Vətən müharibəsindən sonrakı Azərbaycan mühitində insan hüquqlarının müdafiə inkişaf perspektivləri...

 

 

Vətən müharibəsində qazanılan böyük qələbənin xalqımızın və dövlətimizin həyatında yeni bir səhifə açdığı məlumdur. Azərbaycan dövlətinin ən böyük sərvəti olan insanları, vətəndaşları bir ürək, bir can olaraq torpaqlarımızı işğaldan azad etməyə nail oldu.

 

Heç şübhəsiz, zəfərlə açılan yeni səhifədə, yeni tarixi mərhələdə ölkəmizdə insan hüquq azadlıqlarının müdafiəsi, vətəndaş hüquqlarının qorunması, insanlarımızda siyasi mədəniyyət səviyyəsinin yüksəlməsi əsas pioritetlərdən biridir. Azərbaycan insanının hüquq azadlıqlarının daha yüksək səviyyədə təmin edilməsi məsələsində, təbii ki, qanunvericilik bazası önəmli rol oynayır. Vətən müharibəsindən sonrakı Azərbaycan mühitində insan hüquqlarının müdafiə inkişaf perspiktivləri necə görsənir, ümumiyyətlə bu istiqamətdə hüquqi, siyasi baxımdan hansı işlər görülüb, yaxud görülməsinə ehtiyac var?

 

“… bütün sahələrdə pioritet təşkil edən məsələlərin önündə durur

Polisə Dəstəkİctimai Birliyinin sədri, tanınmış hüquqşünas Şəmsəddin ƏliyevBakı-Xəbər”ə bildirdi ki, Azərbaycan 30 il bundan əvvəl dövlət müstəqilliyi qazandıqdan sonra 1995-ci ildə müstəqil dövlətimizin ilk konstitutsiyası qəbul edilib.Konstitutsiya Azərbaycan xalqının iradəsini ifadə edən çox yüksək hüquqi qüvvəyə malik olan ali aktdır. Konstitutsiyada insan hüquq azadlıqları ilə bağlı bir fəsil var. Əslində, bu konstitutsiya məhz insan hüquq azadlıqlarına münasibətdə mahiyyətinə görə o vaxta qədər olan 5-ə yaxın konstitutsiyalarımızın hər birindən yuxarıda dayanır. Çünki insan hüquq azadlıqları bütün ölkələrdə, eyni zamanda demokratik hüquqi dövlət olan Azərbaycanda da dövlətin, siyasi hakimiyyətin tərkib hissəsidir, bütün sahələrdə pioritet təşkil edən məsələlərin önündə durur”.

 

Vətən müharibəsindən sonra başlanan mərhələ...

Müharibəyə qədər bütün dünya, beynəlxalq təşkilatlar yalandan car çəkiddilər ki, Azərbaycan vətəndaşlarının konstitusion hüquq azadlıqları, beynəlxalq hüquqda təsbit olunan insan hüquq azadlıqlarıkobud şəkildə pozulur sair. Amma demirdilər ki, Azərbaycanın 1 milyondan artıq vətəndaşı ata-baba yurdlarından qovulublar, onların yaşamaq hüquqları pozulub, qətliamlara məruz qalıblar. Təsəvvür edin ki, bizim keçmiş qaçqın-köçkün vətəndaşlarımızın bütün hüquqları, azadlıqları erməni qəsbkarları tərəfindən pozulub. Azərbaycan dövləti, Azərbaycan diasporu hər zaman beynəlxalq müstəvidə bu məsələni aktual saxladı. Həm dövlət başçısı bu məsələyə xüsusi diqqət ayırdı, həm diplomatlarımız, həm diasporumuz. Bu, Azərbaycan dövlətinin siyasətinin ana xəttini təşkil edən bir əlamət idi. Təbii ki, insan hüquqları toxunulmazlıq prinsipi ilə həyata keçirilir. Yəni hər bir fərdin hüquq azadlıqları qorunur.

 

44 günlük müharibədə zəfər qazandıqdan ərazi bütövlüyümüzü bərpa etdikdən sonra bu məsələ tamamilə başqa bir məcrada inkişaf etməyə başladı. Yəni insanlar artıq öz ata-baba ocaqlarına qayıdacaqlar, ərazilər bərpa olunur insanlar, vətəndaşlarımız öz hüquqlarından istifadə edəcəklər”.

 

Azərbaycan vətəndaşlarının hüquq azadlıqlarının təmin edilməsi istiqamətində bütün prinsiplər qorunur

Ş.Əliyevin sözlərinə görə, Azərbaycan dövləti davamlı olaraq vətəndaş hüquqlarının təmin edilməsi istiqamətində addımlar atıb, sənədlər qəbul edib, tədbirlər həyata keçirib. Bütün bunların fakt olduğunu deyən Ş.Əliyev hesab edir ki, bu istiqamətdə Vətən müharibəsindən sonrakı dövrlərdə daha geniş işlər görüləcək. Ş.Əliyevin qənaətinə görə, Azərbaycan dövləti 44 günlük müharibədə qazandığı zəfərlə öz torpaqlarından didərgin düşən vətəndaşlarımızın hüquqlarını müdafiə etdi, 30 il tapdalanan, əzilən haqq hüquqlarını bərpa etdi: “Öz ata-baba yurdlarına qayıdacaq vətəndaşlarımızın bütün hüquqları təmin ediləcək, onlar həm təhsil, həm əmək, həm istirahət, həm digər hüquqlarından yararlanacaqlar. Bir sözlə, Konstitutsiyada ehtiva olunan bütün hüquq azadlıqlardan onlar istifadə edəcək. Təbii ki, Azərbaycan dövləti həm müharibə dövründə, həm postmüharibə dövründə vətəndaşlarını diqqətdən kənarda qoymadı. Azərbaycan dövləti, eləcə onun qurumları Azərbaycan vətəndaşlarının hüquq azadlıqlarının müdafiəsi, onların təmin edilməsi, həyata keçirilməsi ilə bağlı öz fəaliyyət istiqamətlərində ehtiva olunan o tərkibi, əlamətləri həyata keçirməkdə davam edir. Bu gün Azərbaycan vətəndaşlarının hüquq azadlıqlarının təmin edilməsi istiqamətində bütün prinsiplər qorunur. Qürur hissi ilə deyirəm ki, Azərbaycan vətəndaşı, Azərbaycan insanı Azərbaycan dövlətinə mənsub olan, onunla hüquqi-siyasi bağlılığı olan bir şəxs kimi bu hüquqlardan faydalanır, qürur duyur”.

 

Düşünürəm ki, Azərbaycan dövlətinin qanunları beynəlxalq hüququn prinsipləri daxilində buna nail olacağıq...”

Ş.Əliyev hesab edir ki, müharibədən sonrakı mərhələdə Ermənistanın təcavüzü nəticəsində əmlakını, evini, var-dövlətini itirən vətəndaşlarımızın mülkiyyət hüququnun təmin edilməsi, qorunması toxunulmazlığı ilə bağlı müxtəlif istiqamətlərdə işlər görülməkdədir bununla bağlı beynəlxalq hüququn normalarına Avropa İnsan Hüquqları məhkəməsinin tələblərinə cavab verən tərzdə Azərbaycan Respublikasının Baş Prokurorluq səviyyəsində məsələ qalıdırılıb:Baş Prokurorluq digər qurumlar tərəfindən artıq bu istiqamətdə işlər görülür. Biz vətəndaşlarımıza dəyən mənəvi-fiziki, psixoloji ziyanın ödənilməsi, mülkiyyətə dəyən ziyanın qarşılanması ilə bağlı, şübhəsiz ki, beynəlxalq məhkəmədə ədaləti bərpa edəcəyik. Artıq bu istiqmatdə hüquqi sənədlər hazırlanıb. Düşünürəm ki, Azərbaycan dövlətinin qanunları beynəlxalq hüququn prinsipləri daxilində buna nail olacağıq”.

 

Ş.Əliyev qeyd etdi ki, burada insan hüquqları ilə bağlı konvensiyalar da pozulub. Ermənistan 1948-ci, 1966-cı illərdə qəbul edilən beynəlxalq insan hüquqları konvensiyalarını da pozub. O vurğuladı ki, istər Azərbaycan dövləti, istərsə digər dövlətlərin tanıyıb qəbul etdiyi insan hüquqları ilə bağlı bəyannamə 1948-ci il dekabrın 16-da BMT tərəfindən qəbul olunub. Ş.Əliyevin sözlərinə görə, 1966-cı ilin dekabr ayında isə mülki siyasi hüquqlar haqqında bəyannamə qəbul edilib Azərbaycan dövləti insan hüquqları ilə bağlı hər iki sənədi rəsmən tanıyır. O qeyd etdi ki, 1995-ci ildə konstitutsiyanın qəbul edilməsində, həm bugün insan hüquqları ilə bağlı sənədlər qəbul edərkən o mənbəyə istinad edirik...

 

Ş.Əliyev qeyd etdi ki, heç şübhəsiz, Azərbaycan vətəndaşlarının hüquq azadlığının təmin edilməsi məsələsi dövlətimiz üçün əsas yerlərdən birini tutur.

 

İradə SARIYEVA

 

 Bakı xəbər.- 2021.- 3 avqust.- S.7.