Mədəniyyətimizin dünya
təbliğində nisbətən zəif yerimiz
- müstəqillik dövrü kinomuzun problemləri…
Azərbaycan mədəniyyətinin
dünyada tanıdılması işinə uzun illərdir
başlanılsa da, hələ də mədəniyyətin,
incəsənətin elə vacib sahələri, istiqamətlər
var ki, biz onları dünyaya lazımı səviyyədə
təqdim edə bilməmişik.
Məsələn, elə götürək kinonu. Azərbaycan kinosunun dünya kino arenasına çıxışı o qədər dar və məhduddur ki, bir-iki istisnanı nəzərə almasaq, bizim filmlər dünyada tanınmır. Nəinki dünyada, hətta yaxın ölkələrdə, Türk dünyasında belə filmlərimizin təbliğatı çox zəifdir. Azərbaycan kinosunun dünyaya çıxışı zəif olduğu kimi, müxtəlif kateqoriyalı film festivallarında elə də böyük uğur qazana bilmir. Bunun səbəbi əlbəttə, filmlərimizin zəif olması ilə bağlı deyil, əksinə bizim kifayət qədər maraqlı filmlərimiz var. Qətiyyən o iddiada da deyilik ki, Azərbaycanda dünya çapına çıxacaq film çəkmək üçün rejissor yoxdur, əksinə, var.
Niyə biz beynəlxalq
kino festivallarında söz sahibi ola bilmirik?
Azərbaycan kinosunun dünyaya çıxışına mane olan amillərin çox olduğu deyilir. Ekspertlər hesab edir ki, kinomuzu dünyaya
çıxarmaq üçün
müxtəlif şərtlərə
əməl etməliyik.
Yəni dünya kinosunun, kino bazarının öz şərtləri var, biz də o şərtlər daxilində
addımlar atmalıyıq.
Son 30 ildə biz bu addımı ata bilməmişik. İndiyə
qədər nə beynəlxalq Kann Festivalında bir yer qazana bilmişik,
nə də “Oskar”ımız var. Əslində,
kinonun irəliləməsi
üçün bütün
vacib şərtlərə
əməl edilməlidir,
bu sahədə xarici kino şirkətləri
ilə işbirliyi olmalıdır. Azərbaycan
kinosunda peşəkarlar
çoxdur, sadəcə,
o peşəkarların yolunu
açmaq, işlərinə
dəstək vermək
lazımdır. Bir də, təbii ki, burada lobbiçiliyin
də rolu çox olmalıdır…Azərbaycan filmləri beynəlxalq festivallara qatılır, insafən müxtəlif kateqoriyalı
festivallarda ödüllər
də qazanır, amma bununla da
iş bitir. Azərbaycan kinosu beynəlxalq kino festivallarında aparıcı qüvvə
rolunu oynamalıdır.
Çünki bizim filmlər
nə ideya, nə bədiilik, nə aktyor oyunu, nə də texniki cəhətdən zəifdir.
Sadəcə olaraq bizim lobbiçiliyimiz zəifdir.
Azərbaycanın beynəlxalq festivallarda
söz sahibi olması çox vacibdir. Ekspertlər hesab edir ki, Azərbaycan AVROMAŞ-ın üzvü olmalıdır, yalnız bundan sonra kinomuzun
beynəlxalq aləmə
yolu açıla bilər. Mədəniyyət
Nazirliyi kino sahəsi ilə bağlı bir sıra işlərə
start verib, o cümlədən
də Kino Agentliyinin yaradılacağını bəyan
edir. Amma hələ Kino Agentliyi
yaradılmayıb. Belə
bir qurumu 30 il əvvəl
də yaratmaq olardı, amma yaradılmadı ki, Azərbaycan kinosunu beynəlxalq aləmə daşımaq asan olsun.
“Bu mövzularda
film çəkib dünya
arenasına rahatca çıxarmaq olar”
Aktyor Faiq Mirzəyev mövzuya maraqlı bir şərh verib: “Deməzdim ki, Azərbaycanda yaxşı
filmlərin çəkilməyi
üçün istedadlı
aktyorlarımız, yaxud
da pul yoxdur.
Belə bir sual çıxır
ortaya ki, məgər çəkilən
savadsız, mənasız,
duzsuz filmlərə pul xərclənmir? Həmin filmlərdə istedadlı
aktyorlar da var, Hollivud, Bollivud, İran və Türk filmlərinə ayrılan
pul qədər də olmasa da, o filmlərə yaxşı pul ayrılır. Bu problemin kökündə başqa səbəblər
dayanır. Dünya arenasına
çıxmaq üçün
məhəllə kütləsinin
zövqünə yox,
daha bəşəri mətləblərə toxuna
biləcək rejissor,
ssenarist lazımdır
ki, ətrafına istedadlı aktyorları yığsın və o filmə nə qədər lazımdırsa,
o qədər də pul ayrılsın. Belə olsa, filmlərimiz dünya arenasına çıxacaq. Yoxsa, "3 badam
1 qoz” mövzularla, məhəllə mövzuları
ilə, qurşaqdan aşağı söyüşlərlə,
yaradıcı heyətdə
olan birinin yaşadığı primitiv
sevgi macəraları ilə, heyətdəki adamların aralarındakı
zarafatlardan əmələ
gələn ssenarilərlə
alınmayacaq. Dünya qloballaşır,
rejissor, ssenarist sənəti də qloballaşır, onlar dünyada nələrin baş verdiyini, dünyanı nələrin
maraqlandırdığını bilməlidirlər.
Məsələn, deyirik ki, "Sarı gəlin”i ermənilər oğurladı. Bəs yaxşı,
bugünə kimi niyə bu mövzuda
bir film çəkilməyib?
Yaxud da Fransada vəfat
etmiş milyonçu Mirzə Əsədullayevin
qızı, Musa Nağıyevin
nəvəsi, mütərəqqi
fikirli bir xanım Ümbülbanu (Banin) haqqında bir film çəkilməyib.
Bu mövzularda film çəkib dünya arenasına rahatca çıxarmaq olar”.
Türk dünyasının
vahid kino mərkəzi yaradılsın...
Azərbaycanda olan kino mütəxəssisləri
deyir ki, bu sahədə hər şey sıfırdan başlamalıdır. Onlar hesab
edir ki, xarici kino şirkətlərini
Azərbaycana dəvət
etmək lazımdır.
Postsovet ölkələrinin əksəriyyətinin
kinosunun dünyaya çıxışını tezləşdirən xarici
kino kompaniyaları ilə çəkdikləri
müştərək filmlərdir.
Ekspertlərin fikrincə, Azərbaycan
beynəlxalq aləmə
çıxmaq üçün
müştərək layihələrdə
iştirak etməlidir,
amma bizdə beynəlxalq müştərək
kino layihələrinə
maraq elə də yüksək deyil. Ekspertlərin fikrincə, Azərbaycan
AVROMAŞ-a üzv olandan sonra artıq
bizim beynəlxalq aləmdə kinomuzun təbliğinə heç
bir əngəl qalmayacaq. Bu təşkilata
üzvlük həm də bizim kinomuza
sərmayələrin yatırılmasına
şərait yaradacaq.
Azərbaycan kinosunun beynəlxalq
əlaqələrinin gücləndirilməsi
üçün xeyli
işlər də görülməlidir. Ən vacibi
isə kinoprokatdır
ki, bizim filmlərimizin çox cüzi hissəsini kinoprokatda görə bilərik. Dünyanın
çox az
ölkəsində Azərbaycan
kinosunu tanıyırlar.
Acı da olsa deyək
ki, heç Türk dünyasında bizim kino tanınmır.
İstanbulda Türk Şurasının
mediaforumu keçirilərkən
mövzulardan biri kino və serial sahəsində əlaqələrin
qurulması idi. Hətta orada belə təşəbbüslər də
olub ki, Türk dünyasının
vahid kino mərkəzi yaradılsın
və burada kino çəkilişləri,
müşrərək layihələr,
habelə kinonun təbliği həyata keçirilsin. Əslində, bu da maraqlı
ideyadır, həyata keçərsə bu sahədə çox yeniliklərə, inkişafa
imza ata bilərik. Əlbəttə, Azərbaycan kinosu
beynəlxalq aləmdə
tanıdılmalı, festivallarda
yüksək ödüllər
almalıdır...Bunun
üçün isə
qarşıda duran çox böyük çətinlikləri aşmalıyıq.
İradə SARIYEVA
Bakı Xəbər
2021.- 3 noyabr.- S.12.