Özəl sektor sosial-iqtisadi inkişafa daha böyük töhfələr verməyə başlayır...

 

 

 

 

Azərbaycanın iqtisadi inkişafında özəl sektorun xüsusi çəkisi son illər ərzində daha böyük sürətlə artmaqdadır. Bunu şərtləndirən başlıca səbəblərdən biri dövlətin qeyd edilən istioqamətdə atdığı addımların məntiqi nəticəsini verməsidir. Elə bundan irəli gəlir ki, ölkədə sahibkarlıq subyektlərinin sayı dinamik şəkildə artır.

 

İqtisadi aktivliyin bərpası sahibkarların sayını çoxaldır

 

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət artıq özünün postpandemiya dövrünə qədəm qoyub. Bu, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin öz nəticəsini verməsinin real göstəricisidir. Belə vəziyyət, öz növbəsində, iqtisadi aktivliyin bərpa edilməsində mühüm rol oynayır.

 

Ölkədə görülən işlər sayəsində koronavirus pandemiyası səbəbindən iqtisadiyyatda qeydə alınan azalma artıq artımla əvəz olunub. Cari ilin ilk yarısının yekunları da göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb. Dünya ölkələrinin böyük əksəriyyəti hələ iqtisadi tənəzzüldə olduğu bir vaxtda Azərbaycanda bu ilin ilk 6 ayında ümumi daxili məhsul istehsalı 2 faiz artıb. Bu da Azərbaycanın iqtisadi inkişaf modelinin yeni nümunəvi xarakterə malik olduğunu nümayiş etdirir. Azərbaycan iqtisadiyyatında qeydə alınan artım əsas etibarı ilə qeyri-neft-qaz sektoru hesabına təmin edilir. Belə ki, neft-qaz sektorunda əlavə dəyər cari ilin ilk yarısında 4,7 faiz azaldığı halda, qeyri-neft-qaz sektorunda 5,1 faiz artıb. Qeyri-neft sektorunda dinamik artım ixrac həcminin çoxalmasına da müsbət təsir edir. Cari ilin ilk yarısında Azərbaycandan ixrac edilən məhsulların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 15 faiz artıb. Qeyri-neft sektoru üzrə ixrac artımı isə 27 faizdən yüksəkdir. Bütün bunlar nəticəsində hesabat dövründə Azərbaycanın xarici ticarətində 3,4 milyard dollarlıq müsbət saldo qeydə alınıb. Bu  tendensiyanın qarşıdakı müddət ərzində davam etməsi gözlənilir.  İqtisadi artımda ticarət, nəqliyyat sektoru, kənd təsərrüfatı, meşə təsərrüfatı balıqçılıq, tikinti, informasiya rabitə, turizm xidmət sektoru kimi qeyri-neft sektoruna aid sahələr mühüm rol oynamaqdadır.  Qeyd edilən sahələrin dinamik inkişafında dövlət tərəfindən göstərilən dəstək müstəsna əhəmiyyət kəsb edir.

 

O da məlumdur ki, bu gün Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsas  məqsədi ölkə əhalisinin həyat səviyyəsinin, maddi gəlirlərinin, məşğulluq səviyyəsinin davamlı şəkildə yüksəldilməsi, iqtisadi artım tempinin dayanıqlığının saxlanılmasıdır. Qeyd edilən məqsədə nail olmaq üçün Azərbaycanın sosial-iqtisadi tərəqqi strategiyasında sahibkarlığın dinamik inkişafın təmin edilməsi xüsusi diqqət mərkəzində yer alır. İqtisadiyyat naziri Mikayıl Cabbarov bu fonda qeyd edir ki, ölkəmizdə iqtisadi aktivliyin bərpası sahibkarlıq subyektlərinin artımı ilə müşayiət olunur. Nazir onu da vurğulayır ki, 2021-ci ilin 6 ayında aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,9 faiz artaraq 640 min 401, ƏDV ödəyicilərinin sayı 8,9 faiz artaraq 31 min 738, qeydiyyatdan keçmiş obyektlərin sayı isə 5,8 faiz artaraq 176 min 794 nəfər təşkil edib. Elə bu da sahibkarlığın inkişafı məqsədilə görülən işlərin öz müsbət nəticəsini verdiyini nümayiş etdirir.

 

İş adamları razılıq edir

 

Indi qarşıda duran başlıca vəzifələrdən biri sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli xarici investisiyaların iqtisadiyyata cəlb olunmasıdır. Bununla yanaşı, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi dövlətin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Məhz bu müstəvidə sahibkarlara xüsusi rol verilir.

 

Sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi qeyd edilən siyasətdən irəli gəlir. İş adamları da onlara göstərilən qayğıdan razılıq edir. Bu fonda ölkədə sahibkarların da sayında daim artım qeydə alınır. Cari il iyulun 1-ə olan məlumata əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı artıq 1 milyon 100 mini ötüb. Hesabat dövründə hər dörd fərdi sahibkardan üçüKənd təsərrüfatı, meşə təsərrüfatı balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat anbar təsərrüfatıDigər sahələrdə xidmətlərin göstərilməsisahələri üzrə qeydiyyatdan keçib. Fərdi sahibkarların 78,7 faizini kişilər, 21,3 faizini isə qadınlar təşkil edib. Ümumiyyətlə, ölkədə qadın sahibkarların da sayında sürətli artım qeydə alınır. Bu, yaradılan müqnbit şəraitin məntiqi nəticəsidir. Bu fonda bir mühüm məqamı da qeyd edək ki, haqsız rəqabət halları ilə mübarizənin sahibkarlarla dövlət qurumları arasında tərəfdaşlıq müstəvisində aparılması bu sahədə səmərəliliyi beləlillə, adamları üçün əlverişli fəaliyyəti təmin edir. Haqsız rəqabət hallarına qarşı dövlət sahibkarlarla birgə mübarizə aparmaqla, bazarın bütün iştirakçıları üçün ədalətli mühitin yaradılmasına nail olur. Elə bu da adamlarını məmnun edən əsas səbəblər sırasındadır.

 

Tahir TAĞIYEV

 

 Bakı xəbər.- 2021.- 7-8 avqust.- S.10