Azərbaycan diasporu yeni böyük missiya ilə üz-üzə...

 

Müasir dünyada diasporun həm yaşadıqları ölkənin, həm də tarixi vətənin həyatında əhəmiyyəti və rolu artıb. Buna səbəb diasporun özünün say artımıdır. Hesablamalar göstərir ki, son 50 ildə dünya üzrə miqrantların sayı üç dəfə artıb.

Dünyada doğulduğu ölkədən kənarda yaşayan insanların sayı 1960-cı ildə təqribən 75,5 milyon, 2000-ci ildə 176 milyondan çox, 2010-cu ildə isə 214 milyon nəfər təşkil edib. 2010-cu ildən bəri isə planetin hər 35-ci sakini miqrantdır. Qlobal miqrasiya axınlarının artmasının nəticələrindən biri diasporaların daha sürətlə formalaşmasıdır.

Bu gün diaspor fenomeni yeni məzmun alıb

Hazırda proseslər o məcraya gəlib çıxıb ki, böyük diasporlar tarixi vətənlərinə iqtisadi dəstəklə yanaşı, ciddi siyasi xidmətlər göstərir. Günümüzdə buna misal olaraq İsrail, Çin, Hindistan başqalarını göstərmək olar. Elə ölkələr var ki, onların siyasi fəaliyyət istiqamətlərini diaspor müəyyən edir. Məsələn, qonşu Ermənistanla bağlı həyati əhəmiyyətli qərarların qəbulunda ənənəvi olaraq diaspor mühüm rol oynayır. Əksər hallarda Ermənistanda hakimiyyətdə, kimliyindən asılı olmayaraq, diaspordan gələn göstərişlər icra edilir.  Ermənistanın suveren dövlət kimi formalaşmasının qarşısını alan məqamlardan biri məhz budur. Beləliklə, diaspora anlayışı indiki mərhələdə yeni keyfiyyət parametrləri əldə edir. Yəni diaspor təkcə öz tarixi vətəninin mənafeyini deyil, həm öz mənafeyini ifadə edir.

İndiki mərhələdə diaspor fenomeni yeni məzmun alır bu fonda Azərbaycan da diaspor quruculuğuna, bu faktora xüsusi əhəmiyyət verir. Dövlət diaspor qüvvələrinə indi hərtərəfli dəstək ifadə edir. Amma istənilən nəticənin əldə edilməsi, ölkəmzin mövqeyinin dünyada qəbulu üçün, bu sahə üzrə ekspert Yəhya Babanlının fikrincə, Azərbaycan diasporu öz fəaliyyətində aşağıdakı məqmaları ehtova edən müasir dövrün çağırışlarını nəzərə almalıdır: “1. Azərbaycanın diplomatik nümayəndəliklərində diaspor məsələlərinin inkişaf etdirilməsi vahid diaspor strategiyasının qurulması. 2. Dünyada etnik-siyasi, sosial-mədəni anlaşılmazlıqların adi hal aldığı vaxtda xarici ölkələrin ali təhsil müəssisələrindəAzərbaycan multikulturalizmikursunun tədris olunması. 3. İnformasiyanın idarəedilməsi, fəaliyyətin qiymətləndirilməsi monitorinq keçirilməsi üzrə konsepsiyanın hazırlanması. 4. Diasporla bağlı məlumatların, təbliğat təşviqat materiallarının əsaslı, düzgün-dolğun olması üçün vahid informasiya bankının yaradılması bu bank vasitəsilə süzgəcdən keçirməklə yayılması. 5. qeyri-hökumət təşkilatları ilə əlaqələrin genişləndirilməsi bu istiqamətdə yeni qurumların təsis edilməsi. 6. Diaspor nümayəndələrinin Azərbaycanın biznes mühitinə təşviq edilməsi üçün müvafiq layihələrin reallaşdırılması”. Hazırda Azərbaycanın sürətli inkişafı,  uğurlu regional beynəlxalq əməkdaşlıq əlaqələri, həyata keçirilən yeni transmilli layihələr ölkəmizin beynəlxalq arenada mövqelərini daha da gücləndirib.  Belə bir şəraitdə məntiqi olaraq diasporumuzun da təşkilatlanma imkanları artmalı, onlar Azərbaycanın tərəqqisinə öz töhfələrini verməlidir. Bu mənada, diasporun üzərinə böyük missiya düşür.

Beynəlxalq ictimaiyyəti Azərbaycanla bağlı maarifləndirmək üçün diasporun daha aktiv fəaliyyətinə ehtiyac var

Diasporun Azərbaycan üçün siyasi müstəvidə əhəmiyyəti onun maraqlarının xaricdə müdafiəsi təbliğindədir. Xüsusən Ermənistanın müəyyən dairələrinin postmüharibə dönəmində düşmənçilik siyasətinin ifşası, həmçinin, müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin dərinləşdirilməsi, ölkəmizə göstərilən diqqət marağın artırılması kimi məsələlər diasporun fəal köməyini tələb edir.

Siyasi müstəvidə Azərbaycan diasporunun təşviqi vasitələri lobbiçilik, xaricdə Azərbaycana bağlı siyasətçilərin formalaşmasına nailolmaqdır. Xüsusilə, lobbiçilik fəaliyyəti müəyyən ölkənin milli maraqları ilə üst-üstə düşdükdə ya onlara zidd olmayanda təsirli olur. Ona görə lobbiçilik fəaliyyətinin səmərəliliyini təmin etmək üçün diqqəti bu kimi məsələlərə yönəltmək lazımdır. Ona görə lobbiçilik fəaliyyətini həyata keçirmək üçün diasporun xaricdəki hər bir azərbaycanlı icmasının mövcud siyasi reallıqları nəzərə alaraq fərdi yanaşması öz imkanlarından çıxış edərək bu ölkədə uğur qazanması məqsədəuyğundur. Təbliğat fəaliyyəti sahəsində diaspor özünün çap elektron KİV-ləri, analitik jurnallar digər nəşrlər vasitəsilə informasiya məkanında Azərbaycanın maraqlarının müdafiəsini təmin etməlidir. Bu, bir tərəfdən anti-Azərbaycan təbliğatına qarşı çıxmaq, digər tərəfdən isə xaricdə informasiya məkanında Azərbaycanın maraqlarının müsbət irəliləyişini nəzərdə tutur. Bütövlükdə siyasi baxımdan Azərbaycan üçün, xüsusən müasir beynəlxalq münasibətlərdə güc mərkəzləri ya nüfuzlu aktorları olan ölkələrdə diasporun fəaliyyəti vacibdir.

Diasporun Azərbaycan üçün sosial-iqtisadi sahədə əhəmiyyəti iqtisadi artımın təşviqində nəticədə sosial məsələlərin həllindədir. Diaspor Azərbaycanın sosial-iqtisadi problemlərinin həllində iki - fərdi institusional səviyyədə iştirak edə bilər. Lakin bu zaman intellektual sfera xüsusi diqqət mərkəzində olmalıdır. İntellektual sahədə diasporun əhəmiyyəti son dərəcə vacibdir. Burada əsas vəzifə diasporun intellektual potensialını Azərbaycanın maraqlarına xidmətə yönəltməkdir.Diasporun intellektual potensialının milli maraqlar üzərində reallaşması tarixi vətənin tərəqqisi üçün çox önəmlidr. İkinci Qarabağ müharibəsində qazanılan qələbə fonunda tyuxarıda qeyd edilənlərin icrası üçün daha əlverişli zəmin yaranıb. Elə prezident İlham Əliyevin Şuşada keçirilən 5-ci diaspor qurultayında qeyd etdikləri bu xüsusda yeni realıq vəzifləri özündə əks ütdirir: “Hər birimiz - həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Sizin - xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanlarınız var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb, həm İkinci Qarabağ müharibəsində biz bunu gördük, həm ondan əvvəlki dövrdə. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, - onlar yenə say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, - azərbaycanlılar öz sözünü demişdilər, bu gün bunu etmək lazımdır. Yəni, yaşadığınız ölkələrin ictimaiyyətini, əgər belə demək mümkündürsə, maarifləndirmək lazımdır - həm Azərbaycan reallıqları haqqında, postmünaqişə dövrü haqqında Azərbaycan tarixi haqqında. Hesab edirəm ki, bu çox vacibdir”.

 

Tahir TAĞIYEV

 

Bakı Xəbər .- 2022.- 1 iyun.- S.7.