Dünya elm mərkəzlərində çalışan

azərbaycanlı alimlərin bəşəriyyətə töhfələri...

 

Azərbaycanlı elm adamları dünyanın ən müxtəlif ölkələrində, elmi mərkəzlərində, ali məktəblərində də çalışırlar. Müxtəlif dövrlərdə xaricə getmiş alimlərimiz ABŞ-ın, Avropanın, bir sözlə, dünyanın müxtəlif ölkələrinin elm mərkəzlərində tədqiqatlarla məşğul olurlar. Azərbaycanlı alimlər ABŞ-ın Şimali Dakota, Kanzas, George Vaşinqton, Klemson, Radford və başqa universitetlərində işləyirlər.

Xaricdə yaşamış alimlərimiz arasında, heş şübhəsiz ki, Lütfi Zadə daha populyardır və onun elmi kəşfləri, ixtiraları dünya elminə bəxş edilən böyük töhfələrdir.

Dünya elminin Lütfi Zadəsi...

Bu gün müxtəlif xarici ölkələrdə yaşayan və işləyən alimlərimizin böyük bir hissəsi ötən əsrin 90-cı illərinin əvvəllərində “beyin axını seli”nə qoşularaq xarici ölkələrə üz tutub. Məşğul olduqları elm sahələrini, öz potensiallarını daha da zənginləşdirmək, öz bacarıqlarını gerçəkləşdirmək üçün bu yolu seçdikləri məlumdur. Onlar ölkəni tərk edərkən əsas məqsəd kimi dünya elminə töhfələr verməyi qarşılarına qoyublar. Bizim bəzi alimlərimiz də var ki, onlar 50-60 il bundan əvvəl ölkəmizdən gediblər və öz zəhmətləri, savadları, elmi ixtiraları nəticəsində dünya elminə töhfələr veriblər.

Əslən Azərbaycandan olan alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin qurucusu, Berkeley Universitetinin professoru Lütfi Zadə. Bu ad bütün dünyaya məlumdur. O, bu ali təhsil müəssisəsinin ömürlük seçilmiş professoru olan yeganə şəxs olub. Amerika diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadə bir sıra xarici akademiyaların üzvü olub və o, dünyanın ən məşhur alimlərindən hesab olunur. Yalnız 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilib.

İren Məlikova kimdir?

Mətbuatın yazdığına görə, İren Məlikova 1917-ci ildə Sankt-Peterburqda anadan olub və ailəsi ilə birlikdə Fransaya köçüb. Milliyyətcə azərbaycanlı olan İren Məlikova filologiya elmləri doktoru, professor vəzifələrində çalışıb. Parisdəki liseydə ingilis dilini bitirib. Sorbonnsk” universitetində aldığı təhsil ilə yanaşı, o, Şərq dillərində ərəb, farstürk tədqiqat institutlarında təhsil alıb. 1947-ci ildə o, Fransaya qayıdaraq, "Türkiyənin orta əsrlər dastanları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Strasburq Universitetində professor vəzifəsinə layiq görülüb. 400-ə yaxın elmi əsərin müəllifidir. "Koroğlu", "Umur Paşa", "Məlik Ağayev", "Seyid Batddal", “Babək hərəkatı”, “Qızılbaşlar tarixi”, “Əbu Hüseyn Xorasaninin yaradıcılığı” və sair mövzularda tədqiqatlar aparıb. İren Məlikovanın bu cür təşəbbüsləri sayəsində Strasburq Universitetində Türk filialı açılıb və tezliklə elmi-tədqiqat institutuna çevrilib. Bu institutun direktoru vəzifəsinə də elə İren xanım təyin olunub. Bu institutda Azərbaycan mədəniyyətinin öyrənilməsi mərkəzi yaradılıb. 1966-cı ildə İren Məlikova "Turkika" adlı jurnal dərc etdirir. Bu jurnalda türk xalqlarının tarixi, ədəbiyyatı və mədəniyyətini fransız oxucularına təqdim edir. Bu jurnalda Anar, Çingiz Hüseynov, Sara Aşurbəyli, Tofiq Məlikov və bir neçə digər azərbaycanlı müəllifin əsərləri nəşr olunub.

Almaniya hökumətinin təsis etdiyi A. Fon

Humboldt adına mükafat alan azərbaycanlı alim

Hazırda Almaniyada yaşayan riyaziyyatçı, professor Məsud Əfəndiyev Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsində iki il oxuduqdan sonra təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) davam etdirib. Münhen, Ştuttqart, Berlin universitetlərində dərs deyən soydaşımız H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində "Dinamik sistemlər" şöbəsinin müdiridir. M.Əfəndiyev Almaniya hökumətinin təsis etdiyi A. Fon Humboldt adına mükafata layiq görülüb. O bu nüfuzlu mükafatı alan ilk azərbaycanlıdır. 2005-ci ildə isə Yaponiyanın nüfuzlu "Japan Society for the Promotion of Scionce - JSPS" təşkilatının mükafatına layiq görülüb. Onun Almaniya, Amerika və Yaponiyanın ən mötəbər nəşriyyatlarında çap olunan monoqrafiyaları dünya elminə böyük töhfədir.

Dünyanın hər yerindən gələn səslər…

Digər bir alimimiz isə görkəmli fizik, fizika-riyaziyyat elmləri doktoru Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımovdur. Moskva Dövlət Universitetinin (MDU) Fizika fakültəsini bitirən alim hazırda Dubna şəhərində (Rusiya) Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) çalışır.

Meksikada Riyaziyyat İnstitutunda calışan riyaziyyatçı-alim, professor Atakişiyev Natiq Məmməd oğlu da xaricdə fəaliyyət göstərən alimlərimizdəndir.

Bu gün biotexnologiya üzrə mütəxəssis Vidadi Yusifov, Tahir Qasımov, Qərib Mürşüdov,

Mübariz Qarayev, Nazim Kərimov, Fərhad Hüseynov,

Azər Kərimov, Fikrət Məmmədov, Yaqut Allahverdiyev, Nizami Məhərrəmov kimi alimlərimizin dünyanın müxtəlif elmi mərkəzlərində, universitetlərində dünya elminə töhfə verən ixtiraların, elmi nailiyyətlərin ortaya çıxmasında böyük əməkləri var.

Nobel” alanlarımız da var

Elm sahəsində “Nobel” mükafatı alanlar sırasında azərbaycanlılar da var. Mətbuatın yazdığına görə, elmi istiqamətlərdə Nobel alan alimlərin yalnız bir faizi müsəlmanlardır. Azərbaycanlı alimlər arasında “Nobelqazanan alimlərimiz olub. Bu alimlərdən biri bayaq barəsində geniş məlumat verdiyimiz, Almaniyada yaşayan professor Məsud Əfəndiyevdir.

1995-ci ildən İ-NET firmasında işə başlayan azərbaycanlı alim, həmin vaxtdan bu günədək Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə çalışan Bəxtiyar Siracov Nobel alanlar sırasındadır. 

Qeyd edək ki, bəzi nominasiyalarda Nobel mükafatı fərdi şəxslərə deyil, bütövlükdə, bir komandaya verilir. İqtisadiyyat, fizikakimya üzrə mükafatlandırma aparılarkən bu hallar müşahidə olunurB.Siracov da bu şəkildə alıb. Bu barədə alimin özü belə deyir: “Bizim təşkilatın dünyada sülhün təmin olunmasında əvəzsiz rolu varbu rol da 2005-ci ildə “Nobelin verilməsi ilə nəticələndi. Beynəlxalq Nobel Komissiyası bizim işimizi dəyərləndirib və “Nobelsülh mükafatı ilə təltif edib. O mükafat bizə də şamil edilir. Siyahı uzundur. Çünki hamımız sülh prosesinin qorunmasında çox zəhmət çəkmişik. Mən də fəxr edirəm ki, bir azərbaycanlı kimi adım o siyahıda var. O zaman Azərbaycanın adının çəkilməsi və dünyada sülhə xidmət edən bir təşkilatda onun da nümayəndəsinin olması, təbii ki, mənim üçün bir qürurdur”.

“Xaricdə fəaliyyət göstərən və dünya

elminə töhfələr verən alimlərimiz çoxdur

AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, tarixin müxtəlif dönəmlərində azərbaycanlı alimlər dünya elminə böyük töhfələr veriblər. Bu, XXI əsrdə daha aydın şəkildə özünü göstərir. M.Zülfüqarlı hesab edir ki, azərbaycanlı alimlər dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərirlər və biz onları Azərbaycana, cəmiyyətimizə daha yaxından tanıtmalıyıq.

Olduqca aktual bir məsələyə toxunmusunuz. Azərbaycanlı alimlərin xarici ölkələrə getməsi, xarici elm mərkəzlərində, universitetlərdə çalışmasının səbəbi hər kəsə məlumdur. Bilirik ki, Azərbaycan Elmlər Akademiyasında və ali məktəblərdə əməkhaqqının nisbətən aşağı olması, eyni zamanda, öz elmi potensiallarından səmərəli istifadə edə bilməmələri azərbaycanlı alimlərin çoxunun xarici ölkələrə getməsinə səbəb olur. Ad çəkmək olardı, amma sayları az olmadığı üçün, bir-bir sadalamaq çətindir. Biz əvvəllər dünya elminə böyük töhfələr vermiş Lütfi Zadədən danışardıq, Landaunun adı çəkilərdi. Amma indi xaricdə fəaliyyət göstərən və dünya elminə töhfələr verən alimlərimiz çoxdur”.  

Tədqiqatlarla elmə yenilik gətirirlər” 

“Azərbaycan alimləri diasporuİnformasiya Sisteminin yaradıldığını deyən M.Zülfüqarlının sözlərinə görə, bu sistemdə çoxlu sayda azərbaycanlı alimin adı var. Eyni zamanda, AMEA-nın ayrı-ayrı elmi-tədqiqat institutlarının saytlarında bu alimlər, onların dünya elminə verdiyi töhfələr haqda məlumatlar olduğunu qeyd edən M.Zülfüqarlının sözlərinə görə, bu alimlərin fəaliyyəti dünya elmində çox parlaq şəkildə görsənir: “Azərbaycan alimləri müasir dünyanın elm mərkəzlərində apardıqları tədqiqatlarla elmə yenilik gətirirlər. Özü də illərdir bunu edirlər. Bu gün Amerikada, Avropada fəaliyyət göstərən ən üstün alimlər Cənubi Azərbaycandan gedən alimlərdir. Cənubi Azərbaycandan olan alimləri seçə bilmərik, onlar da bizimdir. Azərbaycan alimlərinin dünya elmində göstərdikləri müsbət nəticələr Azərbaycan xalqının qürur yeridir. Bununla yanaşı, çox istərdik ki, gələcəkdə elə bir şərait yaransın və xaricdəki azərbaycanlı alimlər gəlib öz vətənlərində fəaliyyət göstərsinlər, Azərbaycan elminə daha çox fayda versinlər, ölkəmizin elm tutumlu dövlətlərdən birinə çevrilməsinə təkan versinlər. Doğrudur, onlar başqa ölkələrdə çalışsalar da, əslində, dünya elminə fayda verirlər. Bilirsiniz ki, elm milli deyil, elmin nailiyyəti bəşəridir. Amma o alimlər o kəşfləri, ixtiraları Azərbaycanda etsələr, Azərbaycandan dünyaya bu addımları atsalar, bu, Azərbaycanın bir dövlət kimi beynəlxalq nüfuzunun artmasına kömək edə bilər.

Məsələn, elə alimlərimiz var ki, hazırda xarici ölkələrdə internet televiziyaları təşkil ediblər, Azərbaycanla bağlı öz təkliflərini irəli sürürlər, bu alimləri ölkəmizə dəvət etmək, onların potensialından istifadə etmək lazımdır”.

M.Zülfüqarlı hesab edir ki, bu alimləri ölkəmizə dəvət etməliyik. Onun sözlərinə görə, bu gün yalnız fizika-riyaziyyat, biologiya, kimya sahələrində deyil, ictimaihumanitar elmlər sahəsində də Azərbaycanın dünyada çox nüfuzlu alimləri var ki, onların Azərbaycanla əlaqələndirilməsi çox vacibdir. M.Zülfüqarlının sözlərinə görə, hazırda xarici ali məktəblərdə, elm mərkəzlərində azərbaycanlı alimlərə çox böyük şərait yaradılıb və alimlərimiz orada çalışırlar. 

 

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı

Agentliyinin maliyyə dəstəyilə çap olunur.

 

Bakı Xəbər.- 2021.- 6 iyul.- S.10.