Hansı şair-yazıçının əsərləriDövlət varidatıelan edilib? Bu, Azərbaycana nəsə verir?

Aydın Xan Əbilov:Əsərləri dövlət varidatı elan edilən şəxsiyyətlərin hər biri xalqımızın tarixində, söz sənətinin, mədəniyyətinin inkişafında mühüm rol oynayıb

Azərbaycanda ədəbiyyat, mədəniyyət-incəsənət sahəsində yaranan qiymətli əsərlərə dövlətin münasibəti hər zaman müsbət olub. Elə bu səbəbdən Azərbaycanda bir sıra müəlliflərin əsərləri dövlət varidatı elan edilib. Əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısı müəyyənləşib.

 

Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflər kimlərdir? Bu o müəlliflərin əsərlərinin mühafizəsində kimi rol oynayır? Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə təsdiq edilmiş sənədə əsasən əsərləri dövlət varidatı elan edilən yazıçı şairlərin siyahısı mövcuddur. Qətran Təbrizi, Məhsəti Gəncəvi, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Aşıq Qurbani, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Aşıq Abbas Tufarqanlı, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Aşıq Ələsgər, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Əhməd Cavad, Mikayıl Müşfiq, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Nəriman Nərimanov, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Əzim Əzimzadə, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Əliağa Vahid bu siyahıda yer alan qələm, sənət adamlarıdır, yazıçı, şairlərdir.

“…bizim dünyada qədim yazı ənənələrinə, böyük mədəniyyətə, ədəbiyyata malik olduğumuzu göstərir

Yeni Yazarlar Sənətçilər Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov bizimlə söhbətində bildirdi ki, Azərbaycanda yazıçı şairlərin əsərlərinin dövlət varidatı elan olunması çox mühüm bir məsələdir. O hesab edir ki, bu həmin müəlliflərin əsərlərinin daha etibarlı mühafizəsi ilə yanaşı, həm bu əsərlərin Azərbaycanın sərvəti olması mahiyyətini daşıyır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da üzü qədimlərdən bu yana görkəmli, tanınan şairlərin, yazıçıların, mütəfəkkirlərin, filosofların əsərləri milli sərvət, dövlət varidatı hesab olunur. Onların əsərləri qələmə alındığı formalarda muzeylərdə, arxivlərdə, kitabxanalarda saxlanılır. Əlbəttə, bu çox düzgün bir münasibətdir. Vaxtilə klassik, Yunan-Roma mədəniyyətinə məxsus heykəltaraşlıq əsərləri o xalqların, eyni zamanda bütün bəşəriyyətin kultroloji sərvəti sayılırdısa, Azərbaycanda başqa Şərq ölkələrində isə daha çox şifahi xalq ədəbiyyatına, “Kitabi-Dədə Qorquddastanına, “Koroğlueposuna qədim dillərdə yazılan əsərlərı aiddir. Sözsüz, klassik şairlərimizin əsərləri, divanları Azərbaycan xalqının sərvəti sayılır. Üzü Qətran Təbrizidən tutmuş XX əsrin görkəmli şair yazıçılarıHüseyn Cavidə, Səməd Vurğuna qədər bir sıra şair yazıçıların əsərləri Azərbaycan dövlətinin varidatı siyahısına daxil edilib. Düzdür, bəzən belə siyahılar müxtəlif mübahisələrə səbəb olur. Həmin şair yazıçıların müasir dövrdə yaşayan nəvə-nəticələri var ki, onlar da bu əsərlərə sahib çıxa bilərlər. Bilirsiz ki, müəllif hüquqları əlaqəli hüquqlar var. Həm buna, həm beynəlxalq konvensiyalara görə hər hansı bir yazıçı şairin əsərləri əvvəllər 100, sonra 50, indi isə 25 ildən sonra xalqın sərvəti sayılır, onlar müəllif hüquqlarına düşmür. Amma qanunvericilklə tənzimlənən bu hissədən əlavə, sözsüz ki, yazıçılarımızın, qələm adamlarımızın yaratdığı dəyərli əsərlər, klassik örnəklər, əlbəttə, Azərbaycanın sərvəti hesab edilir. Vaqifin, Axundovun, Natəvanın, Vazehin, Sabirin, Mirzə Cəlilin, Cavidin, Vurğunun yaratdığı əsərlərin millətin, dövlətin sərvətidir bu sərvət dövlət tərəfindən mühafizə olunur, toxunulmazlıq qazanır. Hesab edirəm ki, müasir dövrdə yazıb yaradan şair yazıçıların da əsərləri milli sərvət sayılır onların arasında da dövlət varidatı elan edilməyə layiq əsərlər var. Bu əsərlərin hər biri öz dövrünün söz, sənət, dil, mədəniyyət, mənəviyyat, elm salnaməsidir zaman-zaman  xalqın dilini, mənəviyyatını, mədəniyyətini, elmini, söz sənətini yaşadıb, müdafiə edib, irəliyə daşıyıb. Bu gün klassiklərimizin əsərləri olmasaydı bizim ədəbiyyatımızın, elmimizin, mədəniyyətimizin, fəlsəfi fikirmizin hansı təməllər üzərində pərvəriş tapdığını bilməzdik. Əsərləri dövlət varidatı elan edilən şəxsiyyətlərin hər biri xalqımızın tarixində, söz sənətinin, mədəniyyətinin inkişafında mühüm rol oynayıb”.

O hesab edir ki, bu gün İsa Muğannanın povestləri, romanları, xüsusən İdealəsəri, eləcə İlyas Əfəndiyevin romanları, dramları, İsmayıl ŞıxlınınDəli Kürromanı hekayələri, Əli Kərimin poetik irsi Azərbaycan dövlətinin milli sərvəti kimi qorunmalıdır. Bu əsərlərin mühafizəsi, elektron daşıyıcılara köçürülməsi, yayılması, əlyazmalarının, ilkin nəşrlərinin, bütün variantlarının qorunması vacibdir.

A.X.Əbilov hesab edir ki, bu əsərləri dövlət varidatı elan etməklə Azərbaycan dövləti onlara əbədiyyən sahib çıxır. Müsahibimizin fikrincə, bu şair, yazıçı, mütəfəkkir filosoflar xalqımıza tükənməz sərvət bəxş edib.  “Bu, Azərbaycanın dil, yazı, ədəbiyyat, mədəniyyət zənginliyini ifadə edir bizim dünyada qədim yazı ənənələrinə, böyük mədəniyyətə, ədbiyyata malik olduğumuzu göstərir. Bu onu sübut edir ki, Azərbaycan xalqının böyük tarixi, mədəniyyəti var. Burada incə bir məqam var. Çox təəssüf ki, Nizami Gəncəviyə başqa klassiklərimizə qarşı əsassız iddialar var. Bu gün həm dünyada Nizaminifars şairikimi təbliğ edənlər, onun qəhrəmanlarının milli mənsubiyyətini təhrif edənlər var. Nizaminin əsərlərinin dövlət varidatı elan edilməsi həm o deməkdir ki, o, Azərbaycan şairidir onun əsərləri Azərbaycanın sərvətidir. Eləcə bəzi şairlərimizə qarşı əsassız iddialar səslənir. Onlar hamısı bizim şairlərimiz, filosoflarımız, mütəfəkkirlərimizdir”.  

İradə SARIYEVA

Bakı xəbər.-2022.- 8-9 avqust.- S.13.