İctimai maraqlar yeni qlobal iqtisadi nizam fonunda daha çox aktuallaşmağa başladı

 

Hər bir dövlətin dinamikuğurlu inkişafını şərtləndirən başlıca məqamlardan biri  ictimai maraqların təmin edilməsidir. İctimai maraqlar özü mürəkkəb struktura malik olub müxtəlif sferaları özündə ehtiva edir.

 

Bura sosial, siyasi, iqtisadi digər sferalar aid olunur. Elə bundan irəli gəlir ki, ictimai maraqlar cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu bir anlayış kimi ifadə edilir. Bu maraqların təmini, davamlı müdafiəsi hər bir dövlət üçün müstəsna önəmə malikdir.

 

İctimai maraqların iqtisadi aspekti dünya boyu ön plana çıxır

Müasir dövrdə ictimai maraqların iqtisadi aspekti dünya boyu xüsusi aktuallıq qazanıb. Xüsusən inflyasiya meyllərinin dünya boyu sürətləndiyi bir vaxtda ictimai maraqların iqtisadi aspektləri dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünü daha da artırıb. Bu vəziyyətdə ictimai maraqların iqtisadi tərəfləri qarşıya qoyulan məqsədlərdə tələbatların ödənilməsinə yönəlmiş fəaliyyətlərdə öz ifadəsini tapır. Tələblər onların ödənilməsi vasitələri ictimai iqtisadi maraqların təzahür səbəbini formasını əks etdirir. İkincisi, ictimai iqtisadi maraq həmişə ehtiyacların ödənilməsinin müvafiq səviyyəsini dinamikasını ifadə edir.

 

Hazırda dünya miqyasında ictimai iqtisadi maraqların təminat səviyyəsi elə asan deyil. Məsələ burasındadır ki, dünya iqtisadiyyatı bu gün özünün ən gərgin dövrlərindən birini yaşayır. Bunun əsas səbəblərindən biri inflyasiya göstəricilərinin dünya boyu kəskin şəkildə artmasıdır. Hazırda inkişaf etmiş ölkələr qiymətlərin kəskin artımı ilə bağlı ciddi problemlər yaşayır. Aparıcı beynəlxalq maliyyə iqtisadiyyat institutları belə hesab edirdi ki, inflyasiyanın sürətlənməsinə səbəb koronavirus pandemiyası nəticəsində yaranan böhrandır. Məhz bu kontekstdə əvvəlki proqnozlar bundan ibarət idi ki, postpandemiya dövründə qiymət artımları səngiyəcək inflyasiya azalmağa başlayacaq. Lakin 2021-ci ilin cari ilin yanvar ayının yekunları bu proqnozların özünü doğrultmadığını göstərir. İnflyasiyada gözlənilən yavaşlama əvəzinə, o, getdikcə daha çox sürətlənir, dünya iqtisadiyyatına daha çox sirayət edir. İndi iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələr belə inflyasiyadan ciddi əziyyət çəkir. Dünyanın ən böyük iqtisadiyyatına malik ABŞ-da illik inflyasiya 7,5 faizə çatıb. Hətta o yerə çatıb ki, bu ölkədə inflyasiyanın nəzarətdən çıxa biləcəyinə dair xəbərdarlıqlar edilir. MDB ölkələri inflyasiya təqyiqlərindən əziyyət çəkirlər. 2021-ci ilin yekunlarına əsasən, Rusiyada 8,4 faiz, bu ilin yanvar ayının sonuna isə 8.7 faizlik inflyasiya qeydə alınıb. Analoji göstəricilər Ermənistanda 7,7 faiz 7,1 faiz, Qazaxıstanda 8,4 faiz, 8,5 faiz, Özbəkistanda 10 faiz 9,8 faiz olub. Azərbaycanda analoji göstəricilər 6,7 faiz 12,5 faiz təşkil edib. Pandemiya, karantinlər, digər məhdudiyyətlər, istehlak strukturunda dəyişikliklər,  qlobal istehsal nəqliyyat zəncirlərinin qırılması, logistika sisteminin pozulması, tələb-təklif disbalansı, xammal çatışmazlığı, iqtisadi bərabərsizlik, enerji qiymətlərində yüksək artım kimi amillər dünya iqtisadiyyatına mənfi təsir göstərməklə yanaşı, inflyasiyanı daha da sürətləndirib. Beynəlxalq Valyuta Fondu isə bildirir ki, COVID-19-un yeni ştammıomikron”un yayılması fonunda qlobal iqtisadi artım tempi bu il üçün gözləniləndən zəifdir. Bu da inflyasiyaya öz təsirini göstərir. Ukrayna ətafında baş verənlər, bunun Rusiya-Qərb münasibətlərində yaratdığı gərginlik qlobal iqtisadiyyata mənfi təsir edir. Dünyanın bir parçası olan Azərbaycanda da sosial-iqtisadi müstəvidə diqqət mərkəzində yer alan əsas məsələlərdən biri inflyasiya göstəricilərinin azalmasına nail olmaqdır. Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın sonuncu iclasında da məhz ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi məsələsi əsas diqqət mərkəzində olub.  İclasın nəticələri göstərir ki, dünya ərzaq bazarlarında məhsulların qiymətlərində kəskin bahalaşmanın Azərbaycanda işgüzar fəallığa, əhalinin rifahına alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısının alınması məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin gücləndirilməsi dövlətin xüsusi diqqət mərkəzində olmaqda davam edəcək.

 

Dinamik iqtisadi tərəqqi ictimai maraqların təminat səviyyəsini daha da yüksəldir

Qeyd edək ki, artıq baş nazir Əli Əsədov tərəfindən “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncam imzalanıb. Sənəddən belə məlum olur ki, Azərbaycanda inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması, makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması hökumətin iqtisadi siyasətinin prioritetlərindən olacaq.

 

Bununla yanaşı, minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması, səbətə daxil olan ərzaq məhsullarının yerli istehsalçılarının stimullaşdırılması istiqamətində tədbirlər görülməsi nəzərdə tutulur.Bundan əlavə, əsas ərzaq məhsullarının tədarükü və emalının stimullaşdırılması üçün güzəştli maliyyələşdirmə alətləri də daxil olmaqla təkliflər hazırlanmasına dair tapşırıqlar verilib. Əsas məqamlardan biri də əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının ticarət əlavələri hesabına sabitləşdirilməsi ilə bağlıdır. Sərəncama əsasən, müvafiq qurumlara tapşırılıb ki, ölkədə sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması üçün aparılan nəzarət tədbirləri barədə ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilsin. Eyni zamanda idxal inflyasiyasının təsirinin azaldılması məqsədilə də müvafiq addımlar atılacaq.  Belə ki, idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları,  əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsi siyasəti həyata keçiriləcək. Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışının yarmarkalarda daha səmərəli təşkili, özəl tədarük-satış bazalarının və logistik mərkəzlərin inkişaf etdirilməsi üçün tədbirlər görüləcək. Qlobal ərzaq bazarındakı vəziyyəti nəzərə almaqla strateji məhsullar üzrə ehtiyatlanma da diqqət mərkəzində olacaq. Bütün bunlar o deməkdir ki, ictimai maraqların iqtisadi aspektinin təmin edilməsi istiqamətində dövlət tərəfindən yeni məqsədyönlü addımlar atılır.

 

Eyni zamanda koronavirus pandemiyasından sonra iqtisadiyyatda bərpa proseslərinin sürətlənməsi, qəbul edilən çevik qərarlar, davam edən islahatlar bu il də müsbət iqtisadi dinamikanın təmin edilməsində mühüm rol oynayacaq. Dinamik iqtisadi artım ölkə vətəndaşlarının maddi rifah halının daha da yüksəlməsinə gətirib çıxaracaq. Bu da ictimai maraqların iqtisadi müstəvidə təminat səviyyəsini daha da yüksəldəcək.

 

Tahir TAĞIYEV

 

Bakı Xəbər 2022.- 23 fevral.- S.7.