Ağrı düzündə, Zəngi
çayı hövzəsində soyqırım qətliamları,
XX əsrin əvvəllərində...
Araz çayı boyunca uzanan
Ağrı düzünün aran kəndləri (Reyhanlı,
Avşar, Şidli, Qəmərli, Kiçik Vedi (Vedi Sofulu),
Şıxlar, Qaranlıq, Yuva (İvə), Xəlisə...)
1904-1906-cı və 1915-1920-ci illərdə rus-hay
nizami-silahlı birləşmələrinin hücumlarına,
amansız qətliamlarına-soyqırım faciələrinə
məruz qaldıqda dinc əhalinin bir hissəsi
Araz şayının sağ sahilindəki qardaş Osmanlı
Türkiyəsinin İqdır mahalının Ramazankənd,
Hacıağa, Təzəköy, Saraclı, Orta Köy... kəndlərinə,
Cənubi Azərbaycanın Xoy və Mərənd nahiyələrinə
sığınmağa məcbur olmuşdur (bəzi ailələr 1920-1923-cü illərdə
qayıtmışlar).
Alagöz dağından (4090 m)
Vedi çayının mənsəb hissəsinədək
Arazboyu alşaq maili düzənlikləri əhatə edən
geniş Ağrı vadisi (düzü) Zəngibasar və
Vedibasar nahiyələrinin qərb, Araz çayının
sağ sahil ərazilərini əhatə edir. Tarixən kökənli Müsəlman-Türk əhalisinin
qədim yaşayış məntəqələrini tutan bu
yerlər həm də iqtisadi-təsərrüfat, beynəlxalq
ticarət, zəngin tarixi-coğrafi maddi, dini-mənəvi irs
nümunələri ilə fərqlənir, eləcə də
Türkiyə Cumhuriyyətinin Qars, İqdır
mahalları, Naxçıvan bölgəsinin Şərur-Sədərək
nahiyələri ilə sıx əlaqələrə malik
olmuşdur.
İqtisadi-təsərrüfat (əkin
yerləri, meyvə bağları, örüş sahələri,
Vedi, Taytan, Qaralar, Avşar, Şirazlı, Xəlisə və
Dəvəli kəndləri üzüm bağları ilə zəngindir)
və siyasi-hərbi (Qərbi Azərbaycanın Aralıq dənizi
hövzəsinə, Yaxın Şərq ölkələrinə
çıxışı) şəraitinə görə
əhəmiyyətli olan Vedibasar nahiyəsinin kəndlərinə
hay kilsəsinin təşkilatçılığı ilə
XIX əsrin sonlarında, XX əsrin əvvəllərində
daşnak silahlılarının basqınları kütləvi
hal almışdır. Hədəf də həm
də Müsəlman-Türk əhalisinin bölgədən
köçürülməsi, sayını azaldılması,
Azərbaycan dövlətinin iqtisadi-siyasi gücünün
azaldılması və Osmanlı Türkiyəsi ilə
birbaşa əlaqələrin yaranmasına imkan verməmək
amili olmuşdur. Birləşmiş düşmən
qüvvələri bu məqsədlə dinc əhalinin
dini-irqi mənsubiyyətinə görə onlara qarşı
soyqırım faciələrini də yaşatmışlar.
XX əsrin ilk onilliklərində
hay kilsəsi ilə (katolikos V Qevorq-Surenyants (1847-1930) çar
Rusiyasının Qafqaz cəbhəsinin 1-ci və 2-ci Ordusu ilə
(komandanlardan, generallar N.A.Klyuyevlə (1859-1921), Q.E.Berxmanla
(1854-1929), P.P.Kalitinlə (1853-1927), V.P.Lyaxovla (1869-1920) əlaqələndirilmiş
hərbi-taktiki vəzifələrinə uyğun olaraq) 1917-ci
ilin sonu, 1918-ci ilin yanvar-fevral aylarında
daşnak A.Ozanyanının quldur dəstələri (300
süvari, 400-500 piyada) Culfa və Ordubad nahiyələri istiqamətindən
Dərələyəz, Vedibasar və Zəngibasar bölgəsinə
(həmin dövrdə bu ərazilərə Osmanlı
Türkiyəsindən köçürülmüş 15 min
hay sürüsü yerləşdirilmişdir),
şimaldan isə İrəvan Hərbi qarnizionunun, general
P.K.Pirumyanın (1856-1921) başçılıq etdiyi 5-ci erməni
atıcı alayı, daşnak silahlılarının Baş
Qərargah komandanı, polkovnik A.S.Doluxanyanın (1863-1920)
süvari-atıcı, general F.İ.Nəzərbəyyanın
(1855-1931) erməni korpusunun 6-cı Qafqaz atıcı
alayının (polkovnik M.M.Silikyanın (1862-1937)
başçılığı ilə) dəstələri
hücuma keçmişlər.
Bu yerdə qeyd etmək lazımdır ki, Rusiaya
çarı II Nikolayın (1868-1918) V Qevorqa
ünvanladığı məktubda deyildiyi kimi-“erməniləri
parlaq gələcək gözləyir”- təminatı
hay-daşnak quldurlarının imkanlarını xeyli gücləndirmişdir.
Həmin keşiş V Qevorqun əmri ilə 21-29 may 1918-ci il
tarixdə hay keşişləri silahlanaraq Alagöz
dağı-Göyçə gölü istiqamətindəki
cəbhə xəttində döyüşmüşlər.
Rusiya Federasiyasının Dövlət
Arxiv məlumatlarına görə I Dünya müharibəsi
dövründə II Nikolayın əmri ilə Rusiya həbsxanalarında
saxlanılan bütün daşnak quldurlar
buraxılmış, onların əsasında 2-ci erməni
könüllü dəstəsi yaradılmış (daşnak
D.Kanayanın (1886-1955)
başçılığı ilə) və Osmanlı
Türkiyəsi ilə cəbhəyə
(Qars-Ərzurum-İqdır istiqamətinə) göndərilmişdir.
1915-1920-ci illərdə bu silahlı quldurlar
Naxçıvanda, Vedibasarda, Zəngəzurda, Qarabağda... da
dinc Müsəlman-Türk əhalisinə qarşı
amansız soyqırımlar törətmişdir.
1917-ci ilin sonu və 1918-ci ilin
yanvar-fevral aylarında Van, Ərzurum və Ərzincan
mahallarında amansız qətliamlar törədən
hay-daşnak quldur dəstələri də qərb tərəfdən
(İqdır və Qars mahallarından) Araz şayını
keçərək Zəngi çayı vadisindən, Vedi
dağları boyunca Ağrıdağ
düzü (Avşar, Şirazlı, Xəlisə, Taytan,
Qaralar, Yengicə, Kiçik Vedi...) və Vedi şayı
hövzəsinin dağ (Qədili, Məngü, Gücsüz,
Kolanı, Əzizkənd (Camışbasan), Gölkənd,
Çığın, Baxçacıq...) kəndlərinə
kütləvi basqınlar etmişlər.
Ağrı düzü kəndlərində
dinc əhalini qılıncdan keçirən hay
quldurlarının vəhşiliyini,
amansızlığını (ən ağır
döyüşlərdən biri Yengicə və Qaralar kəndləri
yaxınlığındakı “Sarı dolama təpələr”
deyilən örüş yerində olmuşdur, 1965-1966-cı
illərdə o yerdə heyvan otaran Qaralar kənd sakinləri
çoxlu miqdarda paslı güllələr, silah
qalıqları-hissələri tapmışlar.
Qaralar kəndinin şərqində, 3 km
aralı, Yengicə kəndinin quzeyində, 500 m kənarda olan
bu təpələrin uzunluğu 20-25 m, yerdən
hündürlüyü 15 m, aralarındakı məsafə 20
m-ə qədər idi.
1918-ci ilin yayında Qaralar kəndinin
300-400 m cənub qırağındakı, “Məhəmmədin
üzüm bağı”na yaxın yerdə 60-70 hay
silahlısı düşərgə salıbmış, Məhəmməd
kişinin bağına atılan qumbara quma düşür,
partlamır, bağ sahibi həmin qumbaranı götürüb
hay düşərgəsinə atır, düşmən
təşfişə düşür ki, türk əsgərləri
gəlib, hamısı qaçıb düşərgəni tərk
edir...
Həmin hadisələri Xəlisə
kənd sakinlərindən İsmayıl Paşa oğlu
(1888-1976), İsa Bəşir oğlu Hüseynov (1908-1987), Məcid
Paşa oğlu (1890-1975)... qəlb ağrısı ilə
xatırlamışlar və böyüyən nəslə bu
tarixi unutmamağı vəsiyyət etmişlər.
Əslən Qədili kəndindən
olmuş, 1918-ci il qırğınlarında Qaralar kəndində
sığınacaq tapmış, burada ailə qurmuş Sara
Əhməd qızının (1903-1988) 4 qardaşını
(Xorasanda ali dini təhsil almış din xadimlərini) evlərində
haylar diri-diri yandırmışdılar. Həmin evin
yanmış, insan yağı hopmuş divarları 1980-ci ilərədək
qalırdı, zavallı bacı o ocağı həmişə
acı göz yaşları ilə ziyarət edərdi.
Vedi dağlarının
(Böyük Vedi kəndinin) üstündə olan Qədili ən
iri kənd olub (200-dən çox ev), 1918-ci ilin qış
aylarında ətraf kəndlərin də (Məngü,
Gücsüz, Gölkənd, Çığın, Kolanı,
Əzizkənd (Camışbasan), Bağçacıq...)
ağqaqqalları-cavanları hay kilsəsinin hiyləsi
ilə barışıq adı ilə bu kəndin Cümə
məscidinə yığılmış və hamısı
(200 nəfərə yaxın) yandırılmışdır.
Salamat qalan qadınlar-uşaqlar isə 8-10 km aralıdakı
Qaralar, Yenicə, Şirazlı, Avşar... kəndlərinə
üz tutmuşlar.
1918-ci ilin əvvəlində
artıq Vedi dağları boyunca Ağrıdağ
düzünün bir çox kəndlərinə (Qəmərli,
Dəvəli, Avşar, Reyhanlı, Şirazlı...) edilən
hücumlar Vedi-Qəmərli dəmiryolu xətti boyunca hərəkət
edən zirehli qatarlardan, bu qatarlarda
quraşdırılmış toplardan edilmişdir. Atılan toplardan biri Yenicə kəndinin (2 km-lik məsafədə)
ortasında, kənd məscidinin qarşısındakı iri
ağ qaya parçasına (dairəsi 2 m, boyu 1,5-2 m) dəymiş,
ora yığışan yerli özünümüdafiə dəstəsinin
7 üzvü qəlpələrin təsirindən həlak olmuş
(Cabbar İskəndərov-1890-1918...), Səfərəli
Sadıq oğlunun (1903-1988) əlləri şikəst qalmışdır.
Çimən kəndi (məşhur
Kərbəlayı İsmayılın doğma kəndi,
oğlu Yadullanın qəbri bu kəndin qəbirstanlığındadır)
yaxınlığındakı Qaraxaç kəndinin dinc
sakinlərinə Qərbi Azərbaycanın xalq qəhrəmanı,
1920-ci ilədək quldur hay-daşnak qüvvələrinə
qarşı xalq müqavimətinin təşkilatçısı
və rəhbəri Abbasqulu bəy Xanbaba oğlu Şadlinski
(1886-1930) xəbərdarlıq edib ki, kəndi tərk edib
qonşu, təhlükəsiz yerə
yığışsınlar. Çox təəssüf ki, bu
təklifi ciddiyə almayıblar.
Nəticədə quldurlar kəndin
kişilərini (50-60 nəfər) iri bir dama yığaraq qətlə
yetirmişdilər, tək bir nəfər (Qurban kişi)
ocağın buxarısından çölə
çıxıb, canını qurtara bilmiş və bu faciəni
camaata çatdırmışdır.
1905-ci, 1915-1918-ci illərdə
yerli özünümüdafiə dəstələrində
aran və dağ Vedinin bütün kəndlərindən (Xəlisə
kəndindən Həsən İbrahim oğlu (1890-1972), Məcid
Paşa oğlu (1888-1973), Hüseyn Heydər oğlu Məmmədov
(1891-1976)..., Qaralar kəndindən Əmir
yüzbaşı (1899-1974), Abuzər Süleyman oğlu
(1897-1984), Məhəmmədəli Kərbəlayı İsa
oğlu (1901-1943)...) olan əli silah tutanlar iştirak etmişlər.
Onlar həm də cavanların hərbi təlimlərində,
onlara döyüş bacarığının öyrədilməsində
yaxından iştirak etmişlər.
O illərdə hay
quldurlarının düşərgə saldıqları
Ağdağ ətəyində isə (aran Ağrıdağ
düzündə) A.Şadlinskinin bölmələri
düşməni qovmuş, xeyli silah-sursat ələ
keşirmişlər (7 pulemyotun birini yavəri, igid el
döyüşçüsü A.Süleyman oğluna
vermişdir).
Əmir yüzbaşı 1938-ci ildə
Qazaxıstana sürgün edilsə də, 1947-ci ildə həbsdən
canını qurtara bilmişdir.
Boşaldılmış və
dağıdılmış kəndlərdə isə hay
sürüsü yerləşmişlər (Çimən,
Taytan, Avşar, Qaralar kəndlərinə 1948-ci ildə
Suriyadan, Türkiyədən, Cənubi Azərbaycandan,Yunanıstandan,
Bolqarıstandan haylar köşürülmüş,
Qarabağlar, Kolanı, Çimən... kəndləri
boşaldıldı..., ümumilikdə 1920-ci ilədək nahiyənin 30-a qədər kəndi
tamailə boşaldıldı və ya məhv edildi).
Ümumiyyətlə, 1918-ci ildə bir gecənin
işərisində Vedibasarın 7 kəndinin əhalisi qətliam
edilib, evlər-tikililər yandırılıb və
mal-mülk qarət edilərək yağmalanıb daşınmışdır.
Qaralar kənd məscidinin giriş
qapısı üstündən, ağacı parçalayaraq məscid
divarının dağılması 1988-ci ilədək hay
quldurlarının vəhşiliyinin “dilsiz-ağızsız”
şahidi kimi susmaqda idi...
R.S. Hay kilsəsi Alagöz
dağını “Araqats”, Vedi nahiyəsinin Qəmərli kəndini
“Artaşat”, Qaralar kəndini 1935-ci ildən ”Sevkar”, 1978-ci ildən
isə “Aralez”, Reyhanlı kəndini 1991-ci ildən-“Ayqavan”,
Vedi Sofulu kəndini - 1991-ci ildən “Pokr Vedi”, Şirazlı kəndini
1991-ci ildən-“Vosketap”, Dəvəli kəndini 1935-ci ildən
- “Ararat”, Yenikənd kəndi 1946-cı ildən-Qoravan”,
Daşlı kəndini 1968-ci ildən - “Daştakar”,
Qaraxaç kəndini 1978-ci ildən - “Lyusaşof”..
adlandırır.
(Yazının
hazırlanmasında həm də Qərbi Azərbaycanın
Böyük Vedi nahiyəsinin Qaralar kənd sakini Bəhmən
Həmzə oğlu Əkbərovun (1933) və Xəlisə kənd
sakini Hüseyn İsa oğlu Bəşirovun (1944) məlumatlarından
istifadə edilmişdir.)
Qismət Yunusoğlu
Bakı xəbər.- 2021.- 6 avqust.-
S.10.