Şəfqət
və xeyirxahlıq mücəssəməsi
Mehriban
xanım Əliyeva haqqında yazarkən, ilk növbədə,
onun əsilnəsilli bir ailədə doğulub-böyüməsi,
mükəmməl bir təlim-tərbiyə alması göz
önünə gəlir.
Gənc yaşından ulu
öndər Heydər Əliyev kimi siyasət nəhənginin ən
yaxın çevrəsində mənimsədiyi siyasi təlim,
qazandığı əhatəli sosial-mənəvi
baxış, akademik Zərifə xanımdan əxz etdiyi
ictimai-mədəni davranış, insani nəciblik və mərhəmət,
Mir Cəlal kimi görkəmli yazıçı və Nəsir
İmanquliyev kimi ustad jurnalist olan babalarından
görübgötürdüyü milli ziyalılıq düşüncəsi, akademik Arif Paşayev və
professor Aida xanım İmanquliyeva kimi valideynlərindən
aldığı nümunəvi ailə tərbiyəsi Mehriban
xanım Əliyevanın yetişdiyi indiki ali məqamın illər
boyu formalaşan möhkəm özülü olmuşdur.
Bütün bunlar
dünyada tanınan böyük şəxsiyyət,
nüfuzlu ictimai-siyasi xadim olaraq Azərbaycanın birinci
xanımının milli ziyalılıqda yeni bir tarixi örnək
yaratmasının da təbii və coşğun
qaynağıdır. Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın prezidenti olduğu Heydər
Əliyev Fondu dünyada öz çoxmiqyaslı, xeyirxah fəaliyyəti
ilə seçilən, böyük layihələrə imza
atan vətəndaş cəmiyyəti qurumudur. Ulu öndərin
adını daşıyan, onun ideya və əməllərinin
təntənəsinə xidmət işində
öncüllük və örnək göstərən bu
nadir təsisat ölkədə və dünyada səhiyyə,
təhsil, elm, mədəniyyət, mənəviyyat
sferalarında müxtəlif səpkili tədbirləri
gerçəkləşdirməklə, bir sıra yönlərdə
dövlət siyasətinin həyata keçirilməsində hərəkətverici
amilə çevrilməklə misilsiz bir nüfuz
qazanmışdır. Xanım Mehriban Əliyeva
Azərbaycan adət-ənənələrinə hörmət,
diqqət və sayğı ilə yanaşan güclü
qadın kimi çağdaş dünyada bənzərsiz bir rəhbər
xarakterini əks etdirir. Onun çoxşaxəli və səmərəli
fəaliyyəti, nəinki qadınlar üçün, eləcə
də gənc qızlar üçün örnək olaraq bir
sıra ali dəyərlərə söykənir.
Mehriban xanım Azərbaycan
xalqının, dövlətinin maraqlarını beynəlxalq
aləmdə əks etdirməklə yanaşı, müasir Azərbaycan
qadınının ictimai-siyasi obrazını da dünyaya
tanıdır.
Ölkəmizin siyasi-iqtisadi, sosial-ictimai, mədəni-mənəvi
tərəqqisində xüsusi yeri, xidmətləri olan Azərbaycanın
birinci xanımı hazırda dünyada öz sözü,
samballı nüfuzu olan lider qadın örnəyinə
çevrilmişdir. Mehriban xanım
Əliyeva ölkəmizdə milli dövlətçilik
institutunun formalaşmasına böyük töhfələr
verən siyasi-mədəni rəhbər, çoxyönlü
fəaliyyət meydanı ilə dünyada tanınan, qəbul
edilən humanist xadimdir. Çağdaş
Azərbaycan tarixinə onun adı artıq modern qadın rəhbər,
fenomen qadın lider kimi yazılmışdır.
2016-cı il sentyabrın 26-da Prezident
İlham Əliyevin təşəbbüsü əsasında
Konstitusiya islahatları ilə bağlı keçirilən
referendumunun nəticələrinə görə ölkədə
Birinci vitse-prezidentlik institutu yaradılmışdır. Dövlət idarəçilik sistemində yeni təsisatın
yaradılması Prezident İlham Əliyevin islahatlar kursunun təzahürüdür.
Dövlət idarəçiliyində funksional
vahid kimi Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın
müasir demokratik simasının yeni və mütərəqqi
əlamətidir.
Ötən
müddət ərzində əldə olunmuş müsbət
nəticələri nəzərə alaraq, əminliklə
qeyd oluna bilər ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin
səmərəlilik və çevikliyini artırıb. Birinci
vitse-prezidentlik institutunun təsis olunması demokratik dəyişikliklərə
hüquqi əsaslar yaradılmasını özündə
ehtiva edən siyasi islahatların tərkib hissəsidir.
Prezident İlham Əliyevin 2017-ci il 21
fevral tarixində imzaladığı Sərəncama əsasən
Mehriban Arif qızı Əliyeva Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Təhlükəsizlik
Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən
Prezident İlham Əliyev deyib: “Mehriban Əliyeva uzun illərdir
ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda
mühüm və fəal rol oynayır”.
Vətənə
sədaqət, milli dəyərlərə hörmət və
uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın
ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin
olunmasını şərtləndirən əsas amillərdir. Mehriban
xanım Əliyevanın Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti təyin olunması ölkənin müasir
tarixinin mühüm hadisəsidir. Mehriban xanım
Əliyeva öz fəaliyyətində hər zaman millətin
dili, mədəniyyəti, tarixi və milli-mənəvi dəyərlərinə
sadiq qalmışdır. Mehriban xanım
Əliyeva özünün çoxşaxəli fəaliyyətini
bu amillər üzərində qurmuşdur. Bütün varlığı və əzmkar fəaliyyəti
ilə Azərbaycançılıq ideologiyasına xidmət
edən Mehriban xanım Əliyeva dövlətçiliyin
qorunması və qüdrətlənməsi naminə
uğurla fəaliyyət göstərir. Milli
dəyərlərə sadiqlik Mehriban xanım Əliyevaya
xalqın rəğbət və sevgisini qazandırdı.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanda
savadlı, peşəkar və sağlam yeni nəslin
formalaşmasına xidmət edən önəmli təşəbbüslərlə
daim çıxış edir. Azərbaycanın
Birinci vitse-prezidenti ölkə əhalisinin
sağlamlığının qorunması naminə daim
müxtəlif təşəbbüslərlə
çıxış edir və sosial baxımdan həssas əhali
qruplarının problemlərinin həlli istiqamətində tədbirlər
görür. Azərbaycan xalqının
yaratdığı milli mədəniyyət və incəsənət
nümunələrinin dünyada tanıdılması istiqamətində
layihələri reallaşdırır. Ölkədə
idman hərəkatının davamlılığını təmin
edir. Ekoloji problemlərin həllinə dəstək
göstərir. İşğaldan azad
olunan torpaqların bərpasında humanitar missiyanı həyata
keçirir. Azərbaycanda aparılan siyasətin
mərkəzində, məhz insan amili dayanır və ölkə
rəhbərliyinin sosial siyasətinin fəlsəfəsi
bütün vətəndaşların sosial şəraitinin
yaxşılaşdırılmasına xidmət edir. Azərbaycanda həyata keçirilən sosial siyasət
nəticəsində müşahidə olunan uğurlu
inkişaf, həyatımızın hər bir sahəsini əhatə
etdiyi kimi, bu inkişaf əhalinin
sağlamlığının qorunması kimi vacib bir sahədən
də yan keçməyib. Səhiyyəyə
diqqət və qayğının artırılması Azərbaycanın
səhiyyə sistemini dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə
cavab verən və tərəqqi edən bir sahəyə
çevirməkdədir. Bütün bunlar
gələcəyin təminatı olan insan faktorunun daim diqqətdə
olduğunu, onların fiziki cəhətdən sağlam və
gümrahlığının diqqətdə
saxlanıldığını göstərir.
"İnsan
sağlamlığı sosial məsələlər
arasında ən birinci yerdədir və bu gün Azərbaycanda
bu sahədə gözəl nəticələr var" deyən
Prezident İlham Əliyevin fərman və sərəncamları
ilə Azərbaycan səhiyyəsi müasir
dövrümüzdə bütün xüsusiyyətlərinə
görə, özünün yeni inkişaf mərhələsini
yaşayır.
"2016-2020-ci illər üçün şəkərli
diabet üzrə Dövlət Proqramı", "Ana və
uşaqların sağlamlığının qorunması
üzrə Dövlət Proqramı",
"Dağınıq skleroz xəstəliyinin müalicəsi,
profilaktikası və onunla mübarizə tədbirlərinə
dair 2018-2022-ci illər üçün Dövlət
Proqramı" və s. insan həyatı və
sağlamlığına zərbə vura biləcək
halların qarşısının alınmasına yönəlib.
Tibb müəssisələrinin yeniləşdirilməsi,
müasir tələblərə cavab verən yeni
avadanlıqlarla təchizat, əqli-fiziki cəhətdən
qüsurlu olan şəxslərə maddi-mənəvi dəstək
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı
Səfiri Mehriban xanım Əliyevanın humanizminin əsasında
həllini tapıb.
Mehriban xanım
Əliyevanın gerçəkləşdirdiyi layihələr
bəhrəsini vermiş və fondun təşkilatçılığı
ilə bir-birinin ardınca keçirilən tədbirlər,
görüşlər, simpozium və konfransların hər
biri əhalinin sağlam həyatının təminatı məqsədilə
reallaşır.
Dünyanın bir çox ölkələri ilə
əməkdaşlıq edən fondun iştirakı ilə
ölkəmizə gətirilən tibbi avandanlıqlar
müasir üsulla müalicə metoların tətbiqinə
yol açıb. Fondun həyata keçirdiyi "Diabetli
uşaqlara ən yüksək qayğı" və
"Talassemiyasız həyat naminə" kimi proqramları
çərçivəsində görülən işlər
əhalinin sağlamlığının qorunması işinə
ən dəyərli töhfələrindəndir. Görülən işlər, Azərbaycanın
inamlı gələcəyinə bir addımdır.
Sağlamlığın qorunması istiqamətində beynəlxalq
tədbirlər çərçivəsində Heydər
Əliyev Fondu Dünya Diabet Günü kampaniyasına
qoşulmuş, əhalinin sağlamlığının
qorunması, xüsusilə uşaqların fiziki cəhətdən
sağlam böyüməsinə lazımi səviyyədə
diqqət yetirilməsi üçün
UNICEF-in birgə təşkilatçılığı ilə
keçirilən anemiya və talassemiya üzrə “dəyirmi
masa”da bu istiqamətdə bir çox mühüm problemlər
müzakirə edilmişdir.
Xatirimdədir, Azərbaycan
Tibb Universitetin Tədris-Terapevtik Klinikasının, o cümlədən
Universitetin 500 çarpayılıq Tədris-Cərrahiyyə
Klinikasının inşa edilməsi və müasir
avadanlıqlarla təmin edilməsində dövlət
başçımızla bərabər hörmətli Mehriban
xanımın böyük diqqət və
qayğısını görmüşük. Bu
klinikaların təntənəli aşılış mərasimlərində
cənab Prezidentlə birgə birinci Vitse-Prezident Mehriban
xanım Əlieyvanın da iştirak etməsi tibb təhsilinə
olan diqqət və qayğısının əyani göstərici
idi. Məhz bu xidmətlərinə görə
Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə
Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə
keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə
ana, uşaq və ailə sağlamlığının
qorunması və möhkəmlənməsi işində
müstəsna xidmətlərinə görə Mehriban
xanım Əliyeva bu beynəlxalq təşkilatın ali
mükafatına layiq görülmüşdür. Koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların
sağlamlığının qorunması məqsədilə
möhtərəm Prezident İlham Əliyevin və 1-ci vitse-preziden
hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi
və qayğısı ilə virusun geniş
yayılmasının qarşısının alınması
üçün ölkə ərazisində çevik və
sistemli preventiv tədbirlər həyata keçirilməyə
başlanmışdır.
Mehriban xanım
Əliyeva öz fəaliyyətində hər zaman millətin
dili, mədəniyyəti, tarixi və milli-mənəvi dəyərlərinə
sadiq qalmışdır. Mehriban xanım Əliyeva
özünün çoxşaxəli fəaliyyətini bu
amillər üzərində qurmuşdur. Bütün
varlığı və əzmkar fəaliyyəti ilə Azərbaycançılıq
ideologiyasına
xidmət edən Mehriban xanım Əliyeva dövlətçiliyin
qorunması və qüdrətlənməsi naminə
uğurla fəaliyyət göstərir.
Çox hörmətli
Mehriban xanımı anadan olduğu gün münasibətilə
təbirk edir, möhkəm can sağlığı və
uğurlar arzulayıram!
Milli Məclisin
Səhiyyə komitəsinin sədri,
akademik
Əhliman Əmiraslanov
Bakı
Xəbər.-2022.- 26 avqust.- S. 3.