Texnoloji tərəqqi media
sektorunun təsir dairəsini də sürətlə
dəyişdirir
Söz və ifadə azadlığı hüququn, insan azadlıqların mühüm tərkib hissəsidir. Artıq beynəlxalq miqyasda da məsəsləyə məhz bu prizmadan yanaşılır.
Xatırlatmaq yerinə düşərdi ki, BMT Baş Assambleyasının 1946-cı ildə keçirilən ilk iclasında insan hüquqlarına dair əsas beynəlxalq müqavilələr və sazişlər imzalanmazdan əvvəl 59 saylı qətnamə qəbul edilib. Həmin qətnamadə deyilir: “Məlumat azadlığı əsas insan hüququdur və Birləşmiş Millətlər Təşkilatının yurisdiksiyasında olan bütün azadlıqların meyarıdır”. Bu, söz, məlumat azadlığına beynəlxalq hüquq sistemində hansı yüksək qiymətin verilməsinin faktiki təzahürüdür.
Media daha çox auditoriyanı əhatə etməyə başlayıb
Fikir və ifadə azadlığı sərhədlərdən asılı olmayaraq məlumatları, ideyaları axtarmaq, almaq və yaymağı özündə ehtiva etdiyindən bu müstəvidə azadlıqlar informasiya cəmiyyətinin də mühüm əsaslarıdır. Elə Azərbaycanda d məsələyə məhz bu prizmadan yanaşılır. Ölkəmizdə azad, müstəqil və plüralist media “yaşından” asılı olmayaraq demokratik cəmiyyətdə düzgün idarəetmənin təmin edilməsində əsas rol oynayır. Açıq və plüralist media o zaman dəyərlidir ki, o, sadəcə olaraq cəmiyyətin öz həqiqi əksini görə biləcəyi “güzgü” rolunu oynayır. Halbuki, müasir dövrdə söz azadlığı dünyanın bir çox yerlərində belə demək olarsa, xəyal kimi qalmaqda davam edir. Amma Azərbaycana nəzər saldıqda ölkəmizdə fərqli bir durum hökm sürür.
Bu gün Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi mediaya daha çox auditoriyanı əhatə etməyə imkan verir. Bununla həm də praktikada insanlara məlumat və ifadə azadlığı verir. İnformasiya-kommunikasiya texnologiyaları məlumatların sürətli və kütləvi şəkildə yayılması, eləcə də şəffaflığın, yüksək idarəçiliyin artırılması üçün real imkan yaradır. Azərbaycanda, eləcə də qlobal miqyasda informasiya sənayesi genişlənir, ənənəvi media sistemlərinin sektorları arasında sərhədləri pozur. Məlumatların nəhəng, praktiki olaraq qeyri-məhdud genişliyi dünyanın bütün informasiya məkanını istehlakçı üçün açıq edir. Ənənəvi kütləvi informasiya vasitələrinə xas olmayan daha yüksək interaktivlik, istehlakçı ilə ünsiyyət, forma və metodların daha çox çevikliyi bu prosesdə özünü qabarıq büruzə verir. Yerüstü, kabel və peyk televiziyası, internet qarşılıqlı əlaqənin bütün çətinliklərinə baxmayaraq, bir yerdə mövcuddur, bir-birini tamamlayır, informasiyanı daha əlçatan edir. Müasir şəbəkələrdə ənənəvi nəşr texnologiyaları müxtəlif məzmun növlərini bir araya gətirərək audiovizual texnologiyalarla inteqrasiya olunur. Belə inteqrasiya informasiya sənayesinin genişlənməsinə, ənənəvi media sistemlərinin sektorları arasında sərt sərhədlərin silinməsinə və yeni açıq media sistemlərinin yaranmasına gətirib çıxarır. Ən son informasiya-kommunikasiya texnologiyaları bəşəriyyət tərəfindən toplanmış informasiyanın elektron formadan rəqəmsal formada genişmiqyaslı ötürülməsinə keçməyə imkan verib. Müxtəlif audiovizual, multimedia məlumatlarının təqdim edilməsinin bu formaları informasiyanın istehsalı, saxlanması və yayılması proseslərini keyfiyyətcə yeni səviyyədə təşkil etməyə imkan verir. Hazırda rəqəmsal, multimedia interaktiv kommunikasiya texnologiyaları ölkələr arasında sərhədlərini genişləndirir, dünyanın müxtəlif regionlarında daha əlçatan olur. Həm telefon, həm də kabel şəbəkələrinin ötürmə kanalları arasında birləşmə var. Obrazl şəkildə desək, fiber optik kabelə əsaslanan bütün rabitə növlərinin telekommunikasiya strukturuna inteqrasiyası bir növ bütün cəmiyyətin mərkəzi sinir sistemi kimi xidmət edir.
Yeni media Azərbaycanda
da sürətlə inkişaf edir
Qeyd edilənlərə paralel
olaraq ölkəmizdə
və dünyada texnoloji dəyişikliklər
nəticəsində kommunikasiya
mesajlarının istehsalının,
saxlanmasının, yayılmasının
və qəbulunun ənənəvi üsulları
xeyli modernləşib. Bura sosial
şəbəkələrin də əlavə edilməsi həytta yeni media anlayışını
ərsəyə gətirib.
Düzdür, indiyə qədər
yeni medianın vahid, hamı tərəfindən qəbul
edilmiş tərifi yoxdur. Lakin bir çox
tədqiqatçılar yeni
medianın ümumi xüsusiyyətlərindən də
bəhs edir. Birincisi, onlar ekrana, konkret
palrformlara bağlıdırlar.
İkincisi, onlar eyni vaxtda mətn, səs, video təsvir, həm statik, həm də hərəkətli şəkillər
təklif edirlər.
Bu da o deməkdir
ki, yeni media çox interaktivdir.
Bunlar fonunda demək olar ki, yeni
media interaktiv və rəqəmsal şəkildə
yayılan istənilən
KİV məhsuludur. Genişlənən media məkanında çap, analoq radio və televiziya “köhnə”
media kimi qəbul edilir, informasiyanın çatdırılması üçün
yeni kanallar və informasiyanın özü rəqəmsallaşmaya
əsaslanır. Bu da yeni medianın
mühüm xüsusiyyətidir.
Yeni medianın digər bir xüsusiyyəti onun istehlakının daha fərdi xarakter daşımasıdır.
Məsələn, bir şəxs
özü yeni media vasitəsi yaradıb informasiya xidmətləri göstər bilir. Yeni media ünsiyyət imkanlarını
da artırır.
Yeni kütləvi kommunikasiya vasitələri insanlararası
ünsiyyəti maneələr
olmadan həyata keçirməyə imkan verir. Bunun əyani sübutu
internetin inkişafıdır.
Bütün bunlar o deməkdir
ki, kütləvi informasiya vasitələrinin
fəaliyyətinin keyfiyyətcə
yeni səviyyəsi kommunikasiya nəzəriyyələrinin
yenidən nəzərdən
keçirilməsini tələb
edir. 1970-1980-ci illərdə tədqiqatçılar
yeni texnologiyalardan istifadənin həyat standartlarını yüksəldəcəyini
və ölkələr
arasında bərabərsizliyi
azaldacağını proqnozlaşdırmışdılar.
1990-cı illərdə bir sıra alimlər
yeni kommunikasiya texnologiyasının yeni sosial təbəqə - “informasiya zəngini” və “informasiya kasıbı” yaratmasından
narahat olduqlarını
bildirdilər. XXI əsrin əvvəllərində
informasiya münasibətlərində
ümumbəşəri dəyərlərin,
qanunların və beynəlxalq hüquq normalarının prioritetliyi
ruhunda informasiya azadlığının yeni
demokratik anlayışı
inkişaf etdirildi.
Azərbaycan da məsələyə məhz
bu fonda
yanaşır. Amma daim
diqqət yetirilməsi
vacib olan məqmalardan biri saxta məlumatlarla bağlıdır. Belə məlumatlara
qarşı mübarizə
Azərbaycan və bütün dünya üçün aktualdır.
Hesab edilir ki, saxtakarlığa
qarşı yaxşı
arqumentlər və dəqiqliklə mübarizə
aparılmalıdır. Bu zaman yeni medianın imkanları da lazımı formada səfərbər olunmalıdır.
Tahir TAĞIYEV
Bakı Xəbər
2022.- 14 aprel.- S.7.