Müstəqillik dövründə azərbaycançılıq ideologiyası milli ədəbiyyatda necə əks olunub?..

 

Ədəbiyyat, nəsr, poeziya, onlara bir neçə addım yaxın olan publisistika bütövlükdə cəmiyyətin güzgüsü rolunu oynayır. Bütün ali milli ideologiyaları, xalqın birliyini, vahidliyini təbliğ edən vasitə ədəbiyyatdır, nəsrdir, poeziyadır.

 

Bədii ədəbiyyatın ideoji cəhətdən gücü danılmazdır. Bu baxımdan müstəqillik dövrü ədəbiyyatı Azərbaycançılıq ideologiyasının geniş yayılmasında, təbliğatında, şüurlara yeridilməsində mühüm rol oynayıb. 30 ildir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Azərbaycançılıq ideologiyasının son 30 ildə yaranan ədəbiyyatda,  çağdaş  nəşrdə, poeziyada, publisistikada necə əks olunduğu,  müstəqillik dövrü ədəbiyyatda öz əksini necə tapdığı xeyli dərəcədə araşdırılıb. Dövlət müstəqilliyimizin keçdiyi bu 30 il müddətində həm ədəbiyyat, həm də ədəbiyyatşünaslıq sahəsində xeyli irəliləyişlər olub ki, onlar da birbaşa Azərbaycançılığın geniş təbliğatı ilə şərtlənib.

 

Azərbaycançılıq ideologiyası müstəqillik dövrü ədəbiyyatında...

Akademik İsa Həbibbəyli yazır ki, azərbaycançılıq konsepsiyası geniş anlayış olub, özündə azərbaycançılıq məfkurəsini, Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi anlayışlarını, milli-mənəvi dəyərləri, Azərbaycan dili və Azərbaycan ədəbiyyatını, azərbaycanşünaslıq prinsiplərini cəmləşdirir. “Rəşad Məcid, İlqar Fəhmi, Elçin Hüseynbəyli, Yunus Oğuz, Əjdər Ol, Vaqif Bayatlı, Asim Yadigar və başqaları yeni tipli müasir ədəbiyyatı qiymətli əsərlərlə zənginləşdirmişlər. Beləliklə, Azərbaycan ədəbiyyatı təxminən bir əsr ərzində azərbaycançılıq məfkurəsini milli mənsubiyyəti  bildirən  terminoloji anlayışların formalaşdırılmasından istiqlal uğrunda mübarizə idealına qədər yaşadıb inkişaf etdirməsidir. Azərbaycançılıq - ədəbiyyatda milli  düşüncənin yaşadılması ilə  milli istiqlal ideyasının doğulması və həyata keçirilməsinədək olan təkamül proseslərinin əsas hərəkətverici qüvvəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı ardıcıl və müdrik siyasət nəticəsində azərbaycançılıq dünya azərbaycanlılarını və ölkəmizdə yaşayan xalqları birləşdirən multikultural sabit həyat tərzini inkişaf etdirərək daha da möhkəmləndirən ən mühüm  faktora çevrilmişdir. Müstəqillik dövrünün çoxmetodlu Azərbaycan ədəbiyyatında azərbaycançılıq tərənnüm intonasiyası və tempindən dərk və şərh olunma prosesləri istiqamətinə doğru inkişaf etməkdə davam edir. Yeni tarixi epoxanın Azərbaycan ədəbiyyatı milli bədii təfəkkürün çoxsəsli simfonik orkestri kimi  müasir dövrün gerçəkliklərini və romantikasını inamlailhamla vəsf edir. Dövlət ideologiyası səviyyəsinə qaldırılan azərbaycançılıq  müstəqillik dövrü Azərbaycan ədəbiyyatının inkişaf strategiyası, əsas sənət, həyat və hərəkət konsepsiyasıdır. Azərbaycan ədəbiyyatı azərbaycançılıq konsepsiyasının nəinki üzvi tərkib hissəsi, sözün gerçək və böyük mənasında hərəkətverici qüvvəsidir”-deyə akademik məqalələrindən birində yazır.

 

“Son 30 ildə yaranan bədii əsərlərin ruhunda...”

Ədəbiyyatşünaslar qeyd edirlər ki, son 30 ildə Azərbaycan ədəbiyyatında milli məfkurə, milli birlik ideyaları daha geniş əks olunur, dövlətçiliyin vacib elementi olan bu məqam xüsusi qabardılıb.  Ekspertlər haqlı olaraq qeyd edirlər ki, Azərbaycançılıq ideologiyasının təbliği inkişafında ədəbiyyatımızın xüsusi rol oynayıb. 

 

Azərbaycançılıq ideologiyasının ədəbi əsərlərin əsas qaynaöına çevirilməsi sirr deyil. Bu ideologiyanın ədəbi dəyərlərə əlavə yüksəklik qazandırması nəticəsində onlarla ədəbiyyat nümunəsi meydana gəlib. 

 

Ədəbiyyatşünas Leyla Məmmədəliyeva qeyd etdi ki, Azərbaycançılıq ideologyasının ədəbiyyatda dərindən özünü ifadə etməsi özünü bu gün daha ifadəli praktik şəkildə göstərir. “Son 30 ildə yaranan bədii əsərlərin ruhunda azərbaycançılıq varş Milli məfkurəyə, dövlətçiliyə, milli tariximizə bağlı çoxlu sayda əsərlər yazılıb. Sirr deyil ki, son illər daha çox tarixi janrda romanlar, dram əsərləri yazılıb”.

 

“...Milli müstəqilliyimizin bərpası ilə bu sahəyə diqqət ...”

Ədəbiyyatşünas, ədəbi tənqidçi  Elnarə Akimova isə diqqəti daha çox azərbaycançılıq ideologiyasının uşaq ədəbiyyatında necə əks olunmasına yönəldir: “....1990-cı illərdə milli müstəqilliyimizin bərpası ilə bu sahəyə diqqət artmış, hər cür ideoloji diktələrdən arınmış uşaq ədəbiyyatının problemlərinin öyrənilməsi prosesləri başlanılmışdır. Azərbaycanın öz siyasi-dövlət müstəqilliyinin bərpası ilə ölkədə uşaqların yeniyetmələrin həqiqi vətəndaş kimi yetişdirilməsinə, onların yüksək əxlaqi keyfiyyətlər, milli-mənəvi dəyərlər ruhunda tərbiyələnib böyüməsinə diqqət qayğı artmış, bu işdə əsas vasitələrdən olan bədii ədəbiyyatın roluna ayrıca önəm verilmiş - uşaq ədəbiyyatının təkcə çağdaş durumunu deyil, onun təşəkkül inkişaf tarixini, bu sahədə fəaliyyət göstərmiş yazıçı şairlərin bədii irsini, xidmətlərini ətraflı öyrənib, obyektiv elmi meyarlarla qiymətləndirmək təməl prinsip kimi irəli sürülmüşdür”.

 

E.Akimovanın qənaətinə görə, çağdaş ədəbiyyatımızın, milli məfkurə xəttinin formalaşma mərhələsi kimi XIX əsrin sonu XX əsrin əvvəllərinin mətnləri ciddi qaynaq hesab edilir uşaq ədəbiyyatının da formalaşması sinxron olaraq eyni zaman kəsiminə təsadüf edir. Milli mətbuatın, maarifçiliyin, milli məfkurə dalğasının yaranışı intişarı baxımından. belə bir düşüncə təlatümündə bu ədəbiyyatın faydalandığı, nələrisə əxz etdiyi, təsirləndiyi məxəzlər, müxtəlif ölkələrin mətnləri var ki, onların öyrənilməsi, müqayisəli şəkildə təhlil edilib üzə çıxarılması vacib məqamlardır. Dünya təcrübəsinin milli kontekstə daxil edilməsinin bütün cəhdləri öz şərhini, qiymətləndirilməsini gözləyir.

 

Prosesi mərhələlərə bölən ekspert qeyd edib ki, üçüncü mərhələ sovet hakimiyyətinin süqutu tariximizə milli müstəqillik kimi daxil olan yeni epoxanın başlanğıcı ilə eyni zamanı ehtiva edir. Ümumilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə müstəqil dövlətin qurulması inkişafı yönümündə xalqın maraqlarına xidmət edən siyasət əsas prioritetə çevrildi. Ölkənin bütün sferalarında, o cümlədən humanitar düşüncə sistemində gedən yeni təfəkkür prosesləri, azərbaycançılıq ideologiyasının qabardılması, milli məfkurə xəttinin önə çəkilməsi, uşaqlara qayğı diqqətin artırılması, gənc, savadlı nəslin formalaşmasının əsas qayə təşkil etməsi müstəqillik təntənəsinin nəticəsi idi.

 

Azərbaycan uşaq ədəbiyyatının təşəkkülü formalaşması tarixi son iki əsri əhatə etsə , ona göstərilən bu diqqət maraq həmişə öndə olmuş, ədəbiyatımızın bütün dövrlərinin kontekstində, şifahi yazılı ədəbiyyat nümunələrinin timsalında şərhinə varılmışdır”-deyə E.Akimova qeyd edib.

 

Beləliklə, milli məfkurə, azərbaycançılıq nəinki böyüklər üçün olan ədəbiyyatdan, hətta uşaq ədəbiyyatından da işıqlı xətt kimi keçir.

 

İradə SARIYEVA

 

Bakı Xəbər .-2021.- 29 oktyabr.- S.10.