Azərbaycanda gender məsələlərinin həlli ilə bağlı dövlət siyasəti və ona qarşı saxta feminizm şüarları ilə təxribat...

 

“Gender” termini hərfi mənada ingilis dilində cins bildirən sözdür: qadın ya kişi. İlk dəfə bu söz qrammatik kateqoriyadan kənar psixoloq Robert Stollerin 1968-ci ildə “CinsGender” (“Sex and Gender”) adlı tədqiqat işində işlənib.

 

Başlıqdakı bu iki sözün bölünməsindəki məqsəd “kişilik” və “qadınlıq” anlayışlarını sosiomədəni və bioloji cəhətdən ayırmaq idi. Beləliklə, bu termin cinslər arasındakı bioloji fərqlərdən başqa, eyni zamanda onların sosial rollarını, emosional və davranış xarakteristikalarını fərqləndirir: bioloji cinsgender yəni, “sosial cins”.

 

Ailədə mövcud olan problemlərdən biri də qadınlar və kişilər arasında gender bölgüsüdür ki

Genderin əsasında dayanan ideyakişi” və “qadın” arasındakı fizikibioloji fərqlər deyil, cəmiyyətin bu fərqliliklərə verdiyi mədəni və sosial əhəmiyyət" hesab edilir. Gender tədqiqatlarının predmeti cəmiyyətdə mövcud olan kişi və qadınlar arasındakı fərqliliklər barədə təsəvvürlərdir. Daha dəqiq desək, kişilər və qadınların xüsusiyyətləri və onların fərqli cəhətləridir. Bu xüsusiyyətlər "maskulinlik" və "feminlik" olaraq fərqləndirilir.

 

Gender stereotipləri insana ömrü boyu təsir göstərir. Ailə, uşaq bağçası, məktəb – bütün bu sosiallaşma institutları ənənəvi gender stereotiplərini tətbiq edir. Bu səbəbdən, ailədə mövcud olan problemlərdən biri də qadınlar və kişilər arasında gender bölgüsüdür ki, bu da fəaliyyətin və sosial rolların növlərinin effektiv bölgüsünü təşkil edir.

 

Cəmiyyətdəki demokratik dəyişikliklər gender problemlərini yenidən işıqlandırmaqla qadınların cəmiyyətdə yeni maarifləndirici statusunun formalaşmasına şərait yaradırdı. Eyni zamanda, yeni münasibətlər patriarxal təsəvvür və stereotiplərlə səsləşərək, cəmiyyətin buya digər sferalarında qadının iştirakının sərhədləri haqqında təsəvvürlər formalaşdırdı.

 

Bir qrup qadının polisi  və Azərbaycan dövlətini nüfuzfan salmaq cəhdi heç bir fayda verməyəcək

Azərbaycanda genderlə bağlı heç bir problem yoxdur. Ancaq xaricin təsir dairəsində olan bir qrup şəxs adlarını “feminist” qoyaraq, güya bu sarıdan ölkəmizdə ciddi problemin olduğunu qabartmaq istəyir. Halbuki, istər Azərbaycanın qanunvericiliyi, istərsə cəmiyyətimizdəki münasibətlər sistemi heç bir qadının təqib edilməsinə, ona qarşı ayrıseçkiliyin olmasına imkan vermir. Bu günlərdə bir qrup feminist fəal əri tərəfindən öldürülən Sevinc Məhərrəmovanın qətli ilə bağlı Xəzər rayon Polis İdarəsinin qarşısında aksiya keçirməyə cəhd edib. Onlar simvolik olaraq idarənin qapısına qırmızı boya atıblar. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, hadisə zamanı saxlanılan olmayıb.

 

Polis İdarəsinin qarşısına toplaşan fəalların iddiasına görə, onlar daha sonra inzibati binaya çağırılaraq zorakılığa məruz qalıblar. Sözügedən İdarənin Elmir İbrahimov Pərviz adlı polis əməkdaşlarından şikayətçi olan qadınlar döyüldüklərini şəxslərinə qarşı təhqiredici ifadələrə yol verildiyini iddia ediblər. Elşad Hacıyev bu iddialara da münasibət bildirib: “Sözügedən şəxslərin iddiaları əsassızdır həqiqəti əks etdirmir. Heç bir şəxsə bu ya digər baxımdan təzyiq göstərilməyib”.

 

Xatırladaq ki, avqustun 3-də 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmova əri Füzuli Qarayev tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində çoxsaylı bıçaq zərbələri nəticəsində öldürülüb. Hələ mart ayında S.Məhərrəmovanın əri Füzuli Qarayev tərəfindən işgəncələrə məruz qalması ilə bağlı sosial şəbəkədə məlumat yayılmışdı.

 

Hansısa ailədə baş verən münaqişənin sonu qətl hadisəsilə nəticələnirsə, burada polisin günahı nədir? Biz şahid oluruq ki, analoji cinayətlər dünyanın bütün ölkələrində baş verir. Buna görə feministlərin dövləti günahlandırması dərəcədə doğrudur?

 

Hüquqşunas Şəmsəddin ƏliyevBakı-Xəbər”ə açıqlamasında bildirdi ki, tarixin bütün formasiyalarında cinayətlər olub: “Onları müxtəlif cür təsnifatlandırmaq olar. Həmin cinayətlər müxtəlif xarakterlidir. Sırasında qadın kişi ölümləri var. Dövlətin işi həmin cinayətləri törədənlərə layiqli cəzanı verməkdir. Cinayət varsa, mütləq cəza da var. Bizim ölkədə bu sahədə hüququn aliliyi tam təmin edilir. Bütün bu məsələyə görə məsuliyyəti yalnız bir qurumun üzərinə yıxmaq doğru deyil. düşüncə hüquqi biliklərin dayazlığına dəlalət edir. Son günlər bir qrup qadının belə ağır cinayətlərə görə polisə qarşı əxlaqi dəyərlərə sığmayan aksiyalar keçirməsi təşkil edilmiş provokasiyadır. Cinayətlərin baş verməsinə səbəb sosial amillərdi. Bunu da polis tənzimləmir. Azərbaycanda baş verən cinayətlərin sayı onların açılma dərəcəsinə görə polisimizin göstəriciləri qənaətbəxşdi. Hətta bu sırada biz bütün MDB ölkələrindən irəlidəyik. Cinayətlər zamanın tələbinə görə öz xarakterini dəyişir. Tutaq ki, 30 il əvvəl insan alveri yox idisə, hazırda var. Azərbaycan polisinin davranışından cəmiyyətimiz məmnundur. Bir qrup qadının polisi  Azərbaycan dövlətini nüfuzfan salmaq cəhdi heç bir fayda verməyəcək. Bu qərəzli münasibət hərəkətlərə mütləq hüquqi qiymət verilməlidir. Zərif cinsin nümayəndələrinə belə hərəkətləri ümumiyyətlə yaraşdırmıram. Hansısa ailədə baş verən narazılığı ümumi cəmiyyətin dəyərlər sistemi ilə müqayisə etmək olmaz”.

 

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

 

Bakı Xəbər  2021.- 13 avqust.- S.10.