Aprel döyüşləri Zəfər tariximizin başlanğıcıdır!

 

Bu gün bütün dünya Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən danışır. Bəli, 44 günlük Vətən müharibəsində şanlı ordumuz 30 illik yurd həsrətinə son qoydu.İşğal altındakı yurdumuzun cənnət guşəsi Qarabağımız yağı taptağından qurtuldu. Şanlı Zəfər tariximizin başlanğıcı isə altı il əvvələ-2016-cı Aprel döyüşləri ilə qoyulmuşdu.

 

80-ci illərin ortalarından başlayaraq erməni terrorçuları öz havadarlarının köməyi ilə yeni ərazi iddiaları irəli sürməyə başladılar. Nəticədə torpaqlarımızın 20%-i işğal olundu.Erməni silahlı birləşmələrinin törətdikləri vəhşiliklər nəticəsində minlərlə günahsız insan xüsusi amansızlıqla qətlə yetirilmiş, 1 milyondan çox soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşmüşdü.Erməni vandalları  həm insani ,həm mədəni,həm də ekoloji soyqırımlar törətmiş,bu ağrı – acı xalqımızın qəlbində dərin yaralar açmışdı. Azərbaycan xalqı heç cür işğalla barışmaq istəmir,qisas hissi ilə alışıb yanırdı.

 

1994-cü il mayında Azərbaycan və Ermənistan arasında atəşkəs imzalandıqdan sonra qarşı tərəf buna əməl etmir, demək olar ki, düşmən hər gün yaşayış məskənlərini hədəf alırdı. Bu, əslində erməni işğalçılarının öz mənfur niyyətlərindən əl çəkmədiyinin göstəricisi idi. 2016-ci ilin mart ayında  da erməni təxribatçıları hər gün atəşkəs rejmini pozur, dinc sakinləri hədəf alırdılar. Artıq düşmənə dur demənin vaxtı çatmışdı.Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı birləşmələri Azərbaycanın ön xətt mövqelərini və yaşayış məntəqələrimizi intensiv artilleriya atəşinə tutur. Bu zaman ordumuzun bölmələri əks-həmlə əməliyyatları ilə düşmənə layiqli cavab verir. Ordumuzun apardığı uğurlu əks-hücum əməliyyatları nəticəsində düşmənin təxribatlarının qarşısı tamamilə alınır. Beləliklə, Ermənistan ordusu ağır məğlubiyyətə uğradılır. 2016-cı ilin aprelin 1-dən 5-nə qədər davam edən bu döyüşlər tariximizə Aprel döyüşləri kimi düşür.

 

Qeyd etdiyimiz kimi Ermənistan silahlı birləşmələri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə cəbhə boyu yaşayış məntəqələrini atəşə tutmuşdu.Bu zaman Ali Baş komandan İlham Əliyevin göstərişi ilə ordumuz mülki əhalinin təhlükəsizliyinin təmin olunması üçün Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində dərhal cavab tədbirləri həyata keçirməyə başladı.Qısa bir müddətdə erməni terrorçuları ağır məğlubiyyətə uğradıldı.Döyüşlərin ilk saatlarında düşmənə məxsus 6 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi.Ordumuz qısa bir müddətdə surətli əks-hücum əməliyyatları nəticəsində düşmənin illərdən bəri möhkəmləndirdiyi istehkamları,müdafiə xəttlərini yara bildi.Uzun illər düşmən cəbhə xəttində mühəndis istehkam baxımından dayanıqlı müdafiə xətti hazırlamışdı.Bu istehkam xəttlərinin yarılması düşmənə ağır zərbə idi.Əməliyyatlar zamanı düşmənin Ağdərə ,Suqovşan və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyyat qüvvələri ordumuz tərəfindən zərərsizləşdirildi.Bütün bunlar ordumuzun yüksək döyüş hazırlığında olduğunun göstəricisi idi.

 

Silahlı Qüvvələrimizin düşmənin mövqelərinə ard-arda vurduğu zərbələr ,kəşfiyyatçılarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonuNaftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ,cənubda isə Horadiz qəsəbəsi və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm əlverişli ərazilər düşməndən azad edildi.Azad olunmuş ərazilərdə ordumuzun  yeni mövqeləri yerləşdirildi.Surətli əks –hücum əməliyyatları zamanı ordumuz Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlı kəndi,Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Suqovşan kəndi istiqamətində yüksək strateji əhəmiyyətli məntəqələri düşməndən tamamilə təmizlədi.4 günlük Aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri 2000 hektardan çox ərazini düşmən tapdağından azad etmiş,həmçinin min hektardan çox ərazi Azərbaycan ordusunun nəzarətinə keçmişdir.Aprelin 1-dən 5-nə qədər davam edən bu döyüşlərdə ordumuz düşmənin 30-dan çox tankını ,25-dən çox artileriya qurğusunu ,saysız-hesabsız zirehli texnikasını sıradan çıxartmışdı.Aprel döyüşləri zamanı düşmənin 300-dən çox hərbçisi öldürülmüş,500-dən çox hərbçisi yaralanmışdı.

 

Aprel döyüşləri zamanı qazanılan qələbə  ordumuzun uzun illərdən sonra qazandığı ilk qələbə idi.Şanlı ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr nəticəsində “məğlubedilməz erməni ordusumifi dağıdıldı.Erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi.Bu qələbə ordumuzun döyüş ruhunu ,ordu ilə xalqın,dövlətin birliyinin təcəssümü idi.

 

Aprel döyüşləri zamanı ordumuzun qəhrəmanları misilsiz şücaət göstərdi.Bu şərəfli tarixi 100-ə yaxın Azərbaycan igidi öz qanı ilə yazdı.Ordumuzun hər bir fərdi öz əzmi ,öz xüsusi döyüş ustalığı ilə bir salnamə yazdı.Ordumuzun yüksək rütbəli hərbçisi-Polkovnik-leytinat Murad Mirzəyev də o qəhrəmanlardan biri idi.O,Talış kəndi ətrafındakı yüksəkliklərin düşməndən azad olunmasında xüsusi qəhrəmanlıq göstərmiş,qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olmuşdu.Ölümündən sonra prezident İ.Əliyev tərəfindən Milli Qəhrəman adına layiq görülmüşdü.4 günlük döyüşlərin saysız hesabsız qəhrəmanı var.Aprel döyüşləri “Murov qartalı”ləqəbli polkovnik-leytinant Raquf Orucovun,Pəncəli Teymurovun,Samid İmanovun,Mahud Orucovun,Təbriz Musazadənin,Urfan Vəlizadənin,Əbubəkr İsmayılovun  və neçə - neçə tanımadığımız igidlərin yazdığı qəhrəmanlıq salnaməsidir.

 

Bu döyüşlər aprelin 5-də bir sıra dünya dövlətlərinin xahişləri nəticəsində Azərbaycan ordusu əks-hücum əməliyyatlarını dayandırdı.Bu döyüşlər göstərdi ki,Azərbaycan ordusu yüksək döyüş hazırlığındadır və istənilən an öz törpaqlarını düşmən tapdağından azad etmək əzmindədir.Ordumuzun gücü-qüdrəti düşmənə öz yerini göstərdi.Artıq həm Ermənistan ,həm də dünya dövlətləri Azərbaycan ordusunun nələrə qadir olduğunun şahidi oldular. Dördgünlük” müharibənin əhəmiyyələrindən birio idi ki,Qarabağ münaqişəsi “donmuş konfliktstatusundan çıxaraq potensial qaynar nöqtə statusu qazandı.Bu döyüşlərdən sonra həm münaqişə tərəflərinin,həm də vasitəçi ölkələrin bu problemə yanaşması dəyişdi.Artıq bölgədə yeni siyasi reallıqlar yaranmış,təmas xətti dəyişmişdi.

 

Aprel döyüşlərinin birinci ildönümündə Ali Baş Komandan Prezident  İlham Əliyev öz çıxışında dediyi kimi: Aprel döyüşləri bizim şanlı qələbəmizdir.Dövlətimizin,ordumuzun ,xalqımızın gücünü göstərən qələbədir.Bu döyüşlər onu göstərdi ki,Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq,öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.Ali Baş Komandanın dediyi kimi Azərbaycan xalqı və dövləti işğalla barışmadı və öz torpaqlarını düşməndən təmizləməyi bacardı .Bəli,Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Vətən müharibəsində Böyük Qələbəyə gedən yolda bir mayak oldu Aprel döyüşləri.6 il əvvəl düşmənin üzərində qazanılan hərbi üstünlük ordumuzda yüksək əhval – ruhiyyə,döyüş əzmi ,psixoloji üstünlük  qazandırdı.Aprel döyüşləri ordumuzun şəxsi heyyəti üçün sanki bir sınaq ,kəşfiyyat xarakterli döyüş oldu.Bu döyüşlər ordumuzun döyüş təcrübəsini artmasında böyük rol oynadı.Həmin döyüş təcrübəsini 2020-ci sentyabrın 27-dən noyabrın 10-na kimi davam edən 44 günlük Vətən müharibəsində uğurla davam etdirən Azərbaycan ordusu öz ərazi bütövlüyünü təmin etdi.6 il öncə Lələtəpə yüksəkliyinə sancılan bayrağımız bu gün mədəniyyət beşiyimiz Şuşada dalğalanır.4 gündən 44 günə yazılmış dastandır Zəfər tariximiz.

 

Bu gün Aprel döyüşlərində,Vətən müharibəsində ,ümumilikdə torpaqlarımızın bütövlüyü uğrunda canından –qanından keçmiş bütün qəhrəmanlarımızı dərin hörmət və minnətlə anırıq.Biz və bizdən sonrakı nəsillər torpaqlarımızı göz bəbəyi kimi qorumalı,qanla suvarılan bu vətən torpaqlarında açan gülləri solmağa qoymamalıyıq!

 

Nəsirova Nərmin Rafiq qızı

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji

Kollecinin Humanitar FBK-nın müəllimi

 

Bakı Xəbər  2022.- 31 mart.- S.7.