Vətəndaş cəmiyyəti Azərbaycanda dinamik inkişaf yolundadır

Müasir dövrdə vətəndaş cəmiyyətinin inkişafı qloballaşmanın təsiri altında hər bir sosiumda baş verən sosial-iqtisadi siyasi dəyişikliklərlə qırılmaz şəkildə bağlıdır.

Xüsusən sosial-iqtisadi texnoloji modernləşmə bütün cəmiyyətlərdə əhalinin sosial strukturuna əhəmiyyətli dərəcədə təsir göstərib. Bunlar vətəndaş cəmiyyətinə öz təsirini göstərib.

Modern tələblərə əsaslanan vətəndaş cəmiyyətinin mövcudluğu xüsusi diqqət mərkəzindədir

İndi vətəndaş cəmiyyəti haqqında klassik ideyalar yeni çalarlarla zənginləşərək daha müasir hala gəlib. Məlumdur ki, klassik model vətəndaş cəmiyyətinin fərdlərinin güclü zəif, yetkin uşaq, elita kütləyə bölünməsini nəzərdə tutmur. O, hər bir fərdin bərabər hüuqa mali olması suverenliyindən irəli gəlir. Müasir şəraitdə bu müddəa vətəndaş cəmiyyətinin ideal modelini utopiyaya çevirir. Real sosial həyatda bəzi insanlar, xüsusən zəif  olanlar həmişə özlərindən daha güclü olanlardan asılı vəziyyətdə olurlar. Ancaq burada bir insanın iqtisadi cəhətdən istismar edildiyi ya ayrı-seçkiliyə məruz qaldığı asılılıq növlərindən söhbət getmir. Söhbət insanın yardım, qayğı qəyyumluq obyektinə çevrildiyi asılılıq növündən gedir. Lakin bu zaman yardım, qayğı qəyyumluq obyekti olan şəxsin hüquqlarının gözlənilməsi ön plana çıxır bu halda vətəndaş cəmiyyətinin formalaşmasından danışmaq mümkün olur.

Düzdür, müasir vətəndaş cəmiyyəti konsepsiyaları bir sıra ənənəvi metodoloji postulatlara əsaslanır. Məsələn, indi ümumilikdə qəbul edilir ki, vətəndaş cəmiyyətinin hər bir üzvü hüquq azadlıqların subyektidir. Qanunun aliliyi vətəndaşlara maraqlarını müəyyən etməkdə müstəqilliyə təminat verir ki, bu da belə cəmiyyətin yalnız demokratik sistemdə mümkün olduğunu göstərir. İndi açıqlıq, dünyəvi xarakter, fikir plüralizmi vətəndaş cəmiyyətinin ayrılmaz xüsusiyyətləridir. Müasir dövrdə vətəndaş cəmiyyətində şəxsiyyətlərarası, ailəvi, sosial-iqtisadi, mədəni, dini münasibətlər strukturlar çərçivədən kənarda dövlətin bilavasitə müdaxiləsi olmadan inkişaf edir, şəxsiyyətin kollektivin istəklərini, maraqlarını həyata keçirməsinə şərait yaradır. Lakin bunalr fonunda hakimiyyət anlayışı, onun sosial-psixoloji fonu dəyişir: subyektlərin rifahı üçün onların müstəqilliyini təmin edən hakimiyyət hüquqi dövlətin mahiyyətinə çevrilir. Yuxarıdakı postulatlar əsasında müasir vətəndaş cəmiyyətinin aşağıdakı meyarları fərqləndirilir.

Birincisi, hesab olunur ki, vətəndaş cəmiyyətinin fəaliyyəti üç sahənin olmasını tələb edir:

- ictimai həyatın siyasi normalarla tənzimlənməyən sosial təbəqələri, ictimai təşkilatları, hərəkatları, birlikləri digərlərini əhatə edən sfera;

- şəxsi gündəlik fəaliyyət üçün fərqli həyat sahələri;

- xüsusi kollektiv mülkiyyətdən ibarət iqtisadi həyat sferası, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması maraqları naminə dövlət tərəfindən tənzimlənən çoxstrukturlu iqtisadiyyat.

Bundan əlavə, bütün hüquq azadlıqlara malik müstəqil vətəndaşın mövcudluğunu təmin etmək üçün şərait lazımdır. Bura ilk növbədə qeyri-siyasi idarəçilik, özünüidarə, inkişaf etmiş iqtisadi, mədəni, hüquqi mühit, siyasi plüralizmin mövcudluğu, dövlət hakimiyyətinin müəyyən edilmiş hüquq normaları ilə məhdudlaşdırılması kimi məqamlar daxil edilir. Məhz bu halda vətəndaş cəmiyyətinin tərəqqisindən danışmaq mümkündür. Bu sadalanları Azərbaycan nümunəsində tətbiq etsək, ölkəmizdə, əslində, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu demək olar. Əsas səbəb odur ki, modern tələblərə əsaslnan vətəndaş cəmiyyətinin mövcudluğu dövlətin xüsusi diqqət mərkəzindədir.

İslahatlar vətəndaş cəmiyyətinin güclənməsinə xidmət edir

O da həqiqətdir ki, Azərbaycanın ictimai-siyasi sisteminin müasir inkişafı şəraitində şəxsi, ictimai dövlət maraqlarının tarazlığının təmin edilməsi, uyğunlaşdırılması problemi, həlli dövlət cəmiyyət arasında münasibətlərin inkişaf səviyyəsindən asılıdır. Bu mənada fəallıq səviyyəsi yüksək olan vətəndaş cəmiyyəti quruculuğu Azərbaycanda dövlət siyasətinin ən mühüm strateji vəzifələrindən biridir. Elə prezident İlham əliyev bunu dəfələrlə bəyan edərək bildirib ki, demokratiya vətəndaş cəmiyyətini inkişaf etdirmədən, vətəndaşların hüquq azadlıqlarını təmin etmədən dövlətin qarşısında duran təxirəsalınmaz vəzifələrin heç birini həll etmək mümkün deyil.

Azərbaycanda davam edən idarəçilik islahatlarının əsas məqsədlərindən biri məhz budur. Təkmilləşdikcə inkişaf etdikcə ölkəmizdə vətəndaş cəmiyyəti ictimai, şəxsi maraq ehtiyacları birləşdirən sistemə çevrilir. İnsanların həyatının iqtisadi, siyasi, mənəvi əxlaqi sahələrinə müəyyən təsir göstərən vətəndaş cəmiyyəti güclü ötürücü əlaqələndirici mexanizm rolunu oynayır. Hakimiyyət burada siyasi fenomen kimi dövlət-vətəndaş cəmiyyəti münasibətlərinin vahid sisteminin düzgün, mütərəqqi, səmərəli şəkildə formalaşdırılmasını reallaşdırır.  Bu müstəvidə Azərbaycanda hüquqi dövlət quruculuğu da dinamik inkişaf edir. Hüquqi dövlətin əsas xüsusiyyəti budur ki, o, obrazlışəkildə deyilsə, yalnızvətəndaş cəmiyyətinin torpağında böyüyür”. Başqa sözlə, vətəndaş cəmiyyətinin mövcudluğundan kənarda konstitusion dövlət ideyası utopiyadır. Bu iki hadisənin qarşılıqlı əlaqəsi göz qabağındadır. Bu kontekstdə vətəndaş cəmiyyəti ilə dövlət arasında münasibətlərin mahiyyətinin məzmununun tədqiqi, konkret funksiyaların müəyyən edilməsi, onların həyata keçirilməsi ictimai institutlara dövlət-hakimiyyət sisteminə real təsir göstərməyə imkan verir. Bunun konkret nümunəsini müasir Azəraycan reallığında görmək mümkündür. Ölkəmizdə vətəndaş cəmiyyəti subyektlərinin siyasi fəaliyyəti, onun həyata keçirilməsinin məzmunu formaları indi olduqca genişdir. Dövlət qərarlarının qəbulu icrası prosesində ictimaiyyətin iştirakının təmin edilməsi bunun təzahürlərindən biridir. Vətəndaş cəmiyyətinin bu qaydada inkişafı öz növbəsində Azərbaycanı daha güclü demokratik, hüquqi dövlətə çevirir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Bakı xəbər.- 2022.- 6-8 avqust.- S. 7.