Azərbaycan dünyanın multikulturalizm mərkəzinə dönür

 

Dini və milli tolerantlıq müasir dünyada getdikcə ən çox  müzakirə olunan məsələlər sırasında yer almağa başlayır. Bu da səbəbsiz deyil.

 

Qeyd edək ki, dinimilli tolerantlıq vətəndaş cəmiyyətinin bütün fərdlərinin həm dinə və milliliyə, həm də konfessiyaya mənsubiyyətinə görə fərqli olmaq hüququnda təzahür edən dəyər və sosial norma kimi başa düşülür. Bu mənada dinimilli tolerantlığın formalaşması mexanizmləri bütün ictimai münasibətlər sistemi, konstitusion demokratik hüquq və azadlıqların tam həyata keçirilməsi imkanları, şəxsiyyətin və cəmiyyətin mənəvi mədəniyyətinin səviyyəsi ilə bağlıdır. Azərbaycan məhz bu fonda dünya üçün hələ də ən uğurlu nümunələrdən biri kimi qalmaqda davam edir.

 

Ölkəmizdə dinimilli tolerantlıq mühiti dünya üçün unikal nümunədir

Dinimilli tolerantlıq bu gün Azərbaycanda sülhün, sabitliyiniqtisadi tərəqqinin təmin edilməsində həlledici amilə çevrilib. Ölkə əhalisi üçün tolerantlıq prinsipi təkcə siyasi mədəniyyət norması deyil, həm də dövlətçiliyin əsas prinsiplərindən biridir.

 

O da mühüm faktdır ki, qloballaşma dövründə Azərbaycan cəmiyyətinin mənəvi həyatının modernləşdirilməsi dinə yeni konstruktiv yanaşma olmadan mümkün deyil. Tarixən Azərbaycan Şərq və Qərbin müxtəlif dinləri, mədəniyyətləri və sivilizasiyaları arasında yol qovşağı, görüşdialoq məkanı olub. Azərbaycan  xalqının mədəni və etik ənənələrindən miras qalan tolerantlıq bu gün və gələcəkdə  də vətəndaş sülhünün qorunması üçün yaxşı əsasdır. Müstəqillik illərində Azərbaycan dövləti tərəfindən bütün konfessiyalar: müsəlmanlar, pravoslavlar, katoliklər, protestantlar, yəhudilər üçün mütləq din azadlıq təmin edilib. Dini qurumların kəmiyyət və keyfiyyət artımı da bundan qaynaqlanıb. Buna paralel olaraq milli müstəvidə də Azərbaycan cəmiyyəti daim yüksək tolerantlığı ilə seçilib. Eyni zamanda multikultural cəmiyyətin mövcudluğu ölkəmizdə dövlət siyasəti həddinə yüksəlib. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnikdini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bu gün də Azərbaycanda aparılan multikulturalizm dövlət siyasəti öz müsbət nəticələrini verir. 2014-cü ildən isə multikulturalizm ideologiyası öz əksini dövlət xidməti şəklində tapmağa başlayıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi vasitəsilə ABŞ-da, Avropada, yaxın və uzaq ölkələrdəki universitetlərdə “Azərbaycan multikulturalizmi” fənni tədris olunmağa başladı. Xatırladaq ki, mərkəzin yaradılmasının əsas məqsədi ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini təmin etmək, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq, təşviq etməkdir. Bu gün Azərbaycanda multikulturalizm sahəsində bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi proqramı uğurla həyata keçirilir. Nəticədə Azərbaycan dünyada multikultural dəyərlərin inkişaf etdiyi ölkə kimi də yaxşı tanınır. Hətta beynəlxalq miqyasda etiraf edilir ki, multikulturalizmin Azərbaycan modeli ölkəmizin beynəlxalq arenada yeni uğurlu brendinə çevrilib.

 

Dini maariflənmə dini radikalizmin qarşısında böyük səddir

Azərbaycanda tolerantlıqla bağlı mühüm xarakterik cəhət ondan ibarətdir ki, burada dini, milli birliklər cəmiyyətdən təcrid olunmuş şəkildə təkbaşına mövcud deyil. Onlar həm də cəmiyyətdə vətəndaş sülhünün və mənəvi harmoniyanın möhkəmləndirilməsinə yönəlmiş sosial-mədəni tədbirlərdə fəal iştirak edirlər. Elə bu da olduqca ciddi bir təhlükənin qarşısını alır. Söhbət dini radikal qrupların fəaliyyətinin əngəllənməsindən gedir.

 

Ölkəmizdə əhalinin dini savadsızlığının artırılması, dövlətin bu işdə fəaliyyəti öz müsbət nəticələrini verir. Dini məsələlərdə maariflənmə, daha parlaq gələcəyə can atmaq üçün müvafiq vətəndaş cəmiyyətinin formalaşması prosesində dövlət mühüm addımlar atır. Qəbul edilir  ki, “Din dövlətdən ayrıdır” şüarının mənası dinin cəmiyyətdə yerinin olmaması deyil, dinin hakimiyyətdən ayrı olması deyil, bir sosial institut kimi zorla cəmiyyətdən qoparılmamasıdır. Azərbaycan gənclərinin din haqqında biliklərinin artırılması digər konfessiyaların tarixi və mədəni irsi ilə tanış olmağa, müxtəlif millətlərin və dini inancların nümayəndələri arasında qarşılıqlı anlaşmanın yaxşılaşdırılmasına töhfə verir.  Həmçinin dinin dünyəvi dünya görüşünə, Qərb sivilizasiyasına, modernizmə qarşı çıxmasının qarşısı bununla alınır.  Bu arada etiraf edilməlidir ki, XX əsrin sonu və XXI əsrin əvvəlləri çoxları üçün gözlənilmədən din amilinin siyasətə və ictimai həyata qayıtması ilə yadda qaldı. Ən diqqət çəkən İslamın yüksəlişi oldu. Lakin beynəlxalq dini arenada mühafizəkar, ənənəvi və ortodoks hərəkatların da hər yerdə yüksəlişdə olması diqqətdən yayınmadı. Bu, ABŞ-da (protestantlığın əsas axınının tənəzzülü və yevangelist hərəkatların artması), Rusiyada (pravoslavlığın dirçəlişi), katolik ölkələrində, İsraildə (yəhudilikdə mühafizəkar hərəkatın təsirinin artması), Hindistanda özünü daha qabarıq büruzə verdi. “Gallup International” mərkəzinin bu fonda apardığı sorğuya əsasən,  dünya sakinlərinin yarıdan çoxu (59%) özlərini dindar hesab edirlər. Yer kürəsinin hər beşinci sakini (23%) özünü dindar olmayan şəxs adlandırıb. Və yalnız səkkiz nəfərdən biri (13%) ateist olduğunu bildirib. Beləliklə, tədqiqatın nəticələrindən göründüyü kimi, planetimizin sakinlərinin yarıdan çoxunun özünü dindar hesab etdiyi bir şəraitdə Azərbaycan cəmiyyətinin mədəni-sivilizasiya məkanında dini dözümlülüyü sabit tərəqqinin əsası və təminatıdır. Bu, həm də dini radikalizmə arşı olduqca ciddi müqavimətin yaranması deməkdir.

 

Tahir TAĞIYEV

 

Bakı Xəbər .- 2022.- 30 aprel.- S.10.