Vüsalın hünər dolu ömür yolu

30 il idi ki, Azərbaycan xalqı cənnətməkan, ulu yurd yerimiz Qarabağın həsrətini çəkirdi. Vətənin qeyrətli oğulları öz qanı, canı bahasına ağır həsrətə son qoydular. 19 yaşlı Masallı sakini  Vüsal Babarəzi oğlu Hadıyev də bu müqəddəs yolda şəhid oldu.

Vətəninə, torpağına məhəbbət ruhunda boy atan Vüsal Hadıyev məktəbdə oxuduğu vaxt idmanın   cüdo növünə maraq göstərir. Yeniyetmələrin arasında təşkil olunmuş bir çox yarışlarda iştirak edir, qazandığı qələbələrə görə müxtəlif dərəcəli diplommedallar alır. Əldə etdiyi uğurlar  Vüsalı Masallıda insanlara tanıtdırır, onun adına hörmət gətirir. Orta məktəbi bitirəndə   xarakterində olan saf, ülvi dəyərlər bu yeniyetmə oğlanın öz xalqına, dövlətinə sədaqətindən xəbər verir.

Vüsal Hadıyevin əsgərdşl yaşı çatanda hələ də mənfur düşmən öz iyrənc əməllərini davam  eedirşkdı. Odur ki, o, 2019-cu ildə orduya yola düşəndə cəbhə xəttində xidmət etmək istəyini bildirməklə bərabər, həm də zamanı gələndə son nəfəsə qədər döyüşüb düşmənin başını əzməyə and içir. Vətən, torpaq uğrunda döyüşə hər an hazır olan əsgər Vüsal düşdüyü hərb hissədə tapşırıqları can-başla yerinə yetirir, canından artıq bildiyi Vətəninə əla xidmət edir, nəticədə komandirləri bütün bunlara görə onu əsgər yoldaşlarına nümunə göstərirlər. BirVüsal içdiyi anda sadiq olmaq üçün təlimlərdə fəal olur, dığaların layiqli cavabını verməkdən ötrü  hərbin sirlərinə mükəmməl yiyələnir.

Azğınlaşmış erməni dığalarına qarşı Vətən müharibəsi başlanan gün Vüsal müharibə meydanında olur. Mərdliklə vuruşur, vurduğu sarsıdıcı zərbələrlə dığaların canına vəlvələ sala bilir. Odur ki, qəhrəman əsgərin döyüşdüyü yerlərdə düşmən silahı-sursatı atıb qaçır. Füzuli uğrunda gedən qeyri-bərabər döyüşdə Vüsal şəhid olsa da, düşməndən ürəyincə qisasını ala bilir.

Vüsalın şəhidliyi onun adına əbədiyyət gətirdi. Bundan sonra cismən bu dünyada olmasa da, zaman-zaman xatirəsi xalq tərəfindən həmişə yaşayacaq. İgid əsgərin gələcək nəslə Vətən sevgisindən daha bir nişanəsi isə dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda” medalı olacaq.

 

Zəfər ORUCOĞLU

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bakı xəbər  2021.- 22 aprel.- S.14.