Elmi-kütləvi və mədəni-maarif
tədbirləri nə deməkdir?..
Cəmiyyətin
həyatında, insanların zövqünün
formalaşmasında, bilik əhatəsinin genişlənməsində,
savadlanmasında, informasiya ilə təmin olunmasında
mühüm amillərdən biri, bəlkə də birincisi
elmi-kütləvi, mədəni-maarif, təhsil
proqamlarıdır ki, onların inkişaf etdirilməsi
çox vacibdir.
Bəzən
təhsil proqramları ilə tədris proqramlarını
qarışıq salırıq.
Məqsəd və mahiyyət eyniliyi
olsa belə bunlar tam fərqli anlayışlardır. Təhsil proqramı ediləcək hər hansı bir işin hissələrini,
bu hissələrin sırasını və
vaxtını göstərən layihənin planlaşdırma
şəklinə çevrilmişdir.Təhsil Standartına müvafiq hazırlanmış əsas təhsil
proqramının quruluşu cəmiyyətin
müasir bilik əldəetmə
metoduna qoyduğu tələblər
nəzərə alınaraq təhsil
paradiqması dəyişdirilmiş, yeni məzmun,
yanaşmalar, metodlar təqdim
edilib. Təhsil proqramının quruluşu, məzmunu, tələbləri Dövlət Təhsil
Standartının tələbləri ilə müəyyən
edilir. Belə bir proqram fəaliyyətin məqsədi, planı, tətbiqetmə
metodları və yollarının göstərildiyi və
mübahisələndirildiyi bir sənəddir.
Tədris proqramı isə hər hansı tədris
fənni üzrə təhsilin əsas məzmununu, şagirdlərin
mənimsəyəcəkləri zəruri bilik,
vərdiş və bacarığın həcmini müəyyənləşdirən,
həmçinin bölmə və mövzuların məzmununu
tədris ili üzrə
bölüşdürən sənəddir. Tədris planı
hər hansı tədris müəssisəsində öyrənilən
tədris fənnlərinin tərkibini və vaxtını
müəyyənləşdirən, bunları illik
və bütün təhsil müddəti
üçün bölüşdürən
sənəddir.
Sənədlərdə
ciddi şəkildə boşluqlar hiss edilir
2009-cu
ildə "Təhsil haqqında" qanun qəbul edildikdən
sonra təhsilin müəyyən pillələri və
növləri üzrə hüquqi sənədlərdə
ciddi şəkildə boşluqlar hiss edilir.
Xüsusən
də orta təhsil məktəblərinin, maddi-texniki
bazanın idarə edilməsində, ali təhsil müəssisələrində
semestr qiymətləndirilməsində normativ hüquqi aktlarda
ciddi problemlər nəzərə çarpır. Müasir standartlara uyğun tədris qurmaq istəyəndə
başa düşdük
ki, bizim hüquqi sənədlərimizdə boşluqlar bizə keyfiyyətli təhsili təşkil
etməyə mane olur.
Ona
görə də normativ hüquqi
aktlarda birmənalı şəkildə dəyişiklik
yaranmalı idi.
2009-cu ildə "Təhsil haqqında" qanun və 2011-ci ildə orta
ümumtəhsil məktəblərinin nizamnaməsinin qəbul
edilməsi yeni tədris
resurslarının yaradılmasını zəruri edirdi. Təhsil
proqramları 2013-cü ildə Prezident tərəfindən
qəbul edilən təhsilin inkişafı üzrə
Dövlət Strategiyasına uyğun
olmalıdır.
Təhsil
eksperti Adil Vəliyev hesab edir ki, elm, təhsil, mədəniyyət
sahəsində maarifləndirici mövzuların
baxımlılığını artırmaq üçün
günün və gələcəyin tələblərinə,
problemlərinə uyğun formatda hazırlanmalıdır:
“Hazırda
mədəni-maarif və təhsil sahəsində
proqramlarımız azdır. Ancaq bu
proqramların azlığını, ya da heç
olmamasını bizim kimi
tamaşaçıların və
iştirakçıların aktivliyi
müəyyən edir. Əslində, xalq olaraq təhsili sevən
biriyik. Çünki
cibimizdə 5 manat pulumuz
olsa, özümüz
ac qalar, ancaq o pulla
övladımıza təhsil verməyi düşünərik.
Ətrafımızda bir çox şəxsdən soruşsaq
ki, ən son təhsilə
aid hansı proqrama
baxmısan, inanın ki, 10 nəfərdən
9-u cavablaya bilməz. Çünki
təhsilin tədrisini bizdən öncəki nəsilə doğru anlatmayıblar. “Oxusun
adam olsun”, “evlənsin
adam olsun” kimi düşüncələrə sahib istəmədiyiniz qədər insan var. Birincisi
təhsilə, ikincisi mədəniyətə
aid olan bu cümlələrin hər ikisinin
də başlanğıcı evdən, ailədən başlayır.
Biz, ümümiyyətlə, müzakirələrlə
öyrənməyi daha çox
sevirik.
Proqramların icra prosesində
problemlər olur, yaşanır
Diqqət etsəniz görərsiniz ki, sakit tərzdə iki nəfərin təqdim etdiyi verlişlərə baxış sayı çox olmur. Bu hər sahədə belədir. Necə ki dərsdə sorğu – sual edilən bir mövzunu daha yaxşı anlayırsan, o cümlədən də hər hansı proqramda təhsil, mədəniyyət və s. sahələrdə müzakirə əsasında proqramları daha rahat və ətraflı anlaya bilirsən. Hazırda TV kanallarında proqram var ki, bu proqramlar ictimaiyyətin maraqları daxilində, gündəmə uyğun olaraq bir çox mövzularda müzakirələr aparır və belə verilişə də kifayət qədər baxılır. Elm, təhsil, mədəniyyət və s. istənilən maarifləndirici mövzuları baxımlı edilməsi üçün günün və gələcəyin tələblərinə, problemlərinə uyğun formatda etmək lazımdır.
Problem, müzakirə və həll yolları olan proqramlar istənilən yaş qrupunun maraq dairəsinə aid edilə bilər. Təhsil hər zaman yenilənmə tələb edən bir sahədir. Ancaq biz yenilənməni yüklənmə kimi qəbul etdiyimiz üçün öyrənməyimiz də çətin olur. Necə ki pandemiya zamanı kompyuteri açmağı bilməyən müəllimlər vardı, indi isə müxtəlif proqramlardan istifadə edirlər. Təhsilin hər pilləsində bu keçərlidir.Fikrimcə əlimizdə olanları inkişaf etdirsək, öyrənməyə, yenilənməyə maraqlı olsaq daha çox uğur əldə edərik”.
İstər elmi-kütləvi, mədəni olsun, istər mədəni-maariflə, istərsə də təhsillə bağlı olsun, bu proqramların icra prosesində problemlər olur, yaşanır. Narazılıqlar da məhz icra etmə ilə bağlı yaranır, ortaya çıxır. Bu sahələr üzrə daha istedadlı, savadlı, qabiliyyətli şəxslərin layiq olduqları yerdə olub öz çalışmaları ilə Azərbaycan cəmiyyətinə töfhə verməsinə şərait yaratmaq lazımdı. Bir çox hallarda biz görürük ki, bu proqramların icrası, bu işlərin həyata keçirilməsi zamanı bu işin həvalə edildiyi müəssisələr, qurumlar bu prosesə peşəkarları cəlb etmək əvəzinə öz qohum-əqrabalarını, rəhbərliyə yaxın olan şəxsləri cəlb edirlər. Onlar müxtəlif korporativ maraqlardan çıxış edirlər və onlara yaxın olan şəxsləri bu proseslərdə önə çəkməyə çalışırlar. Təbii ki, bu da zaman-zaman müxtəlif problemlərə gətirib çıxarır. Əsl istedadlar, savadlı şəxslər, xüsusən də gənclər proqramların icrası zamanı kənarda saxlandıqlarını görürük, onlardan yararlanmağa kimlərsə maneçilik törədir. Problem buradan qaynaqlanır.
Məhəmmədəli
QƏRİBLİ
Bakı Xəbər .- 2022.- 3 iyun.-
S.13.