AMEA-da deyəsən cəmi iki institut qalacaq - Ədəbiyyat Tarix...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ləğv edilməsə , daha əvvəlki kimi böyük müəssisə deyil.

Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda ciddi islahat aparılıb qurumun 37 institut müəssisəsi yeni yaradılan Elm Təhsil Nazirliyinə, 3 müəssisəsi isə Mədəniyyət Nazirliyinə verilib. AMEA-nın tərkibində isə yalnız humanitar sahəni əhatə edən 11 institut 3 qurum saxlanılıb. Bunlar Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya, Etnoqrafiya Antropologiya İnstitutu, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Fəlsəfə Sosiologiya İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Memarlıq İncəsənət İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Folklor İnstitutu, Elm Tarixi İnstitutu, Qafqazşünaslıq İnstitutudur.

 

Hazırda ən aktual məsələlərdən biri AMEA-nın nəzdində qalan elmi-tədqiqat institutlarının birləşdirilməsidir. İddialara görə, Folklor, Dilçilik, Əlyazmalar institutları Ədəbiyyat İnstitutu, Şərqşünaslıq, Arxeologiya, Etnoqrafiya Antropologiya başqa institutlar isə Tarix İnstitutu ilə birləşdiriləcək. Bundan başqa, Elm Təhsil Nazirliyinin nəzdində adı keçən institutların da birləşdiriləcəyi barədə iddialar var. Buna səbəb kimi bu institutların, demək olar ki, hamısının bir-birini təkrarlaması göstərilir. Bu institutların çoxunun tədqiqat obyekti eyni olub, mövzuları da. Əsasən belə idi. Eyni mövzu üzrə il boyu saysız işlər yazılırdı. Hələ o vaxt mütəxəssislər deyirdilər ki, bir-birini təkrar edən, profilcə uyğun olan institutlar birləşdirilməlidir.

Bu institutların birləşdirilməsi zəruridirmi, real görsənirmi? Onları birləşdirmək keyfiyyətə təsir edəcəkmi?

Vüsalə Ağabəyli: “Birləşmə olacaqsa, bu mütləq keyfiyyətə inkişafa xidmət etməlidir

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli bildirdi ki, bu barədə xeyli müddətdir danışılır: “Xeyli müddətdir ki, bu məsələlər müzakirə edilirdi, bir-birini təkrarlayan strukturların fəaliyyət göstərməsi bəzən bir-birindən xəbərsiz olması diqqətçəkən məsələ idi. Əslində, hər bir yenilik dəyişiklik əsaslandırılmalıdır. Strukturların birləşdirilməsi nəyə xidmət edəcək hansı üstünlükləri olacaq, bu barədə açıqlama verilməlidir. Bütün sahələrdə olduğu kimi, burada da şəxsi maraq yox, elmin inkişafı əsas missiya olmalıdır. Birləşdirilmə hansı tərəfdən üstünlük yarada bilər? Eyni istiqamətdə çalışan tədqiqaçıların sistemli fəaliyyəti, kompleksləşdirilmiş əlaqələndirilmiş mənbə toplusu növbəti mərhələlərdə yararlı ola bilər. Lakin bu cür struktur birləşməsi keyfiyyətə heç bir təsir etməyəcəksə, prosesin özəyi dəyişməyəcəksə dəyişikliyin bir mənası yoxdur. Fikrimcə, bu cür birləşim mahiyyət strategiya açıqlanmamış heç bir zəruriyyət doğurmur. Müqayisə üçün baxsaq, eyni peşə ya ixtisas müxtəlif universitetlərdə mövcuddur, bu isə universitetlərin rəqabətini təşkil edir. Kadr hazırlığı istiqamətində əmək bazarında hansı universitetin yetişdirdiyi kadr daha yüksək formada təmsil olunursa, bu həmin universitetin reytinqini formalaşdırır. Keyfiyyətə xidmət edən rəqabəti elmi-tədqiqat institutlarında da təşkil etmək mümkündür, təbii ki, bu sadəcə real rəqabət olmalıdır, statistika yox. Yaradıcılıq praktika inkişafa xidmət etməlidir. Bəzən konkret siyahı tutulur ki, mütləq filan qədər məqalə yazılmalı, elmi tədqiqat işi işlənməlidir, lakin keyfiyyət qalır kənarda. Elm ucsuz-bucaqsız bir sahədir, alimlərin sərbəst yaradıcılığı üçün şərait mühit yaxşı olmalıdır. Birləşmə olacaqsa, bu mütləq keyfiyyətə inkişafa xidmət etməlidir”.

 

İlqar Orucov: “Akademiyada  yaxın profilli, bir-birini təkrarlayan institutların vahid institutda cəmləşməsi daha doğrudur

Gənc Alim, Doktorant Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar OrucovBakı-Xəbər”ə şərhində bu məsələnin dəfələrlə qəzetimiz vasitəsilə müzakirə edildiyini xatırlatdı: “Əvvəllər sizinlə söhbətimizdə akademiyada bir-birini təkrar edən institutların, şöbələrin olduğunu dəfələrlə vurğulamışıq. Əslində profili, istiqaməti bir-birinə yaxın olan institutların birləşdirilməsini biz təklif etmişik. Bu gün düşünürəm ki, akademiyada  yaxın profilli, bir-birini təkrarlayan institutların vahid institutda cəmləşməsi daha doğrudur. Ədəbiyyat, Dilçilik, Folklor İnstitutları çox yaxın profilli institutlardır bunların bir institutda birləşməsi çox yaxşı olardı. Təbii ki, bir sıra institutlar Elm Təhsil Nazirliyinə verilib. Eləcə , İnformasiya Texnologiyaları İnstitutu İdarəetmə Sistemləri İnstitutu da profilcə yaxın institutlardır. Buna da zaman-zaman toxunmuşuq ki, fərqli adlar altında fəaliyyət göstərən profilcə yaxın olan institutlara görə xeyli administrativ izafi xərclərə yol verilir. Düşünürəm ki, cənab Prezidentin həmin fərmanı həm idarəetmənin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına xidmət edir. Biz bundan danışırıqsa izafi xərclərə heç bir halda yer yoxdur. Hər direktor özünə katibə, maşınlar, sürücülər saxlayacaq, direktor müavinləri olacaq, onların katibələri olacaq sair. Hesab edirəm ki, profilcə yaxın olan institutların ayrı-ayrılıqda fəaliyyətinə heç bir ehtiyac yoxdur. O ki qaldı AMEA ilə bağlı məsələyə, burada söhbət Milli Elmlər Akademiyasının ləğvi məsələsindən getmir. Biz əgər milli deyiriksə, ədəbiyyat da, dilçilik , folklor da, tarix , arxeologiya etnoqrafiya da millidir. Əslində, akademiya indi öz profili üzrə fəaliyyət göstərəcək. Ona görə , milli mövzularda tədqiqat aparan institutların bu gün AMEA-da qalması bu qurumun mahiyyətinə tam uyğundur. Bu baxımdan da, milli mövzuda tədqiqat aparan institutların fəaliyyətində səmərəliliyin artırılması üçün mütləq şəkildə bu işlərə gedilməlidir. Tutaq ki, Dilçilik, Ədəbiyyat Folklor institutlarının oxşar şöbələri birləşdirilsə bu ən azı mərkəz kimi fəaliyyət göstərər. Görün, o zaman qədər laboranta, texniki işçiyə, rəhbər heyətə  ehtiyac olmayacaq. Nəticədə isə səmərəlilik artacaq rəqabət mühiti yaranacaq. Eyni zamanda birgə tədqiqatlara imkanlar yaranacaq. Mən bu mövzunu çox yüksək qiymətləndirirəm”.

İradə SARIYEVA

Bakı xəbər.-2022.- 3 avqust.- S. 13.