Vətən naminə yaşayanlar ölmür
nümunəsi - Əliyev Malik Təvəkkül
oğlu…
Bu xalqın ürəyində
əsrlərin, illərin sağalmayan
yarası var. O yara ki, hər dəfə bir qədər
də dərinləşib, daha çox qaynayıb. Hər kəsin eyni anda çəkdiyi Vətən
dərdi doğulan hər bir
azərbaycanlı ilə bərbər böyüyüb.
Dünənini unutmayan xalq
olaraq sabahımızın işıqlı
olmağı üçün
çalışmışıq.
Yaşadıqlarımızı unutmadan
yaşamışıq ki, bir
daha o
yaşanılanlar təkrarlanmasın. Bir gün o
yaşadıqlarımızın intiqamının
alınacağı günün
çatacağı düşüncəsindən bir an belə
uzaqlaşmadıq. Bəli, o gün çatdı.
Bir
zamanlar körpələrin "Qarabağı mən azad edəcəm"
sözləri öz sübutun tapdı. Heç
zaman Qarabağı görməyən, ancaq Qarabağ həsrəti
ilə böyüyən cəngəvarlər Qarabağa
doğru yol
aldılar. O cəngavərlərdən biri
idi Malik idi.
1986-cı
ilin bitməsinə bir neçə gün qalmış -
dekabrın 26-da Naxçıvan Muxtar Respublikasının
Naxçıvan şəhərində dünyaya göz
açmışdı Əliyev Malik Təvəkkül
oğlu. Orta təhsil almaq üçün
1993-cü ildə Naxçıvan şəhər 5 N - li məktəbə qədəm qoymuşdu. Malik elə
uşaqlıqdan bir çox
yaşıdlarından fərqlənmişdi. Vətəni çox sevən bu oğul özünü bir hərbçi kimi görürdü. O bilirdi
ki, Vətənin onun kimi oğullara ehtiyacı var. Malik 2001-ci ildə
Naxçıvan MR-də Heydər Əliyev adına Ali Hərbi Liseyə daxil olub. Bir hərbçinin
bilməli olduqlarını daha dərindən
öyrənmək üçün daima öz üzərində
çalışıb. Liseyi bitirdikdən
sonra 2004-cü ildə Milli
Təhlükəsizlik Nazirliyinin Heydər
Əliyev adına Akademiyasına daxil olub. 2008-ci ildə təyinatla N saylı Xudat hərbi dəstəsi komendant,
bölük komandiri,
kapitanı vəzifəsində çalışıb. Hər
zaman öz üzərində
çalışan Malik öyrəndikləri
ilə yetinməyərək 2010-cu ildə Çində 6
aylıq kurs keçib.
2011-ci ildə Çində Azərbaycandan gedən
kursantların komandiri olub.
Hər iki kursu fərqlənmə
diplomu ilə bitirib. Daha sonra 2013-cü ildə Türkiyənin Ankara şəhərində kurs
keçib. 2015-ci ildə təyinatla Horadiz sərhəd dəstəsinə qərargah
rəisi vəzifəsinə təyin edilib.
2016-cı ildə DSX-nin Akademiyasında kurs keçib. 2017-ci ildə
DSX Aparatında fiziki hazırlıq
üzrə işə başlayıb. 2018-ci ildə mayor hərbi rütbəsinə
qədər yüksəlib. 2018-ci ildə yenidən Türkiyədə
kurs keçib. 2020-ci ilin fevralında DSX-nın Çevik
Hərəkət Qüvvələri Komandanlığında döyüş hazırlığı üzrə
şöbənin rəis müavini təyin
edilib. 2020-ci ilin iyun ayında Qazaxda təlimlərdə
iştirak edib.
Bu qədər
çətinliyi qət edib iradəsi, gücü, əzmkarlığı
ilə vətən naminə yaşayan bir qəhrəmanın
keçdiyi döyüş yolu qalibiyyətə gəlib
çatdı. Malik öyrəndiyi bütün bilik və bacarığını Vətən
müharibəsi zamanı sərgilədi. Cəbrayıl,
Füzuli, Hadrutun azad olunmasında müstəsna xidmətləri
oldu. 2020 - ci il oktyabrın 13-də canından keçən
şəhidlərimizi, əzalarını vətənə qurban edən yaralılarımızı döyüş meydanından çıxaran zaman şəhadətə yüksəldi.
Mayor Əliyev Malik Təvəkkül oğlu Orduda xidmətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə hələ şəhadətindən öncə "Hərbi xidmətdə fərqlənməyə görə" ll dərəcəli medalı, "Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" lll dərəcəli medalı ilə təltif olunmuşdu. Şəhadətə ucaldıqdan sonra isə bu medalların sırasına "Vətənə xidmətə görə" lll dərəcəli ordeni, "Vətən uğrunda" medalı və "Cəbrayılın azad olunmasına görə" medalı da əlavə olundu.
Şəhidimiz and yerimiz olan ll
Fəxri xiyabanda vətənin daş olan oğulları
cərgəsində yer alıb.
4 il
Aydəniz xanımla ailəli olan şəhidimizin
özündən sonra vətənə əmanət 4
yaşlı qız övladı qalıb.
ŞƏHİD
MALİK
Sən vətən sinəsində solmayan bir çiçəksən,
Cənnətindən
boylanıb hər zaman güləcəksən,
Ruhunla
neçə gəncdə özünü görəcəksən
Xalqının
ürəyinə əbədi köçən oğul,
Adını
duyan hər kəs səninlə qürur duyur.
Sənin
qəlb döyüntünlə döyündü vətən
qəlbi,
Son
damla qanın ilə sağaldı vətən dərdi,
Səndən
geri qalanlar şücaətdi, hünərdi,
Mərd
xalqımın bu gündən sabahına çıraqsan
Sən
özün tarix kimi tarixdə qalacaqsan.
Şəhid
Malik, adından qəhrəmanlıq süzülür,
İllər
sonra sayəndə vətənin üzü gülür,
Şəhidim
ardın ilə xoş kəlmələr düzülür,
Sən
olmayan dünyada adını hər kəs anır
Bütün
xalqım adını qəhrəman kimi tanır.
Manya SƏXAVƏTQIZI
Bakı xəbər 2021.- 10-12 aprel.- S.14.