Vətənpərvər vətəndaşlar müstəqil inkişafın təməl sütunudur

Vətənpərvərlik, bu ruhda gənc nəslin tərbiyə edilməsi indi hər bir ölkə üçün müasir şərtlər daxilində müstəsna əhəmiyyət kəsb edir. Bu da təsadüf hesab edilmir.

Çünki, qlobal müstəvidə geosiyasi ziddiyyətlərin dərinləşdiyi, savaşların artdığı bir vaxtda hər bir dövlətin ayaq üstdə qalmasını şərtləndirən başlıca məqamlardan biri məhz vətənpərvər nəsilə, gənclərə sahib olmasıdır. Əks halda onun başqalarının təsiri altına düşməsi qaçılmaz olur. Günümüzdə bu xüsusda misalların sayı yetərincədir.

Vətənpərvərlik dövlətin həyat qabiliyyətinin mənəvi əsasıdır

Birmənalı həqiqətdir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsini şərtləndirən əsas məqamlardan biri vətənpərvər gənclər oldu. Məhz onlar düşmənin ərazilərimizdən qovulmasında, məhv edilməsində müstəsna rol oynadılar. Qazanılan qələbə Azərbaycan müstəqil dövlət olaraq inkişafında yeni bir mərhələnin başlanmasına gətirib çıxardı. Bu müstəvidə davamlı inkişaf yenə vətənpərvər gənclərdən, ümumiyyətlə,  vətənpərvər nəsildən bilvasitə asılıdır.

Məsələ burasındadır ki,  Vətənə məhəbbət, sədaqət doğma yurdun, ölkənin mənafeyinə xidmət etmək, bu yolda fədakarlıq deməkdir. Şəxsi səviyyədə vətənpərvərlik insanın dünya görüşündə, əxlaqi ideallarında, davranış normalarında ifadə olunan ən mühüm, sabit xüsusiyyəti kimi çıxış edir. Makro səviyyədə vətənpərvərlik öz xalqına, onun həyat tərzinə, tarixinə, mədəniyyətinə, dövlətinə, fundamental dəyərlər sisteminə münasibətdə kollektiv əhval-ruhiyyədə, hisslərdə, qiymətləndirmələrdə təzahür edən ictimai şüurun mühüm hissəsidir. Bu fonda  vətənpərvərlik insanın hərəkətlərində, fəaliyyətində özünü göstərir. Vətənə məhəbbətdən qaynaqlanan vətənpərvərlik hissləri öz yetkinləşmə yolunda bir sıra mərhələlərdən keçərək ümumxalq vətənpərvərlik özünüdərkinə, Vətənə şüurlu məhəbbətə yüksəlir. Vətənpərvərlik həmişə konkretdir, real obyektlərə yönəlib.  Vətənpərvərlik dövlətin həyat qabiliyyətinin mənəvi əsasıdır cəmiyyətin inkişafı, fərdin fəal vətəndaş mövqeyi, Vətənə fədakar xidmətə hazır olması üçün mühüm daxili səfərbərlik resursu kimi çıxış edir. Burada o da nəzərə alınmalıdır ki, vətənpərvərlik sosial fenomen kimi hər bir xalqın dövlətçiliyin mövcudluğunun inkişafının möhkəmlənməsi üçün əsasdır. Eyni zamanda digər mühüm məqam odur ki, vətənpərvərlik xalqın ən yaxşı milli ənənələrini Vətənə xidmətə sədaqətlə ahəngdar şəkildə birləşdirir. Həmçinin, vətənpərvərlik millətçilik, separatizm kosmopolitizmə yad olan beynəlmiləlçiliklə qırılmaz şəkildə bağlıdır. Təqdirəlayiq haldır ki, vətənpərvərlik Azərbaycan xalqının  milli xarakterinin ən parlaq xüsusiyyətlərindən biridir. Əslində, Azərbaycan vətənpərvərliyinin öz xüsusiyyətləri var. Əvvəla bu, Azərbaycan  vətənpərvərlik ideyasının yüksək humanist yönümüdür. Bunun xüsusiyyəti kimi dini dözümlülük, qanuna tabelik, xalqımızın kollektiv həyata davamlı meyli, doğma yurda xüsusi sevgisini qeyd etmək olar. Məhz bu fonda dövlət qarşısında duran əsas missiyalardan biri vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi, bu müstəvidə resurslardan düzgün istifadə edilməsidir.

Vətənpərvərlik tərbiyəsi çoxşaxəli xarakterə malikdir

Real təcrübələr göstərir ki, vətənpərvərliyin ictimai şüurun ən mühüm komponenti kimi qiymətləndirilməməsi cəmiyyətin dövlətin inkişafı üçün zəruri olan sosial-iqtisadi, mənəvi mədəni əsasların zəifləməsinə gətirib çıxarır. Bu, Azərbaycan vətəndaşlarının ümumi təhsil sistemində vətənpərvərlik tərbiyəsinin prioritetini müəyyənləşdirir.

Düzgün vətənpərvərlik tərbiyəsi vətəndaşlar arasında sosial əhəmiyyətli əsas istiqmətlərin formalaşdırılmasını, şəxsi ictimai maraqların ahəngdar birləşməsini, cəmiyyətə yad olan proseslərin hadisələrin rəddini nəzərdə tutur. Bu  halda vətənpərvərlik tərbiyəsi texnologiyası Azərbaycanın bir dövlət kimi milli dirçəlişi üçün şərait yaratmağa xidmət edir. Burada vətənpərvərlik tərbiyəsinin istiqamətlərinə xüsusi diqqət etmək lazımdır. Məsələn, məlumdur ki, vətənpərvərlik tərbiyəsinin tərkib hissəsi dövlət xidmətinin xüsusi növü kimi hərbi xidmətə hazırlığın inkişafına yönəlmiş hərbi-vətənpərvərlik tərbiyəsidir. Hərbi-vətənpərvərlik tərbiyəsi konkret diqqət, hər bir vətəndaşın Vətənə xidmətdəki rolunu yerini dərindən dərk etməsi, hərbi xidmətin tələblərinin yerinə yetirilməsi üçün yüksək şəxsi məsuliyyət, zəruri keyfiyyət bacarıqların inkişaf etdirilməsi zərurəti ilə xarakterizə olunur. Bu fonda ölkəmizdə hərbi qulluqçuların vətənpərvərlik tərbiyəsi  hərbi təhsilinin vahid sistemi çərçivəsində təşkil edilir həyata keçirilir. Beynəlxalq terrorizmlə mübarizə kontekstində isə vətəndaşların vətənpərvərlik tərbiyəsi Azərbaycanın  milli maraqları ilə müəyyən olunmalı onun təhlükəsizliyinin xarici daxili təhdidlərdən təmin edilməsində vətəndaşların fəal iştirakını təmin etməlidir. Digər istiqamətlərdə düzgün hədəflər müəyyən olumlaı, bu əsasda cəmiyyətdə vətənpərvərlik hisslərinin inkişafı əsas diqqət mərkəzində olmalıdır. Daha bir mühüm aspekt odur ki, vətənpərvərlik tərbiyəsinin məqsədi Azərbaycan cəmiyyətində yüksək ictimai fəallığın, vətəndaş məsuliyyətinin, mənəviyyatının inkişafı, Vətənin maraqları naminə yaradıcılıq prosesində onları təzahür etdirməyə qadir olan müsbət dəyər keyfiyyətlərə malik vətəndaşların formalaşdırılmasıdır. Bu halda dövlət, onun həyati maraqlarıı davamlı inkişafı təmin edilir. Cəmiyyətimizin müasir inkişaf mərhələsində bu məqsədə nail olmaq aşağıdakı vəzifələrin həlli yolu ilə həyata keçirilir: Əvvəla, cəmiyyətdə, vətəndaşların şüurunda hisslərində sosial əhəmiyyətli vətənpərvərlik dəyərlərinin, baxış inanclarının təsdiqi, Azərbaycanın mədəni tarixi keçmişinə, adət-ənənələrinə hörmət, dövlətin, xüsusən hərbi xidmətin nüfuzunun artırılması əsas diqqət mərkəzində yer alır. İkincisi, sosial-iqtisadi, mədəni, hüquqi, ekoloji digər problemlərin həllinə vətəndaşların daha fəal cəlb edilməsi imkanlarının yaradılması həyata keçirilməsinin təmin edilməsi digər mühüm məqam kimi çıxış edir. Üçüncüsü, vətəndaşların Azərbaycan Konstitusiyasına, qanunun aliliyinə, sosial kollektiv həyat normalarına hörmət ruhunda tərbiyəsi, insan hüquq vəzifələrinin, mülki, peşə hərbi vəzifələrin həyata keçirilməsini təmin etmək üçün şəraitin yaradılması dövlətin əsas vəzifələrindən biri kimi özünü göstərir. Bundan başqa, vətəndaşlarda Azərbaycanın rəmzlərinə - Gerbinə, Bayrağına, Himninə, digər rəmzlərinə dərin hörmət ehtiram hissi aşılamaq da vətənpərvərlik tərbiyəsində əsas şərtdir. Indiki qloballaşma şəraitində  ictimai həyatın hadisələrini işıqlandırarkən, anti-vətənpərvərliyə, informasiya ilə manipulyasiyaya, zorakılığa, təhrifə saxtakarlığa qarşı medianın fəaliyyətində  vətənpərvərlik  məqamının ön planda tutulmasına da lazımi şərait yaradılmalıdır. İrqi, milli, dini tolerantlığın formalaşması, xalqlar arasında dostluq münasibətlərinin inkişafı da diqqət yetrilməsi vacib olan nüanslardandır. Bunlara nail olmaq üçün vətənpərvərlik tərbiyəsi ümumi təhsil prosesinin tərkib hissəsi olmaqla, yüksək vətənpərvərlik şüuruna, Vətənə sədaqət hissinə, vətəndaşlıq borcunu konstitusiya vəzifələrini yerinə yetirməyə hazır olan vətəndaşların formalaşdırılması istiqamətində dövlət orqanlarının ictimai təşkilatların sistemli məqsədyönlü fəaliyyəti kimi özünü göstərməldir. Bütün bunlar göstərir ki, çoxşaxəli, genişmiqyaslı davamlı fəaliyyət növlərindən biri kimi vətənpərvərlik tərbiyəsi sosial, məqsədyönlü, funksional, təşkilati digər aspektləri əhatə edir, yüksək mürəkkəbliyə malikdir, öz təsiri ilə bütün nəsilləri əhatə edir, onun bütün aspektlərə nüfuz edir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Bakı Xəbər.- 2022.- 19 avqust.- S. 6.