təcavüz cəhdlərini şiddətlə qınayırıq". Ərdoğan onu da diqqətə çatdırıb ki, dünyadakı siyasiiqtisadi vəziyyət yeni formada nizamlanır:“Bu çərçivədə Türkiyə bütün sahələrdə güclü hazırlıq həyata keçirmək üçün zəruri olan mexanizmlər yaratmalıdır”.

İndi Ermənistanda ciddi narahatlıq var ki, Ankara Yaxın Şərqdə, Afrikanın şimalında aktiv geosiyasi oyunçu olduğunu nümayiş etdirdikdən sonra artıq Qafqazda da əsas söz sahiblərindən biri olmağa hazırlaşır. Məsələ ilə bağlı Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan etiraf edir ki, Türkiyədən Azərbaycana ən üst səviyyədə edilən dəstək açıqlamaları Ermənistanı qorxudub. Fransanın “France 24” kanalına müsahibə verən erməni nazir geniş miqyasda savaş başlayacağı halda Türkiyənin prosesə müdaxilə edəcəyindən qorxduqlarını deyib. Jurnalistin, "Türkiyənin savaşa daxil ola biləcəyindən qorxursunuzmu" sualına Mnatsakanyan belə cavab verib:"Açığı, buna biganə yanaşa bilmərik. Təbii ki, bundan çox narahatıq". DaşnaksütyunBürosununHay Dat” və siyasi məsələlər ofisinin rəhbəri Kiro Manoyan da Türkiyənin Qafqazda fəallaşmasının İrəvan üçün müsbət heç nə vəd etmədiyini bildirir:“4 gün ərzində 2 dəfə Azərbaycan müdafiə nazirinin müavini və onların Naxçıvandakı qoşunlarının komandiri Türkiyəyə gedib, görüşlər keçirib. Burada Türkiyə Azərbaycanın yanında olduğunu bildirir, Ermənistana isə heç kim dəstək vermir. Sərhəddə Azərbaycanın və Türkiyənin fəaliyyətlərinin bu mərhələdə bitməsini düşünmək sadəlövhlük olardı. Ermənilər özlərini rahat hiss etməməlidirlər. Heç olmasa indi özümüzü çox rahat hiss etməməliyik, rəqib özübütün cəbhələrdə fəaliyyətini genişləndirir”. Saxta “erməni məsələsi” üzrə türk tədqiqatçı Ziya Zakir Acar isə qeyd edir ki, əslində, ermənilərin əndişəsi əbəs deyil:“Bir millət, iki dövlət olaraq hər zaman Azərbaycanın yanındayıq. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini və Türkiyəyə əsassız iddialarını dayandırmalıdır. Bu dövlət yaratdığı risqlərə görə baş verəcək bütün xoşagəlməz hadisələrin məsuliyyətini özü daşıyır. Dağlıq Qarabağ və ətraf rayonlar erməni işğalından azad edilməyənədək Türkiyə dövləti Ermənistanla heç bir əlaqə qura bilməz. Ermənistan terrorçu dövlət, bu ölkəni idarə edənlər mülki azərbaycanlıların qənimi olan cinayətkarlardır”. Hazırda Ermənistanı əndişələndirən başlıca səbəblərdən biribudur ki, Türkiyə siyasi dəstəklə yanaşı, Azərbaycana hərb müstəvisində yeni yardımlar göstərməyə hazırlaşır. Bu isə Azərbaycanın üstünlüyünün daha da artması deməkdir.

Lakin erməniləri qorxudan təkcə Türkiyə faktoru deyil. Rusiyanın da mövqeyi Ermənistan üçün ciddi əndişə mənbəyidir. Erməni politoloq Andranik Miqranyan xatırladır ki, prezident Vladimir Putin antirus siyasəti yürütməklə bağlı bir neçə dəfə dolayı yolla Ermənistan hakimiyyətinə xəbərdarlıq edib. Amma nəticə olmadığından, indi Qarabağ məsələsində Rusiya Azərbaycana daha çox dəstək nümayiş etdirir. Erməni tərəfini bu halda narahat edən daha bir məsələ Pakistanın da, Türkiyə kimi, Azərbaycana açıq dəstəyidir. Pakistan parlamentinin beynəlxalq əlaqələr komitəsinin sədri Müşahid Hussain Sayed bu xüsusda bildirir:“Pakistan Azərbaycanı tam şəkildə dəstəkləyir və bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək”.

O vurğulayıb ki, Ermənistan təcavüzkar dövlətdir, BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qətnamələrini pozur, Azərbaycan ərazisi olan Dağlıq Qarabağın və digər rayonların qanunsuz olaraq işğalını davam etdirir:Bundan əlavə, Ermənistan tərəfindən genosid, etnik təmizləmə cinayətləri həyata keçirilib. Nümunə üçün Xocalı soyqırımını xatırlamaq lazımdır. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət, İslam Əməkdaşlıq Təşkilatı, BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, bu problemin Qafqazda artıq bir alov nöqtəsinə çevrildiyini nəzərə almalı və müdaxilə etməlidir".

Komitə sədri qeyd edib ki, Pakistan Ermənistanı dövlət kimi tanımayan ölkələrdən biridir və Azərbaycanla tam həmrəyliyini davam etdirir:"Bunun bir nümunəsi də Azərbaycan prezidentinə komitəmiz adından bu günlərdə göndərdiyimiz dəstək məktubudur. Azərbaycan hər zaman Pakistanın köməyinə arxalana bilər". Ermənistanın “İravnuk” qəzeti isə yazır ki, Pakistan son sərhəd toqquşmasından sonra Azərbaycanla hərbi əməkdaşlığı gücləndirməyə hazırlaşır və bu, İrəvan üçün daha bir zərbə olacaq.

Ermənistanın ABŞ və Avropada sərhəd toqquşmasından sonra aldığı zərbələr də düşmən üçün kifayət qədər ağrılıdır. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan da bunu açıq etiraf edir. ABŞ Konqresinin Nümayəndələr Palatasının hüquq komissiyası tərəfindən milli müdafiənin təsdiq edilməsi ilə qətnamənin qəbul edilməsini o, dediklərinin real təsdiqi kimi göstərir. Xatırladaq ki, ABŞ-dakı erməni lobbisinin 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” layihəsinə düzəlişlərin daxil edilməsi istiqamətində səyləri nəticəsiz qalıb. Bu proses çərçivəsində Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri də, öz növbəsində, Ermənistan əleyhinə iki düzəliş irəli sürüb. Qeyd edilən düzəlişlərin müzakirəsi məqsədilə ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsinin iclası keçirilib. Konqres üzvü Stiv Kohen tərəfindən 99 saylı düzəliş, Konqres üzvləri Stiv ŞabotStiv Kohen tərəfindən birlikdə bir neçə postsovet ölkələrində işğal olunmuş ərazilərdən köçkün düşmüşo ərazilərdə qətlə yetirilmiş həmin ölkələrin vətəndaşları barədə hesabatın dövlət katibi tərəfindən müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim edilməsi barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub.

Bu düzəlişdə işğal olunmuş ərazilərdən köçkün düşmüş və həlak olmuş əhali barədə məlumatlar yer alır və ABŞ Dövlət və Müdafiə departamentləri tərəfindən birgə hesabatın Konqresə təqdim edilməsi nəzərdə tutulur. Erməni lobbisinin səylərinə baxmayaraq, iclas zamanı Kaliforniya ştatını təmsil edən qatı ermənipərəst Konqres üzvü Bred Şerman tərəfindən ölkəmiz əleyhinə irəli sürülmüşMülki aviasiyaya təhdid olmadığı barədə prezident tərəfindən Konqresə təminat verilənə qədər ABŞ tərəfindən Azərbaycana müdafiə məhsulları və xidmətlərinin qadağan olunmasına” dair 66 saylı və Kaliforniyanı təmsil edən erməni əsilli Cek Spiir tərəfindən “333-cü bölmə çərçivəsində xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı üzrə Azərbaycan və Ermənistan arasında yardımlara dair paritet tətbiq edilməsi” barədə 330 saylı düzəlişlər qəbul edilməyib. Xatırladaq ki, son iki ildə Azərbaycana bu proqram çərçivəsində 110 milyon ABŞ dolları yardım göstərilsə də, Ermənistana yardım ayrılmamağı onların ciddi narazılığına səbəb olduğundan bu düzəliş irəli sürülmüşdü. Amma ermənilərin niyyətləri reallaşmayıb. Beləliklə, bu uğursuzluq erməni lobbisinin və xüsusilə də Daşnak Partiyasını təmsil edən Amerikanın Erməni Milli Komitəsinin ciddi çaşqınlığına və məyusluğuna səbəb olub. David Şahnazaryan bu fonda bildirir:Bunlar ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş ən antierməni və ən Azərbaycan-Türkiyə yönümlü qətnamədir”. Şahnazaryanın sözlərinə görə, bu, indiyə qədər olmuş ən dəhşətli şeydir və ABŞ Senatı da qətnaməni təsdiq etsə, o, qanun olacaq, bu zaman Dağlıq Qarabağ münaqişəsinin həllinin bütün məntiqi və tarixi ermənilərin zərərinə köklü şəkildə dəyişəcək. ABŞ-la yanaşı, Avropada da ermənilərin işğal siyasətinə qarşı artan etirazlar, əslində İrəvanın dünya miqyasında mövqeyinin sarsılmaqda olduğunu göstərir. Təbii ki, bu hal Qarabağ münaqişəsinin gedişində tezliklə mühüm dəyişikliklər olmasını da şərtləndirir.

 

Tahir TAĞIYEV

Bakı xəbər 2020.- 24 iyul.- S.7.